Azərbaycan döVLƏT İQTİsad univers



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə5/35
tarix01.12.2022
ölçüsü0,89 Mb.
#71739
1   2   3   4   5   6   7   8   9   ...   35
valyuta

Beynəlxalq Maliyyə Korporasiyası 
Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı 
strategiyası əsas diqqəti yerli və xarici rəqabətin gücləndirilmə-
sinə, qeyri-bank sektorunda müştərək müəssisələrin yaradılma-
sına və yerli özəl banklara texniki yardımın təmin edilməsi va-
sitəsilə maliyyə sektorunun dəstəklənməsinə; mikro müəssisə-
lərin, kiçik və orta sahibkarlığın möhkəmləndirilməsinə; kənd 
təsərrüfatında və sənaye sektorlarında investisiyaların dəstək-
lənməsinə; qeyri-neft sektorlarına birbaşa xarici investisiyala-
rın yönəldilməsinə, habelə neft, qaz və əlaqədar sektorlarda in-
vestisiyaların dəstəklənməsinə yönəldilmişdir. Bu qurum doq-
quz layihəni maliyyələşdirmişdir. Eyni zamanda bu yaxınlarda 
AYİB-lə birlikdə mikromaliyyə bankının maliyyələşdirilməsi 
üçün lazımi maliyyə vəsaitləri artıq təsdiq edilmişdir və bu 
vəsaitlərin ümumi dəyəri 134,6 milyon ABŞ dolları təşkil edir. 
Beynəlxalq Valyuta Fondu
BVF-nin Direktorlar Şurası 2 iyul 2001-ci ildə Yoxsullu-
ğ
un Aradan Qaldırılması və İnkişaf Proqramı çərçivəsində 
80,45 milyon SDR məbləğində (kvotanın 50 faizi) üç illik razı-
laşmanı təsdiq etmişdir. 2003-cü ilin dekabrına kimi bu razılaş-
ma çərçivəsində dörd ödəniş həyata keçirilmişdir. Proqramın 
üç əsas vəzifəsi aşağıdakılardır: makroiqtisadi sabitliyin təmin 
edilməsi, idarəetmənin təkmilləşdirilməsi və iqtisadiyyatın qey-
ri-neft sektorlarının inkişafı. Hökumət bu günə kimi həmin 
proqramın həyata keçirilməsini təmin etmişdir. Proqramın nəti-
cəsi olaraq Hökumət Yoxsulluğun Aradan Qaldırılması Strate-


27
giyasını yekunlaşdırmış və gömrük, vergilərin idarəolunması, 
maliyyə sektoru, Dövlət Neft Fondunun yaradılması və ida-
rəolunması, enerji sektoru, idarəetmə, büdcə siyasəti və ticarət 
siyasəti sahələrində islahatlar həyata keçirmişdir. 2004-cü ilin 
noyabrında Azərbaycan VIII Maddənin 2, 3 və 4-cü tələblərini 
qəbul edərək cari beynəlxalq əməliyyatlar üçün ödənişlərin və 
pul köçürmələrinin həyata keçirilməsi zamanı məhdudiyyətsiz 
valyuta kursu təmin etmək öhdəliyini öz üzərinə götürmüşdür. 
Nəhayət, 22 dekabr 2004-cü ildə BVF-nin Direktorlar Şurası 
Yoxsulluğun Aradan Qaldırılması və İnkişaf Proqramı çərçi-
vəsində dördüncü və sonuncu təhlili tamamlamışdır. 
İ

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin