I BÖLMƏ.Rəqəmsal biznes xidmətlərinin keyfiyyətinin artırılması yolları.
1.1 Rəqəmsal biznes anlayışı.
Rəqəmsal biznes və ya iqtisadiyyat dedikdə insanların ağlına internet vasitəsi ilə idarə olunan biznes və ya iqtisadiyyat gəlir. Əslində rəqəmsal biznes daha geniş anlayışdır. Rəqəmsal biznes insanlar, müəssisələr, cihazlar, məlumatlar və proseslər arasında milyardlarla gündəlik internet bağlantısı nəticəsində ortaya çıxan, başqa bir deyimlə kompüter texnologiyalarına əsaslanan iqtisadi fəaliyyətdir.
Biznesin inkişafı, genişlənməsi və daha geniş auditoriyaya çatdırılması və son nəticədə məhsul və xidmətlərin effektiv satışına nail olmaq hər bir şirkətin strateji iş planına daxil olan məsələdir. Lakin heç də bütün şirkətlər bu məqsədə nail ola bilmir və ya qismən nail olurlar. Bu məsələ xüsusilə böhran dövrlərində daha qabarıq şəkildə əks olunur.
Belə ki, 10 il əvvəl bəlkə də ən təcrübəli top menecerlərin gələcək fəaliyyətinə inanmadığı start aplar (Google, Facebook, Whats App, İnstagram, Amazon) indi ən böyük rəqəmsal texnoloji şirkətlərdirlər. Belə ki, artıq müştərilərin həyatına təsir edə bilməyən, onların həyatını müsbət istiqamətə dəyişə bilməyən, kontentin yenilənmədiyi biznes sahələri tez bir zamanda bazardan yox olur, öz yerini daha prinsipial rəqibə verir.
İnformasiya texnologiyalarının inkişafı və onlardan bütün sahələrdə istifadənin genişlənməsi hər bir sektorda olduğu kimi biznes fəaliyyətlərində də bir çox üstünlüklərin yaranmasına səbəb olmuşdur. Hazırki şəraitdə rəqəmsal texnologiyalardan istifadə olmadan iqtisadiyyat, səhiyyə, təhsil, turizm və başqa bütün sahələrin inkişafını təsəvvür etmək qeyri-mümkündür. Bildiyimiz kimi rəqəmsal texnologiyalar bütün sahələrin fəaliyyətini gücləndirmiş, eyni zamanda iqtisadiyyatda effektivliyin, səmərəliliyin və məhsuldarlığın artımına səbəb olmuşdur. Beləliklə bütün biznes fəaliyyəti dəyişmiş və rəqəmsallaşmışdır.
1.2 Rəqəmsal biznes xidmətləri. Rəqəmsal biznes xidmətlərinin keyfiyyətinin artırılması yolları.
Rəqəmsal dəyişikliyin yaradıcılıq sahələrinin dəyər zəncirinə növbəti təsiri məlumatlara çıxış imkanının təmin edilməsidir. Əvvəllər biz kitab oxuyar və ya filmin timsalında mədəniyyət məhsulunu istehlak etmək üçün kinoteatra gedərdik, artıq hər şey bu qədər sadə deyil. Biz opera tamaşasını izləmək üçün kinoteatra gedə bilərik. Yeni teatr və balet tamaşalarının birbaşa yayımını izləmək tamamilə normal haldır. Bu, çox yaxşıdır. Yaxud biz izləmək məsələsində iddialıyıq, məsələn, TEDx. Siz bəzi insanları canlı, bəzilərini isə auditoriyada birbaşa yayım zamanı izləyirsiniz. Bu, mədəniyyət məzmununun yeni istehlak mədəniyyətidir.
Siz kitab oxumaqla yanaşı, kitabda başa düşmədiyiniz hissələri anlamaq istədiyiniz halda qadjetinizdəki, telefonunuzdakı qeydlərə ötəri nəzər salırsınız. Çap olunmuş kitabla yanaşı, telefon, smartfon da yanınızda olur və bu, fərqli mədəniyyət yaradır. Artıq avtobusda gedərkən də mədəniyyət məhsullarından istifadə etmək mümkün olmuşdur.
Beynəlxalq səviyyədə aparılmış tədqiqatların nəticələrinə əsasən müəssisələrdə rəqəmsal bacarıqlardan aşağıda qeyd edilən fəaliyyətlərin icrası məqsədilə istifadə edilir:
- Əməliyyatların gücləndirilməsi. Bildiyimiz kimi öz fəaliyyətlərində davamlı olaraq səmərəlilik və effektivliklərini artıran müəssisələr rəqabətdə uğur əldə edirlər. Müəssisələrin İKT vasitələrindən geniş şəkildə istifadə etmələri onların qeyd edilən faydalara nail olmalarını təmin edir.
- Yeni məhsulların təklifi və yeni biznes modellərindən istifadə. Müəssisələr rəqəmsal bacarıqlardan yararlanmaqla müasir texnologiyalardan effektiv istifadə nəticəsində müştərilərə yeni məhsullar təklif edə və öz fəaliyyətlərində yeni biznes modellərdən faydalana bilirlər.
- Müştərilər və təchizatçılarla daha geniş əlaqələrin yaradılması. Müəssisələr təchizat zənciri menecmenti vasitəsilə müştərilər və təchizatçılarla əlaqələrin yaranmasını təmin edir. Bu məqsədlə İKT vasitələrindən geniş istifadə qeyd edilən əlaqələrin daha effektiv və səmərəli şəkildə qurulmasına şərait yarada bilər.
- Daha səmərəli qərarların qəbul edilməsi. Bildiyimiz kimi qərar qəbuletmədə səmərəliliyin və effektivliyin artımı zəruri informasiyaların mövcudluğu şəraitində mümkündür. Hazırki şəraitdə çoxlu sayda informasiyaların emal edilərək çeşidlənməsi, bir-biri ilə əlaqələndirilməsi və lazımi qərarların qəbul edilməsi müasir tipli İKT avadanlıqlarından istifadəni tələb edir.
- Rəqabət üstünlüyünün yaradılması. Mövcud kəskin rəqabət şəraitində müəssisələrin uğur qazanmasını təmin edən əsas amillərdən biri rəqabət üstünlüyünün mövcudluğu və onun qorunub saxlanmasıdır. İKT vasitələrindən istifadə nəticəsində müəssisələrin ümumi xərcləri azalır, təklif etdiyi əmtəə və xidmətlərin keyfiyyəti yüksəlir ki, bu da rəqabət üstünlüyünün yaranmasını təmin edən amillərdəndir.
Rəqəmsal biznes xidmətlərinin keyfiyyətinin artırılma yolları:
1.Dövlətin rəqəmsal biznesə (İKT)-yə olan xərclərin azaldılması
2.Təhlükəsizlik məsələlərinə diqqətlə yanaşılması
3. Qiymətlər, əmanətlər, borclar və kreditin əlverişliliyi
4. Avadanlıqların əldə edilməsinin gücləndirilməsi;
5.Məqsədli müştərilər arasında bacarıqların artırılması;
6.Kvalifikasiyaların müəyyənləşdirilməsi;
7.İnamın artırılması;
8.Birbaşa marketinq.
Dostları ilə paylaş: |