25
yardım strategiyası ikili xarakter daşıyır: ən kəskin ehtiyac
içində yaşayanlar üçün mühüm ictimai ehtiyacların və xidmət-
lərin təmin edilməsinin təkmilləşdirilməsində
Hökumətə kö-
məklik etmək; rəqabətə əsaslanan özəl investisiyaların həyata
keçirilməsi və yeni iş yerlərinin yaradılması üçün zəruri mühi-
tin yaradılmasına yardım etmək. AİB-in strategiyaya əsaslanan
bu əməliyyatları idarəçiliyin yaxşılaşdırılmasına və institutların
möhkəmləndirilməsinə xüsusi təsir göstərəcəkdir.
Qara Də
niz Ticarə
t və
İ
nkiş
af Bankı (QDTİ
B)
Azərbaycan 1997-ci ildə QDTİB-nin üzvü olmuşdur. Bu
günə kimi onun Azərbaycandakı
fəaliyyətlərinə Azərbaycan
Beynəlxalq Bankı ilə bağlı ticarət xarakterli maliyyələşdirmə-
dən, habelə yeni yaradılmış Azərbaycan Mikro Maliyyə Bankı-
na AYİB ilə yanaşı olaraq səhm
kapital qoyuluşunun həyata
keçirilməsindən ibarətdir. QDTİB-nin Azərbaycandakı fəaliy-
yətlərinin əsas məqsədləri üzv ölkələr arasında əməkdaşlığı ar-
tırmaq (regionlar arası layihələr); qeyri-neft sektorlarını inkişaf
etdirmək; ölkə üçün böyük təsirləri ola biləcək layihələri, mə-
sələn enerji, sənaye, aqrobiznes, qida istehsalı sahələrində layi-
hələri inkişaf etdirməkdir.
Avropa Birliyi
2004-cü il mayın 1-də AB-nin
genişlənməsindən sonra
Azərbaycana Avropanın Qonşuluq Siyasətində iştirak etmək
təklif olunmuşdur. Avropa Komissiyasının
Azərbaycan Höku-
məti ilə sıx əməkdaşlıq çərçivəsində hazırladığı Fəaliyyət Pla-
nının müəyyən edəcəyi vəzifələrin AYİB-in investisiya mühiti
ilə əlaqədar apardığı strateji dialoqla uzlaşacağı gözlənilir. Bu
siyasət Azərbaycanın beynəlxalq birliklə daha geniş əlaqələr
qurması üçün imkanlar təklif edir. 1992-ci ildən 2004-cü ilə
kimi olan müddətdə Avropa Komissiyası TACIS, ECHO, Qida
Təhlükəsizliyi, FEOGA, Xüsusi Yardım, Bərpa və Xüsusi Hu-
manitar Yardım proqramları çərçivəsində ümumilikdə 400 mil-
yon avro dəyərində qrant əsaslı yardımlar etmişdir.
Azərbay-
canda həyata keçirilən TACIS proqramı çərçivəsində əsas məq-
26
səd bazar iqtisadiyyatına və insan hüquqlarına əsaslanan plüra-
list demokratiya keçidlə bağlı yardım göstərməkdən ibarətdir.
Burada əsas diqqət institusional, hüquqi və inzibati islahatların
həyata keçirilməsinə və özəl sektorun inkişaf etdirilməsinə yö-
nəldilir. TACIS-in növbəti üç il üçün büdcəsi 28 milyon avro-
dur və bu müddət ərzində özəl sektorun inkişaf etdirilməsi, tə-
qaüdlər, ekologiya, sosial təminat və ictimai idarəetmə sahələ-
rində islahatlar nəzərdə tutulmuşdur.
Dostları ilə paylaş: