Azərbaycan döVLƏT İQTİsad universiteti unec biznes Məktəbi Biznesin Təşkili və İdarəedilməsi


Bölmə 2. Maliyyə hesabatlarında investisiya qərarlarının rolu



Yüklə 29,98 Kb.
səhifə5/6
tarix23.04.2022
ölçüsü29,98 Kb.
#56172
1   2   3   4   5   6
Bölmə 2. Maliyyə hesabatlarında investisiya qərarlarının rolu

İqtisadi sferada beynəlxalq inteqrasiyanın rolunun güclənməsi ilə müşayiət olunan biznesin inkişafı müxtəlif ölkələrdə mənfəətin hesablanması, vergiyə cəlbolunma bazası, investisiya şərtləri, qazanılan vəsaitlərin kapitallaşdırılması və s. üzrə prinsiplərin və alqoritmlərin formalaşmasının vahid və anlaşıqlı qaydada aparılması qarşısına müəyyən tələblər qoyur. İdarəetmə qərarlarının qəbulu üçün informasiya bazası sayılan mühasibat hesabatı bütün istifadəçilərin tələbatını maksimum ödəməlidir. Lakin uçot və hesabatın milli praktikası göstərir ki, Maliyyə Hesabatının Beynəlxalq Standartları və Milli Mühasibat Uçotu Standartları arasında oxşar cəhətlər çox olsa da, onların fərqli cəhətləri də müşahidə olunmaqdadır.

İnvestisiya fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində pul vəsaitlərinin daxilolmaları barədə göstərilən ümumiləşdirilmiş məlumatlar:

-torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin satılmasından əldə olunan pul vəsaitləri;

-digər tərəflərə təqdim edilmiş avansların və kreditlərin qaytarılmasından pul vəsaitlərinin daxilolmaları (maliyyə institutlarının avans və kreditləri istisna olmaqla);

-investisiyanın satılmasından gəlirlər.

Ümumiyyətlə, investisiya fəaliyyətindən pul axınlarına əsas vəsaitlərin satışından daxilolmalar, əldə edilən dividendlər və faizlər, maşın, avadanlıq, qeyri-maddi aktivlərin, nəqliyyat vasitələrinin əldə edilməsi, tikintidə iştirak payının ödənilməsi, uzunmüddətli qiymətli kağızların əldə edilməsi, uzunmüddətli maliyyə qoyuluşları, dividendlərin və faizlərin ödənilməsi xərcləri aid edilir. Maliyyə əməliyyatlarından daxilolmalar qısamüdətli qiymətli kağızların buraxılışından, əvvəllər əldə edilmiş qiymətli kağızların satışından, alınmış kreditlərdən, qısamüddətli qiymətli kağızların əldə edilməsi məsrəflərindən, kreditlrəin qaytarılmasından formalaşır. İnvestisiya fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində pul vəsaitlərinin xaricolmaları barədə aşağıdakı ümumiləşdirilmiş məlumatlar verilir: torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin əldə edilməsi məqsədilə pul vəsaitlərinin ödənişləri təsərrüfat subyekti tərəfindən öz imkanına inşa edilmiş torpaq, tikili və avadanlıqlar, habelə layihələr üzrə kapitallaşdırılan xərclərə aid ödənişləri daxil edir. Bunlara aiddir:

-digər tərəflərə təqdim edilən avanslar və borc vəsaitləri (dövlət maliyyə qurumlarına təqdim edilən avanslar və borc vəsaitləri istisna olmaqla);

- xarici valyutada qiymətli kağızların alınması.

Maliyyələşdirmə fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində pul vəsaitlərinin xaric olmaları barədə aşağıdakı ümumiləşdirilmiş məlumatlar göstərilməlidir:

-hökumətə və ya onun adından müvafiq səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına verilən dividendlər, bölüşdürmələr;

-maliyyə icarəsi üzrə yerinə yetirilməmiş öhdəliyin qalıq məbləğinin azaldılması üçün icarəyə götərən tərəfindən pul vəsaitlərinin ödənişləri;

-borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları.

Xaric olmalar və daxil olmaların yekununda hər bir xaricolma və daxilolma maddəsi üzrə yekunlar verilir ki, bunların köməyi ilə quruluş və dinamika göstəriciləri hesablanılır. İnvestisiya fəaliyyəti prosesində pul axınları bir qayda olaraq əsas vəsaitlərin, qeyri-maddi aktivlərin əldə edilməsinə istiqamətlənir. İnvestisiya layihələrindən pul axınlarının təhlilinin əsas məqsədi istifadənin və daxilolmaların bütün istiqamətləri üzrə nəğd pulun kəmiyyətini müəyyən etməkdir. İnvestisiya fəaliyyətindən yaranan pul axınlarının təhlili prosesində bir neçə mərhələ ayırd edilir: Bunlara aiddir:

-investisiya fəaliyyətinin həyata keçirilməsinin məqsədini və ümumi şəraiti öyrənmək,

-ayrı ayrı məsuliyyət daşıyan strukturların vəzifələrini müəyyən etmək,

-investisiya fəaliyyətindən daxil olan pul axınlarını proqnozlaşdırmaq,

-müxtəlif mənbələrdən daxil olan informasiyanı toplanmaq və işləmək,

-pul axınlarının ayrı-ayrı komponentlərinə düzəlişlər etmək (inflyasiya, vergilər və s.),

-investisiya layihələrinin həyat tsiklinin müddəti üzrə pul axınlarının qiymətləndirilmək,

-əldə edilmiş nəticələrin əsaslandırılmasını və obyektivliyini təhlil etmək,

- sonrakı investisiya fəaliyyətinin səmərəliliyini qiymətləndirmək üçün analitik informasiyanı təqdim etmək.

Maliyyə fəaliyyətindən əldə edilən pul vəsaitlərinin daxilolma və çıxmasının əsas istiqamətləri:


Yüklə 29,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin