Azərbaycan döVLƏT İQTİsad universiteti, unec biznes Məktəbi Biznesin Təşkili və İdarəedilməsi



Yüklə 91,68 Kb.
səhifə6/6
tarix31.12.2021
ölçüsü91,68 Kb.
#50156
1   2   3   4   5   6
Rəqəmsal biznesin təşkili və idarə edilməsi

2.2 Rəqəmsal bankçılıqda qarşıya qoyulan hədəflər və ondan istifadənin artması yolları.

Rəqəmsal bankçılıq bütün ənənəvi əməliyyatların rəqəmsallaşmasıdır. Bu xidmət sektorunun bir çox faydası var. Ofisə getmədən , növbə gözləmədən xidmət almaq mümkündür. Üstəlik bu sektorun inkişafı nəinki müştərilərə, həmçinin də banklara faydalıdır.Banklarda sıxlıq azalır,işçilərin öz vaxtlarını daha səmərəli şəkildə istifadə etmək şansı artır. Banklar böyük ofis və əlavə işçi qüvvəsi istifadəsindən azad olurlar. Bu da bankın gəlirliyini artırır və həmçinin bütün əməliyyatların virtual şəkildə həyata keçirilməsi onların şəffaflığını artırır ki, dövlətin bu sektoru stimullaşdırılmasının ən mühim səbəblərindən biri də budur.

Dünyanın bir sıra ölkələrində insanlar bank xidmətlərinin çoxunu internet vasitəsi ilə əldə etməsinə baxmayaraq, Azərbaycanda bu cür xidmətlər çox yayğın şəkildə istifadə olunmur. Buna bir çox səbəb göstərmək olar:

1.Azərbaycan da bu sahənin inkişaf etməmə səbəblərindən biri əhalinin məlumatsızlığından irəli gəlir. Müştərilər xidmət aldığı bankların onlayn xidmət göstərdiklərindən xəbərdar olmurlar. Nəinki orta yaşlı, hətta gənclər arasında belə bu xidmət sektorundan xəbərdar olmayanlar çoxdur.

2.Psixoloji baryer. İnsanlar bank xidmətlərini onlayn  əldə etməyə öyrəncəli deyillər. Necə deyərlər, insan bilmədiyi işdən çəkinər.

3.Banklara güvənsizlik. Son dövrlərdə əhali arasında banklara qarşı çox böyük güvən problemi yaranıb. Buna səbəb 2015-ci ildə olan devalvasiya və 2012-ci ildə qanunvericilikdə bankların nizamnamə kapitalının 50 milyona qaldırılması ilə bağlı olan dəyişiklərə görə bir çox banklar bağlanması oldu. Və bu ölkədə bank sisteminə olan inamın xeyli sarsılmasına səbəb oldu.

4.Başa düşülməyən interfeys. Belə ki, insanlar bu xidməti əldə etdiyi zaman sual maksimal dərəcədə yaranmamalı, müştərilər rahat şəkildə bütün operasiyaları tək başına yerinə yetirə bilməlidirlər.

5.Rəqəmsal bankçılıq ölkəmizdə ayrı fərdlər tərəfindən deyil, böyük şirkətlər tərəfindən daha çox istifadə edilir. Ancaq burda bir problem yaranır ki, orta və kiçik sahibkarlar üçün bu sistemi istifadə etmək əlverişli deyil. Belə ki, orta və kiçik sahibkarlar bütün tranzaksiyalarını virtual yolla yerinə yetirmədiyi üçün bu pulu gec-tez çəkmək məcburiyyətindədirlər. Hər dəfə pul çəkdikdə isə əlavə komissiya ödəməli olurlar.

 
Qeyd etdiyimiz kimi, banklar haqqında qanunvericiliyə nəzər salsaq, rəqəmsal bankçılığın inkişafına zidd olan müəyyən məqamları görə bilərik. Hesabların açılması, kartların emissiyası, valyuta tənzimi, nağdsız hesablaşmalar və pul köçürmələri qaydaları və normativ aktlarında mühüm dəyişikliklər olmalıdır ki, müştəri rəqəmsal bankçılıqdan rahat və təhlükəsiz şəraitdə istifadə edə bilsin, əməliyyat imkanları məhdudlaşmasın. Müştəri bank hesabı açmaq istəyir, qaydalara riayət edərək onu filiala çağırmalı oluruq, kredit almaq, adi debet kart əldə etmək, əmanət yerləşdirmək istəyir hər dəfə filiala gəlmək məcburiyyəti ilə qarşılaşır. Bu da əlbəttə ki, onun zaman itkisinə səbəb olur. Müəyyən addımlar atılsa, müştərilən bank xidmət və məhsullarından onlayn istifadə imkanlarını genişləndirərək, bu prosesi çox asanlıqla avtomatlaşdırmaq olar. Artıq bildiyiniz kimi, bu istiqamətdə həm Mərkəzi Bank, həm Maliyyə Bazarlarına Nəzarət Palatası, həm də Azərbaycan Banklar Asosiyasiyası böyük işlər görür, inanıram ki, bu işlərin nəticəsi olaraq, rəqəmsal bankçılıq sahəsində yeni inkişaf mərhələsi başlayacaq.

Rəqəmsal maliyyə xidmətlərimizdən olan internet bankinqimizdən aktiv istifadə edən şirkətlərin sayı 1000-ə yaxınlaşır. Bu şirkətlərin hər birinin istək və ehtiyaclarına uyğun fəaliyyət və xidmət dairəmizi mütəmadi olaraq genişləndirir və təkmilləşdiririk. Onlardan bəzilərini misal olaraq göstərmək istərdim. Bu yaxınlarda, şirkət mühasiblərinin işini rahatlaşdıracaq hesab əməliyyatları üzrə 1C hesabatlarının eyni adda mühasib proqramına inteqrasiya olunmuş çıxarış faylını internet bankçılığa əlavə etdik. Yəni, mühasiblər 1C hesabatları üzrə çıxarışları çox rahat şəkildə internet bankinqdən əldə edə bilərlər. Digər yeniliklərimizdən əmək haqqı kartı bankımızdan olan korporativ müştərilərin mühasibləri üçün yaratdığımız banka gəlmədən sadəcə bir kliklə əmək haqqlarının karta köçürülməsi imkanıdır. Bununla yanaşı, korporativ müştərilərə özəl olaraq internet bankçılıqda SWIFT çıxarışın onlayn əldə olunması funksiyası əlavə olunub. Belə ki, şirkətlər hesablar üzrə həyata keçirdikləri həm mədaxil, həm də məxaric olunan əməliyyatların çıxarışını əldə edə bilərlər. Çıxarışda ödəməni həyata keçirən və alan şəxsin və ya qurumun adı, ünvanı, ödəniş məbləği və tarixi öz əksini tapır. Qeyd edim ki, bu cür çıxarışları Avropada fəaliyyət göstərən banklar 20-30 avro civarında öz müştərilərinə təqdim edirlər, bizim müştərilərimiz isə bu imkandan tamamilə pulsuz faydalana bilərlər. Əlavə olaraq, şirkətlərin sual və müraciətlərini dərhal cavablandırmamız üçün hər bir şirkətə individual konsultant xidmətini təqdim etdik, onlara anında geri dönüş imkanı yaratdıq. Konsultantla əlaqə həm internet bankinkinq vasitəsilə, həmçinin məhz korporativ müştərilər üçün istifadəyə verilmiş 145-1-1 telefon xətti ilə mümkündür.


Onu da qeyd etmək olar ki, ödəniş terminalları ilə yanaşı müştərilərə İnternet Bankçılıq xidməti vasitəsilə də Contact Təcili Pul köçürmə sistemindən onlayn istifadə imkanını ilk dəfə Bank of Baku yaradıb. Qeyd etdiyimiz kimi, hal-hazırda gün ərzində maksimum 300 dollaradək köçürmə etmə mümkündür, bu limitin tədricən 1000 dollaradək artırılmağı düşünülür. Manat əskinazları Bank of Bakunun ödəniş terminalları tərəfindən artıq qəbul olunur, köçürmə edildiyi zaman Bankın həmin günə uyğun satış kursu ilə dollara konvertasiya edilir.

NƏTİCƏ.

2020-ci ildə ölkədə fəaliyyət göstərən bankların müştəriləri arasında keçirilmiş sorğu nəticələrinə əsasən rəqəmsal bankçılıq xidmətlərindən yalnız müştərilərin 56.7%-i istifadə edir. Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri özündə bir sıra innovativ yenilikləri birləşdirməklə, həmin xidmətlərdən yararlanmaq üçün xüsusi bacarıqlar da tələb edir. Xüsusilə əhalinin mobil qurğular və kompüterlərdən istifadə üzrə biliklərinin yetərli olmaması bu xidmətlərdən istifadənin kütləviləşməsinə maneə törədir. Eyni zamanda, banklara inamın aşağı olması sözügedən xidmətlərdən istifadənin təhlükəsizliyini də şübhə altına almış olur.

Rəqəmsal ödənişlərlə bağlı ictimai məlumatlılığın və inamın artırılması məqsədilə dövrü olaraq banklar, bank olmayan ödəniş xidməti təchizatçıları və beynəlxalq kart təşkilatları ilə birgə rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətlərinin üstünlükləri, təhlükəsiz istifadəsi barədə ölkəmiqyaslı maarifləndirmə və təbliğat tədbirləri təşkil ediləcəkdir.

Rəqəmsal ödəniş xidmətlərinin inkişafı biznes subyektləri ilə maliyyə qurumları arasında münasibətlərin elektronlaşdırılması, innovasiyalara əsaslanan yeni biznes modellərinin tətbiqi, xüsusilə kiçik və orta sahibkarlıq seqmenti üçün əməliyyat xərclərinin azaldılması baxımından yeni imkanlar formalaşdıracaqdır.



Strategiyanın reallaşdırılması eyni zamanda maliyyə inklüzivliyinin artırılması istiqamətində fəaliyyətin dəstəklənməsi və maliyyə xidmətlərinin məsafədən əldə olunması imkanlarını genişləndirəcəkdir. Ödəniş bazarına yeni oyunçular – Fintexlərin daxil olması sözügedən sahədə rəqabət mühitinin dərinləşməsi və istifadəçilər üçün daha əlçatan ödəniş tariflərinin formalaşmasına dəstək olacaqdır. Bununla yanaşı, təbliğat və təşviqat xarakterli tədbirlər sayəsində əhalinin maliyyə savadlılığı yüksələcək, “Nağdsız cəmiyyət”in formalaşması prosesi sürətlənəcəkdir.

ƏDƏBİYYAT

1.Abbasov Ə.M.,Məmmədov Z.F. Bank işi və e-bankçılıq.Bakı,2003.

2.Bağırov M.M Bank və bank əməliyyatları.

3.  https://unec.edu.az/application/uploads/2018/11/M-mm-dov-Qo-qar.pdf.

4. https://uploads.cbar.az/assets/7095796a70cfdfac360b9a15a.pdf.

5. https://www.bankofbaku.com/az/bankimiz-mediyada/bank-of-baku-reqemsal-bankciliqda-yeni-hemlelere-hazirlasir-musahibe .


Yüklə 91,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin