Azərbaycan döVLƏT İQTİsad universiteti, unec biznes Məktəbi Biznesin Təşkili və İdarəedilməsi



Yüklə 91,68 Kb.
səhifə3/6
tarix31.12.2021
ölçüsü91,68 Kb.
#50156
1   2   3   4   5   6
Rəqəmsal biznesin təşkili və idarə edilməsi

Telefon bankçılıq – telefon vasitəsilə bankın Zəng Mərkəzi (Call Center) və interaktiv səsli cavablandırma (İVR – interactive voice response) xidmətindən istifadə etməklə bank əməliyyatlarının həyata keçirilməsidir; İnternet bankçılıq – bankın proqram təminatının əvvəlcədən quraşdırılmasına ehtiyac yaranmadan internet texnologiyasından (www – World Wide Web) istifadə etməklə bank əməliyyatlarının həyata keçirilməsidir; PC bankçılıq – xüsusi proqram təminatı vasitəsilə internet üzərindən məsafəli bank əməliyyatlarının reallaşdırılmasıdır.

Elektron bankçılıq xidmətləri ilə elektron ticarəti fərqləndirmək lazımdır. Əsas fərq isə ondan ibarətdir ki, elektron bankçılıqda istifadəçi bankın yaratdığı infrastruktur imkanlar vasitəsilə bank hesabını idarə edir, elektron ticarətdə isə elektron ödənişlər istənilən ödəniş şlüzündən istifadə etməklə aparılır.

Elektron bankçılıq vasitəsilə müştərilərə göstərilən əsas xidmətlər aşağıdakılardır :


  • hesabların idarə olunması (açılması, balans, vəsaitlərin köçürülməsi və s.), ödənişlərin həyata keçirilməsi, o cümlədən avtomatik konvertasiya, qiymətli kağızlar üzrə əməliyyatların aparılması, birbaşa debetləşmə, ödəniş kartının sifarişi, həmçinin bloklaşdırılması.

Elektron bankçılıqda aşağıdakı üsullardan istifadə olunur :

  • elektron imza (ID kart, mobil ID, e-token); istifadəçi adı və şifrə, birdəfəlik şifrə (SMS, e-mail, ATM qəbzi vasitəsilə və ya birdəfəlik şifrə qurğusu təqdim edilməklə)

Banklar baxımından üstünlüklər:

  • əməliyyatların real vaxtda emal olunması; fiziki və yaxud hüquqi şəxs olmasından asılı olaraq xidmətlər paketinin yaradılması; sistemin mütəmadi olaraq yenilənməsi imkanı; fiziki məkandan asılı olmayaraq müştərilərin bankın xidmətlərindən istifadəyə cəlb olunması və bu yolla bank xidmətlərinin satış həcminin artması; 7/24 rejimində bank xidmətlərinin göstərilməsi imkanı; həyata keçirilən bank xidmətlərinə çəkilən xərcin ənənəvi bankçılıqla müqayisədə daha ucuz başa gəlməsi; valyuta məzənnəsi danışıqlarının aparılması, kredit əldə etmək üçün ərizə formasının təqdim edilməsi və proseslərin avtomatik emal əmsalının yüksəldilməsi.

Müştərilər baxımından üstünlüklər:

  • müştərilərin fiziki yerləşməsindən asılı olmayaraq bank xidmətlərindən yararlanması; bank xidmətləri üzrə xidməthaqqının ənənəvi bankçılıqla müqayisədə daha aşağı olması; vaxta qənaət edilməsi; çox sadə istifadə mexanizmi sayəsində interfeys vasitəsilə məsafədən girişin əldə edilməsi imkanı; fiziki olaraq banka getmək stressi, növbə gözləmək və bürokratik əngəllər kimi problemlərin aradan qaldırılması.

Hal-hazırda respublikada fəaliyyət göstərən 30 bankdan 26-sı müştərilərə elektron bankçılıq xidmətləri təqdim edir.


Yüklə 91,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin