Azərbaycan Dövlət İqtisad Universiteti «Ticarət və gömrük işinin təşkili» kafedrasının I.ü. f d. Hüseynova. S. Y



Yüklə 430 Kb.
səhifə3/14
tarix02.01.2022
ölçüsü430 Kb.
#39954
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   14
ASEU TEACHERFILE WEB 9888367045826910063.doc 1617544828

Dördüncü dövrə: malların yüklənməsi və daşınması; bu, aşağıdakı addımlardan ibarətdir:

  • ixracatçı malı daşınmaya hazırlayır və hazır olma barədə idxalatçıya məlumat göndərir;

  • ixracatçı yükün təyinat məntəqəsinədək daşınmasını təmin edir;

  • idxalatçı nəqliyyatın təyinat məntəqəsində vaxtında verilməsini təmin edir;

  • ixracatçı ölkənin gömrük orqanı malın yoxlanışını yerinə yetirir;

  • ixracatçı və idxalatçı yükün sərhəddən keçməsi haqqında məlumat alırlar;

  • idxalatçı ölkənin gömrük orqanı malın yoxlanışını aparır, rüsum və yığımları həyata keçirir və malın alınmasına razılıq verir (bu, yükün gömrük təmizləməsi adlanır).

Beşinci dövrə: hesablaşma əməliyyatlarının yerinə yetirilməsi; bu, aşağıdakı addımlardan ibarətdir:

  • idxalatçı ixracatçıya yükün alınmasını təsdiqləyir;

  • ixracatçı idxalatçı kommersiya hesabını göndərir;

  • idxalatçı yükün pulunu ödəyir.

Altıncı dövrə: son əməliyyatlar; bu, aşağıdakı addımlardan ibarətdir:

  • ixracatçı və idxalatçı kontraktın yerinə yetirilməsi barəsində hesabat hazırlayır;

  • hesabatın nəticələrinin təhlili üzrə danışıqlar aparılır;

  • həyata keçirilən təhlilə uyğun olaraq kommersiya fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər nəzərdə tutulur.

Xarici sərmayələrlə müəssisələrin yaradılması yolu ilə həyata keçirilən beynəlxalq kommersiya fəaliyyəti, yerli iqtisadiyyata xarici maddi və maliyyə resurslarının, mükəmməl xarici texnika və texnologiyaların, həmçinin qabaqcıl idarəetmə təcrübəsinin cəlb edilməsi əsasında mənfəətin əldə olunması məqsədini daşıyır.

Xarici sərmayələr kimi xarici investorlar tərəfindən sahibkarlıq və digər fəaliyyət növlərinə qoyulan əmlak və əqli dəyərlərin bütün növləri istifadə oluna bilərlər:

  • məqsədli pul qoyuluşları;

  • qiymətli kağızlar;

  • yeni və yeniləşdirilən əsas fondlar və dövriyyə vəsaitləri;

  • elmi-texniki məhsullar;

  • əmlak hüquqları;

  • əqli mülkiyyət.

Xarici investorlar kimi çıxış edə bilərlər:

  • xarici hüquqi şəxslər (şirkətlər, firmalar, müəssisələr);

  • xarici vətəndaşlar, xaricdə daimi yaşayan Azərbaycan vətəndaşları;

  • xarici dövlətlər;

  • beynəlxalq təşkilatlar.

Xarici investorlar tərəfindən ölkə ərazisində sərmayə qoyuluşu aşağıdakı yollarla həyata keçirilir:

  • bütünlükdə onlara məxsus olan müəssisələrin və filialların yaradılması yolu ilə;

  • yerli hüquqi və fiziki şəxslərlə yaradılan müəssisələrdə pay hesabı iştirak etməklə;

  • müəssisələrin, əmlak komplekslərinin, qiymətli kağızların əldə edilməsi yolu ilə;

  • torpaqdan və digər təbii resurslardan istifadə hüququnun əldə edilməsi yolu ilə;

  • digər fəaliyyət növləri, o cümlədən, kreditlərin, borcların və əmlakların təqdim edilməsi yolu ilə.

Respublika ərazisində həyata keçirilən xarici sərmayə qoyuluşları tam və şübhəsiz hüquqi müdafiə altındadırlar. Xarici sərmayəçilərin (investorların) fəaliyyəti üçün yaradılan şərait yerli hüquqi şəxslər üçün olan şəraitdən əlverişli ola bilməz.

Xarici sərmayəçilər dövlət zəmanətləri əldə edirlər ki, bu da onları mülkiyyətin məcburi müsadirəsindən (milliləşdirmə, əlindən alınma, rekvizisiya), həmçinin hakimiyət orqanlarının və vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərindən azad edir.

Vergi və yığımları ödədikdən sonra xarici sərmayəçilərə sərmayədən mənfəət, dividend, texniki yardıma görə ödəniş, həmçinin sərmayələrin qismən və ya tam satışından alınan məbləğ formasında əldə etdikləri gəlirlərini maneəsiz olaraq xaricə köçürməyə zəmanət verilir.

Xarici sərmayələrlə müəssisələr - xarici sərmayəçilərin payvari iştirakı ilə olan müəssisələr (yəni birgə müəssisələr), bütövlükdə xarici sərmayəçilərə məxsus olan müəssisələr, həmçinin xarici hüquqi şəxslərin filialları şəklində olan müəssisələr kimi yaradılırlar və fəaliyyət göstərirlər.

Xarici sərmayələrlə müəssisələr ya onalrın təsis olunması, ya da ki, xarici sərmayəçilər tərəfindən əldə etmə şəklində təşkil olunurlar və səhmdar və Mülki Məcəllə ilə nəzərdə tutulan digər təsərrüfat cəmiyyətləri formasına malik olurlar.

Xarici sərmayələrlə müəssisələr, onalrın nizamnamə məqsədlərinə uyğun gələn istənilən qanuni fəaliyyət növünü həyata keçirmək hüququna malikdirlər. Onlar müqavilə əsasında istehsal etdikləri məhsulun qiymətini və satış şərtlərini müəyyən etmək hüququna malikdilər.

Xarici sərmayələr və xarici sərmayələrlə yaradılan müəssisələr yerli qanunvericiliyə əsasən vergilərə cəlb olunurlar.

Xarici tərəf-müqabilərlə birgə sahibkarlıq fəaliyyəti əsasında həyata keçirilən beynəlxalq kommersiya aşağıdakı formalarda olur:



  • istehsalat kooperasiyası;

  • kontrakt üzrə istehsal;

  • idarəetmə kontraktı;

  • lisenziyaların satışı;

  • françayzinq.


Yüklə 430 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin