44
mətləndirmək çox vacibdir. Belə ki, ölkənin xarici ticarət ba-
lansında mənfi saldo yarananda, sonra
xarici valyuta gəlirləri
azalır, ödənişləri isə artır. Nəticədə ölkənin valyuta ehtiyatla-
rının həcmi aşağı düşür. Bu halda milli valyuta xarici valyuta-
lara nisbətən ucuzlaşır, çünki xarici valyuta hüyallarının xarici
valyutaya olan tələbatı ödəmək imkanları məhdudlaşır.
Ölkənin xarici ticarət balansının müsbət saldosu xarici
valyutada gəlirlərin artmasına və nəticə
etibarilə milli valyu-
tanın xarici valyutalara nisbətən məzənnələrinin yüksəldilmə-
sinə şərait yaradır. Müsbət saldoya nail olmaq üçün, hər bir öl-
kədə ilk növbədə geniş ixracat imkanları inkişaf etdirilməlidir.
Xidmə
tlə
r balansı
cari əməliyyatlar balansının mühüm
komponentlərindən biridir.
Xidmət və qeyri-kommersiya ödəmələri balansına aşağı-
dakı ödəmə və daxilolmalar aiddir:
-
nəqliyyat, teleqraf, telefon, poçt rabitəsi,
müxtəlif ko-
misyon və maliyyə əməliyyatları, turizm, diplomatik və ticarət
nümayəndəliklərinin saxlanması;
- istehlak köçürmələri (xarici fəhlələrə əməkhaqqı, miras,
xaricdə oxuyan tələbələrə təqaüd və s.) və hərbi xərclər, təzminat;
- xaricə investisiyalar üzrə gəlirlər və beynəlxalq kredit-
lərə görə faizlər də balansın bu bölməsində öz əksini tapır, bax-
mayaraq ki, iqtisadi məzmununa görə onlar xidmətlərə deyil,
kapital və kreditlərin hərəkətinə aiddirlər.
Məlumdur ki, bir sıra ölkələrin iqtisadi inkişafında xid-
mətər sferası əvəzsiz rol oynayır. Misir, Türkiyə, İspaniya, İs-
veçrə kimi dövlətlərdə turizm ən gəlirli sahə sayılır və ümumi
valyuta gəlirlərinin 40-60% -ni, bəzən isə 90 %-ni təmin edir.
Tədiyyə balansında cari transfertlərin
uçotu sektorlar
prinsipi əsasında aparılır. Başqa sözlə, transfertlər dövlət və
özəl sektor üzrə təsnifləşdirilir.
Cari transfertlərin dövlət sektoruna humanitar yardımlar,
xarici dövlətlərin rəsmi orqanlarından əvəzsiz olaraq alınmış
45
maliyyə vəsaitləri, əvəzsiz olaraq alınmış hərbi texnika, beynəl-
xalq təşkilatlarla üzvlük haqqı və texnikı yardımlar daxildir.
Cari transfertlərin özəl sektoru üzrə əməliyyatlara xaricdə
bir ildən artıq əmək fəaliyyəti ilə məşğul olmuş vətəndaşların
pul köçürmələri, qeyri-dövlət təşkilatlarının
xətti ilə gəlirlər,
humanitar yardımlar, elmi, dini və s. təşkilatların üzvlük haqla-
rı və s. aid edilir.
Dostları ilə paylaş: