Azərbaycan döVLƏT İQTİsad univers



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə7/35
tarix01.12.2022
ölçüsü0,89 Mb.
#71739
1   2   3   4   5   6   7   8   9   10   ...   35
valyuta

Dünya Bankı
Azərbaycan Respublikası 1992-ci ilin sentyabrında Dün-
ya Bankının, 1995-ci ilin martında isə Beynəlxalq İnkişaf As-
sosiasiyasının üzvü olmuşdur. Azərbaycan həmçinin 1992-ci 
və 1995-ci illərdə müvafiq olaraq Çoxtərəfli İnvestisiyaların 
Təminatı Agentliyinin (MIGA) və BMK-nın üzvü olmuşdur. 
Dünya Bankının Azərbaycanda bu günə kimi həyata keçirmiş 
olduğu fəaliyyətlərin əsas diqqət mərkəzində strateji məsləhət-
lərin verilməsi, həm investisiyaların, həm də Hökumətin büd-
cəsinin maliyyələşdirilməsi və yardımların əlaqələndirilməsi 
olmuşdur. Dünya Bankı xüsusi olaraq Hökumətin öz neft ehti-
yatlarını idarə etməsi və həyata keçirdiyi islahatları sürətləndir-
mək məqsədilə fəaliyyət kursunda müvafiq dəyişikliklər etməsi 
üçün müvafiq institusional bazanın möhkəmləndirilməsi istiqa-
mətində hökumət orqanları ilə birgə işləyir. 
Dünya Bankı Azərbaycanda nisbətən fəaldır və bu günə 
kimi həyata keçirilən 25 əməliyyat üçün 622 milyon ABŞ dolları 
ayırmışdır. Bu layihələrdən on yeddisi hazırda da davam edir. 
Yaponiya
2005-ci ilin mart-aprel aylarında Yaponiyanın Azərbay-
canın inkişafına rəsmi ikitərəfli yardımlarının cəmi 404,3 mil-


29
yon ABŞ dollarına bərabər olmuşdur (texniki yardımlar istisna 
olmaqla). İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumat-
larına əsasən Yaponiya 2000- 2001-ci ildə ən iri ikitərəfli do-
nor, 1997-ci və 1998/99-cu illərdə isə müvafiq olara ikinci və 
üçüncü ən iri donor olmuşdur. 
Yaponiyanın ən iri layihəsi Severnaya Qarışıq Qaz Enerji 
Stansiyası layihəsidir. 1998-ci və 1999-cu illərdə müvafiq ola-
raq 193 milyon və 153 milyon ABŞ dollarına bərabər məbləğ-
də (yenlə) kreditlər ayrılmışdır. Eyni zamanda müxtəlif məq-
sədlər üçün, o cümlədən torpaq və irriqasiyanın inkişaf etdiril-
məsi, tibbi ocaqlar, qida istehsalı, iqtisadi struktur dəyişiklikləri 
və mədəni məqsədlər üçün də qrant şəklində vəsaitlər ayrılmış-
dır. Yerlərdə İnsan Təhlükəsizliyi qrant mexanizmi vasitəsilə
66 layihə üçün cəmi 3,9 milyon ABŞ dolları məbləğində vəsaitlər 
ayrılmışdır. Eyni zamanda ICRC və UNCHR vasitəsilə də hu-
manitar yardımlar, Dünya Qida Proqramı vasitəsilə isə qida 
təmin edilmişdir. 
Texniki yardımlara isə 1993-2004-cü illərdə Yaponiyada 
164 nəfərin təlim keçməsi və beş mütəxəssisin Azərbaycana 
göndərilməsi daxildir. 2002-ci ilin sonlarında aparılmış yardı-
ma dair məsləhətləşmələr çərçivəsində aşağıdakı sahələr priori-
tet kimi müəyyən edilmişdir: (1) iqtisadi infrastrukturun inkişa-
fı, (2) sosial sektor və (3) insan resurslarının inkişafı. 

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin