Azərbaycan döVLƏT İQTİsad univers



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə20/35
tarix01.12.2022
ölçüsü0,89 Mb.
#71739
1   ...   16   17   18   19   20   21   22   23   ...   35
valyuta

«Cari əməliyyatlar hesabı»nın təhlili göstərir ki, (Milli 
Bankın hesabatı üzrə) 2002-ci ilin yanvar-sentyabr ayları ər-
zində cari əməliyyatlar hesabının saldosu bir sıra müsbət fak-
torlar əsasında kəsirlə (519,1 mln. ABŞ dolları) nəticə-lən-
mişdir. Belə ki, hesabat dövrü ərzində ölkəyə cəlb olunmuş xa-
rici kapitalın artması hesabına investisiya yönümlü malların və 
xidmətlərin idxalı çoxalmışdır. 
Xarici ticarət balansı2002-ci ilin yanvar-sentyabr ayla-
rının yekunlarına görə xarici ticarət dövriyyəsi 2830,4 mln. 
ABŞ dolları təşkil etmiş və 2001-ci ilin yanvar-sentyabr ay-
larının müvafiq göstəricisindən 6,3% çox olmuşdur. Ölkəyə 
idxal olunan məhsulların həcmi 1260,1 mln. ABŞ dolları təşkil et-
diyi halda, ixracın həcmi 1570,3 mln. ABŞ dolları təşkil etmişdir. 
Nəticədə xarici ticarət balansının saldosu müsbət 3102 mln. ABŞ 
dolları səviyyəsində olmuşdur. 
İxrac. 
Ölkədən ixrac olunmuş malların strukturunda neft 
məhsulları mühüm yer tutur və onların payına ümumi ixracın 
89,0%-i düşür. Hesabat dövründə xarici dövlətlərə 1397,6 mln. 
ABŞ dollarlıq neft məbsulları ixrac olunmuşdur ki, bunun da 
1094,3 mln- ABŞ dollarlığını xam neft təşkil etmişdir. İxrac 
olunmuş xam neftin 790,2 mln. ABŞ dollarlığı Azərbaycan 
Beynəlxalq Əməliyyat Şirkəti (konsorsium) tərəfindən ixrac 
edilmişdir. Konsorsium tərəfındən ixrac olunmuş xam neftin 
425,4 mln, ABŞ dollarlığı «Əsrin müqaviləsi» ilə bağlı xarici 
ölkələrin iri neft şirkətləri tərəfındən Azərbaycana yönəldilmiş 
birbaşa investisiyaların repatriasiyası kimi, yəni neft sektoru-
nun xarici öhdəliklərinin azalması hesabına 227,3 mln. və 
137,5 mln. ABŞ dollarlığı isə müvafiq olaraq konsorsium payçı 
xarici şirkətlərinin və Azərbaycanın paylarına düşən gəlir neft 
kimi ixrac edilmişdir. İxrac olunmuş bütün xam neftin 304,1 


55
mln. ABŞ dollarlığı isə ARDNŞ və ölkənin digər müəssisələri 
tərəfındən xaricə göndərilmişdir. Bu isə öz növbəsində keçən 
ilin müvafiq dövrünün ixracından 17,0 mln. ABŞ dolları çox-
dur. Bu isə ölkəyə idxal olunan təbii qazın dəyərinin ödənil-
məsi üçün
ARDNŞ tərəfındən ixrac olunmuş xam neftin art-
ması ilə bağlıdır. 
Ölkənin digər strateji məhsulu olan pambıq ixracının də-
yər həcmi 2001-ci ilin müvafıq dövrunə nisbətən 5,8 mln. ABŞ 
dolları artaraq 13,8 mln. ABŞ dolları təşkil etmişdir. Bunun da 
ə
sas səbəbi ixrac olunmuş pambığın miqdarının 8,9 min ton 
artmasıdır. 2002-ci ilin 9 ayı ərzində respublikadan 36,8 mln. 
ABŞ dollarlıq kimya məhsulları, 34,7 mln. ABŞ dollarlıq ma-
ş
ınqayırma məhsulları da xarici ölkələrə ixrac olunmuşdur. 
İ
dxal. Fiziki şəxslərin çarter hava reysləri və avtomobil 
nəqliyyatı ilə məkik idxalını (239,7 mln. ABŞ dolları) və hu-
manitar malları (28,2 mln. ABŞ dolları) nəzərə almaqla 2002-ci 
ilin 9 ayı ərzində respublikaya 548,3 mln ABŞ dollarlıq xalq is-
tehlak malları gətirilmişdir. Bunun da 46,0 %-i, yeni 252,4 
mln. ABŞ dollarlığı ərzaq məhsullarının payına düşür. İdxalın 
strukturunda investisiya yönümlü maşın-avadanlıqların və mal-
lara xüsusi çəkisi keçən ilin müvafıq dövrü ilə müqayisədə 
50,5% artaraq 27,3 %-ə çatmış və 343,2 mln. ABŞ dolları məb-
ləğində olmuşdur. Bunun da əsas səbəbi beynəlxalq neft kon-
traktları çərçivəsində ölkəyə cəlb olunmuş investisıyaların artım 
ilə əlaqədar idxalın çoxalmasıdır. Bundan başqa cari ilin 9 ayı ər-
zində respublikaya 160,8 mln. ABŞ dollarlıq təbii qaz və ümumi 
məbləği 170,8 mln. ABŞ dollarına bərabər olan istehsal təyinatlı 
kimya, qara və əlvan metal məhsullan da gətirilmişdir. Bütöv-
lükdə, keçən ilin 9 ayı ilə müqayisədə qaz idxalına sərf olunmuş 
məbləğ nəzərə alınmadan, idxalın ümumi həcmi 141,5 mln. ABŞ 
dolları məbləğində artmışdı. Bu isə əsas etibarı ilə ölkəyə idxal 
olunan investisiya yönümlü malların artımı ilə əlaqədardır. 
Xarici ticarətin 22,4%-i MDB-yə üzv olan dövlətlərin, 
77,6%-i isə digər xarici dövlətlərin payına düşür. Respublika-


56
mız əmtəə mübadiləsində İtaliya, Rusiya, Türkiyə, Fransa, İran, 
Türkmənistan, ABŞ, İsrail, Qazaxıstan və Almaniya ilə daha 
intensiv ticarət əlaqələri yaratmışdır. Bütövlükdə Azərbaycan 
Respublikasının idxal-ixrac əməliyyatlarının 76,5%-i yuxarıda adı 
çəkilən əsas tərəf müqabilləri olan 10 dövlət ilə aparılmışdır. 

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin