Azərbaycan Dövlət İqtisad Universiteti «Ticarət və gömrük işinin təşkili» kafedrasının I.ü. f d. Hüseynova. S. Y



Yüklə 430 Kb.
səhifə6/14
tarix02.01.2022
ölçüsü430 Kb.
#39954
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   14
ASEU TEACHERFILE WEB 9888367045826910063.doc 1617544828

Alqı-satqı sövdələşməsi altında maddi-əşya formasına malik olan malların alqı-satqısı və tərəflərin razılaşdığı valyuta ilə onların dəyərinin ödənişilə bağlı olan kommersiya fəaliyyəti başa düşülür. Alqı-satqı (mal göndərişi) müqaviləsi ən vacib xarici ticarət müqavilələrindən biridir. Alqı-satqı müqaviləsinin bağlanılması yolu ilə xarici ticarətin əsas həcmini təşkil eləyən xarici topdansatış mal mübadiləsi həyata keçirilir.

Alqı-satqı üzrə ticarət söddələşmələrinin əsas növlərinə: ixracat (eksport), idxalat (import), reeksport və reimport sövdələşmələrini aid etmək lazımdır.

İxracat (eksport) sövdələşmələrinə ixracatçı ölkədə istehsal olunmuş və xarici tərəf-müqabilin (kontragentin) mülkiyyətinə veriləcək malların və yaxud xidmətlərin satışı və ixrac olunması ilə bağlı olan kommersiya fəaliyyəti aiddir.

İdxalat (import) sövdələşmələri altında sonradan daxili bazarda alıcılara satılmaq üçün nəzərdə tutulmuş xarici malların və yaxud xidmətlərin alışı və idxalatı ilə bağlı olan kommersiya fəaliyyəti başa düşülür. Bu zaman idxalat üzrə daxil olan mal hazır məhsul da ola bilər və yaxud əgər mal kimi xammal və ya yarımfabrikat gətirilibsə, yerli müəssisələrdə yenidən emala cəlb oluna bilər.

Reeksport sövdələşmələri - əvvəllər ölkəyə gətirilmiş və reeksport edən ölkədə heç bir emala məruz qalmayan xarici istehsal mallarının xaricə çıxarılması və yaxud malın ixracatçı ölkəyə gətirilmədən digər ölkəyə yüklənib göndərilməsi üzrə kommersiya fəaliyyəti kimi başa düşülür. Məsələn, “A” ölkəsi 2008-ci ildə “B” ölkəsindən iri partiya mis almış və heş bir emalsız həmin ildə malı “C” ölkəsinə satmış və bunula da reeksport sövdələşməni həyata keçirmişdir.

Beynəlxalq ticarətdə reeksport sövdələşmələri hər hansı bir ölkədə iri obyektlərin komplektləşdirilməsi və ya istehsalçı-ölkənin diplomatik və yaxud ticarət münasibətlərinin olmadığı ölkəyə malın yenidən satışı zamanı tətbiq olunurlar.



Reimport sövdələşmələri əvvəllər xaricə göndərilmiş yerli malların oradan idxalı ilə bağlı olan kommersiya fəaliyyəti başa düşülür. Bunlar: konsiqnasiya anbarlarından geri gətirilən mallar və yaxud müştərinin ödəniş qabiliyyətinin olmaması və ya brak edilmiş (çıxdaş) geri gaytarılan mallar ola bilərlər.

Beynəlxalq bazarda alqı-satqı üzrə həyata keçirilən sövdələşmələr vaxt əlamətinə görə təsnifləşdirilirlər.



Uzunmüddətli sövdələşmələr, misal üçün, müəssisənin fəaliyyətinin təmin olunmasına lazım olan sənaye xammalının, yarımfabrikatların göndərilməsi üçün həyata keçirilirlər. Onlar adətən 2-5 və daha çox uzunmümüddətli dövrə bağlanılirlar. Lakın qiymətlər göndərişin birinci ilinə müəyyən edilir, sonrakı illərə isə onlar razılaşdırılmış qaydada dəqiqləşdirilir.

Qısamüddətli sövdələşmələr adətən göndərişin və yaxud alqı-satqı sövdələşməsinin bir ilədək müddətə həyata keçirilməsini nəzərdə tutur.

Müddətsiz sövdələşmələr onu nəzərdə tutur ki, mal ya indi göndərilməlidir, ya da ki, heç vaxt, vaxtı ötürmə istisna edilir, çünki sonradan göndərilmə zamanı sövdələşmələr öz mahiyyətini itirir. Məsələn, dərmanların, donor qanının epidemiyalar, zəlzələ və digər fövqəladə hallar zamanı göndərilməsi.

Dərhal göndəriş üzrə sövdələşmələr beynəlxalq bazarda onu nəzərdə tutur ki, mal tərəflərin razılaşmasına əsasən 3 sutka ərzində göndərilə bilər. Məsələn, süd məhsullarının, güllərin, toxumların, yeni il üçün küknar (yolka) ağaclarının və s. göndərilməsi.
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin