4
6.İqtisadi inkişafın təmin olunması:
dövlətin iqtisadi inkişafı üçün
investisiyalara münbit şərait yaradır. İqtisadi fəaliyyətlərdə tam məşqulluq halını
təmin etmək üçün buna uyğun fəaliyyətlər həyata keçirilir.
2. Dövlətin sosial siyasət strategiyası
Dövlətin daxili siyasətində mühüm yeri
onun sosial siyasəti tutur. Sosial siyasət iqtisadiyyatın təmərküzləşmiş forması
kimi insanların tələbatını, sosial qrupların marağını ifadə edir. Ayrı-ayrı bazar
modellərində sosial problemlərin həllində dövlətin iştirakı dərəcəsi və
mexanizmləri fərqli olsa da, bu bir reallıqdır ki, bütün ölkələrdə dövlətin mühüm
funksiyalarından biri səmərəli sosial siyasətin reallaşdırılması ilə bağlıdır.
Sosial
bazar iqtisadiyyatında dövlətin sosial siyasəti elə formalaşmalıdır ki, birincisi, öz
kapitalına görə əhalinin gəlirlərinin artması təmin olunsun, ikincisi, cəmiyyətin
iqtisadi və sosial məsuliyyətinin artırılması yolu ilə himayədarlıq
aradan
qaldırılsın, üçüncüsü, əhalinin sosial müdafiəsi mexanizmi yaradılsın. Bu
baxımdan Azərbaycan Respublikasının sosial siyasətinin strategiyası və
taktikasında aşağıdakılar nəzərdə tutulur:
a) Əhalinin həyat səviyyəsinin hiss olunacaq dərəcədə getdikcə
yaxşılaşdırılması;
b) Əhali məşğulluğunun effektli təmin olunması.
c) Ölkədə Konstitusiya hüququna əməl olunması;
ə) Sosial siyasətin ailəyə istiqamətləndirilməsi;
d) Ölkədə demokratik situasiyanın normallaşdırılması.
e) Sosial infrastrukturunun əhəmiyyətli dərəcədə yaxşılaşdırılması.
Sosial siyasəti reallaşdırmaq üçün dövlət tərəfindən aşağıdakı metodlar tətbiq
olunur:
1)Hüquqi tənzimləmə tədbirləri: Bura dövlət tərəfindən
qəbul edilən hüquqi
normativ aktlar aid edilir.
2)Maliyyə-kredit tənzimlənməsi: Əsas tədbir kimi dövlət büdcəsində
sosialyönümlü maddələrin tətbiq edilməsi və büdcədənkənar sosial fondların
yaradılması çıxış edir.
5
3)Özəlləşdirmə: Sosial infrastruktur sahələrinin dövlət himayədarlığından
çıxarılaraq özəl bölməyə verilməsi.
4) Miqrasiya siyasəti – Miqrasiya proseslərinin tənzimlənməsi (məcburi
köçkünlük, xarici əmək miqrasiyası, xaricdə həmvətənlərin hüquqlarının müdafiəsi
və s.).
5)Məqsədli proqramların qəbul edilərək reallaşdırılması.
6)Sosial standartların, norma və normativlərin işlənib hazırlanması və qəbul
edilməsi:
Sosial standart kimi minimal istehlak büdcəsi, yaşayış minimumu,
istehlak səbəti, minimum əməkhaqqı, minimum təqaüd götürülür.
Qeyd olunan məqsədlərə nail olmaq üçün aşağıdakı zəruri şəraitin olması
məqsədə uyğundur: 1) İnsanların əmək aktivliyinin
yüksəldilməsi və istehsaln
inkişafının stimullaşdınimasının əsas amilli kimi, əhalinin pul gəlirlərinin onun
əmək fəaliyyətindən asılılığının təmin olunması; 2) Vergi qanunçuluğuna əsasən
gəlirlərin ədalətli bölgüsünün həyata keçirilməsi; 3) İnvestisiya fəaliyyətinin sosial
proqramların həyata keçirilməsinə istiqamətlənməsi. 4)
Düşünülmüş məşğulluq
siyasətinin aparılması bir tərəfdən işsizliyin azaldılması, digər tərəfdən isə artıq işçi
qüvvəsinin yaranmasına maneçilik törədilməsi. 5) Aztəminatlılara istiqamətlənən
vəsaitin ünvanlılığının güclənməsi. 6) Ailələr, qadınlar və gənclər üçün dəyərli
həyat səviyyəsinin yaradılması. 7) Sosial sığortanın rolunun yüksəldilməsi. 8)
Sosial infrastruktura sahələrinin stabil maliyyələşdirilməsi. Bu məsələlərin həllində
ölkənin illik ümumi daxili məhsulun artımının
rolu əhəmiyyətli dərəcədə
böyükdür.
Dövlətin sosial siyasətində bir sıra mühüm istiqamətlər nəzərdə tululur ki,
onlarında əsasında cəmiyyətdə gedən sosial proseslərin tənzimlənməsi həyata
keçirilir:
Dostları ilə paylaş: