§3. Antiböhranlı idarəetmə sistemində insan kapitlının rolu.
Antiböhranlı idarəetmədə insan kapitalının rolu özünü aşağıdakı amillərdə göstərir:
Birincisi, bu böhran vəziyyətinin profilaktikasidir. İnsan kapitalının keyfiyyəti antiböhranlı fəaliyyətin layi-hələndirilməsinə, vəziyyətin obyektiv qiymətləndirilməsinə, inkişafın tsiklik siqnallarının vaxtında qəbuluna, qərarların qəbulu zamanı səhvlərin sayı və xarakterinə təsir edir. Əslində heyyət o halda insan kapitalına çevrilir ki, onun peşəkarlığı, maraqları və müəssisəyə münasibəti fəaliyyətin yüksək keyfiyyətindən xəbər verir. İnsan kapitalının mövcudluğu şəraitində dərin və dağıdıcı böhran ehtimalı azalır.
İkincisi, Böhran zamanı insan kapitalı stabiləşdirici amil kimi çıxış edir. Savadlı insanlar ətrafada baş verən hadisələri daha dərindən başa düşdükləri üçün həyacanlı əhval-ruhiyyə, qorxu və nizam-intizamsızlıq onlarda daha az baş verir. Doğrudur belə hallar bir tərəfdən fərdin xarakteri ilə bağlı olsa da, digər tərəfdən özünə inam, işgüzarlıq,hazırlıq kimi xüsusiyyətləri peşəkarlıq, təhsil, korporativ mədəniyyət və buna bənzər digər keyfiyyətlər insan kapitalı reallığını əks etdirir.
Üçüncüsu, İnsan kapitalı böhrandan çıxma prosesinin sürətlənməsində əhəmiyyətli rol oynayır. Burada təhsil və innovasiyalılıq əlamətləri olan peşəkarlıq, gələcəyi görmək (энтузиазм) kimi xüsusiyyətlərin olması vacibdir.
Antiböhranlı idarəetmədə insan kapitalının iki funksiyasının (obyekt və idarəetmə vasitəsi) harmoniyası böyük əhəmiyyət kəsb edir. Böhranı yumşaltmaq və ya onu müəssisənin inkişafının xeyrinə həll etmək üçün təhsilə investisiya qoymaq, sağlam həyat tərzi, işdə yaradıcılığa maraqlandırmaq, rahat sosial-psixoloji şərait yaratmaq, müəyyən ənənələr yaratmaq, təcrübə toplanmasına kömək etmək və korporativ mədəniyyət səviyyəsini yüksəltməklə insan kapitalının inkişafına nail olmaq lazımdır.
O zaman ki, müəssisənin böhrandan çıxması problemlərini həlli üçün istehsalın modernləşdirilməsi, müxtəlif innovasiyyaların lahiyələndirilməsi və onlardan istifadə, texnologiyaların yeniləşdirilməsi və digər tədbirlər həyata keçirilir, məhz onda, insan kapitalı vasitə və ya idarəetmə mexanizmi elementi kimi çıxış edir.
Dostları ilə paylaş: |