30
ABŞ
USTDA ARDNŞ-nin Şah Dəniz və Cənubi Qafqaz Qaz
Kəməri layihələrində iştirak payını
maliyyələşdirmək üçün
Bankın ayırdığı maliyyə yardımına dəstək olaraq əhəmiyyətli
dərəcədə texniki yardımlar təmin etmişdir. Bu dəstək ARDNŞ-yə
kommersiyalaşma və struktur dəyişiklikləri
istiqamətində pla-
nın hazırlanmasında köməklik göstərəcəkdir. USAID təşkila-
tının Azərbaycana yardımları əsasən dörd sahədə cəmləşmişdir:
kiçik və orta sahibkarlığın (o cümlədən kənd təsərrüfatının) in-
kişafı,
iqtisadi islatahlar, demokratiya və idarəçilik,
habelə
məcburi köçkünlər üçün humanitar yardımlar.
Türkiyə
Türk Eximbank Azərbaycan Beynəlxalq Bankına höku-
mət zəmanəti ilə verilmiş kredit xəttini 250 milyon ABŞ dolla-
rına qədər artırmışdır və bu məbləğin 92 milyonu bu günə kimi
artıq ödənilmişdir. Bundan əlavə Eximbank Bakı hava limanı-
nın təmiri üçün 20 milyon ABŞ dolları məbləğində kredit ayır-
mış və onu artıq ödəmişdir.
AYİ
B
Cari Fə
aliyyə
t Portfeli – Bankın son iki ildə Azərbaycan-
da fəaliyyət səviyyələri nəzərə çarpan dərəcədə yüksəlmiş,
müxtəlif sektorlar üzrə həyata keçirilmiş əməliyyatların sayı
kəskin şəkildə artmışdır. Əvvəlki Ölkə Strategiyasının
həyata
keçirildiyi müddət ərzində təbii ehtiyatlar sektorunda imzalan-
mış layihələr Bankın biznes fəaliyyətlərinin ümumi dəyəri olan
239 milyon avronun böyük hissəsini (73%) təşkil etmişdir.
Bankın 31 dekabr 2004-cü il tarixinə kimi imzaladığı biznes
ə
məliyyatlarının ümumi dəyəri 459
milyon avro həcmində ol-
muş və burada təbii ehtiyatlar sektorunun payı 66% təşkil et-
mişdir. Əlavə 1 Bankın Azərbaycandakı əməliyyatlarının 2004-
cü ilin sonuna olan xülasəsini təqdim edir: