1
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
“İctimai idarəetmə və sosial innovasiyalar”
kafedrasının dosenti
i.e.n B.C.Sadıqov
bulud.sadiqov@mail.ru
FƏNN: «SOSİAL SAHƏLƏRİN İQTİSADİYYATI»
PLAN:
1.Dövlətin sosial siyasəti, onun mahiyyəti və vəzifələri
Sosial siyasət dövlətin
cəmiyyətdə sosial sahənin idarə edilməsi ilə bağlı fəaliyyəti olub, kütlələrin əmək
və ictimai-siyasi fəaliyyətinin səmərələşdirilməsi ilə bağlıdır.
Sosial sferada
aparılan islahatlar sosial siyasət zəminində qurulur və ərsəyə yetir.
Sosial
siyasət
dedikdə ictimai rifah, insanların maddi, sosial və intellektual tələbatının
ödənilməsi, insan ləyaqətinə hörmətin formalaşdırılması və cəmiyyətdə sosial
sabitlik və sosial sülhün bərqərar olması ilə bilavasitə bağlı olan siyasət başa
düşülür. Sosial siyasət sosial sferada mövcud
olan sosial münasibətlərin
tənzimlənməsi, sosial şəraitin yaxşılaşdırılması, bu sahədəki əlaqələrin
təkmilləşdirilməsi istiqamətində fəaliyyəti əhatə edir. Bu siyasət dövlətin, onun
institutlarının, yerli özünüidarə orqanlarının, mülkiyyət ormasından və növündən
asılı olmayaraq bütün yerli
və xarici hüquqi şəxslərin, onların birlik və
assosiyalarının, yerli və xarici ictimai fondların, ictimai və dini birliklərin,
vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin cəmiyyətin sosial
2
sferasının inkişafı və idarə olunması ilə bağlı fəaliyyətinin
tam kompleksini özündə
birləşdirir.
Sosial siyasət, anlayış olaraq XIX əsrin ikinci yarısında Almaniyada ortaya
çıxıb. İlk dəfə sadəcə fəhlə və kapitalist sinfi arasındakı mənfəət qarşıdurmasını
nizamlamaq üçün dövlətin gördüyü tədbirləri nəzərdə tutan bu anlayış, daha sonra
inkişaf edərək geniş mənada işlədildi. Bütün sosial sinif və qruplar üçün dövlətin
gördüyü tədbirlər bütününü əhatə etdi. Sosial siyasət müasir mənada: cəmiyyətdəki
bütün sosial sinif və qrupların sosial müdafiə, sağlamlıq, təhsil, məşğulluq və.s
kimi problemlərini həll etməyə istiqamətlənmiş, qruplar və siniflər arasında
yaranan mübarizə və münaqişələri sosial ədalət prinsiplərinə
görə həll etməyə
çalışan və cəmiyyətin sosial rifahı üçün həyata keçirilən bütün tədbirlərin cəmidir.
Bu anlayış hazırki mənanı alana qədər uzun bir tarixi inkişaf mərhələsi keçib. Bu
mərhələlərdə dövlətlər öz funkisiyalarını dəyişdikləri kimi sosial siyasətin də
mənasını dəyişdirib və onu daha da genişləndiriblər.
Sosial siyasət cəmiyyətdə meydana çıxan və meydana çıxa biləcək sosial
tələblərin öyrənilməsi, təhlili və nəzərə alınması əsasında formalaşır.
Müasir dövrdə sosial siyasətin əsas göstəriciləri aşağıdakılar hesab edilir:
- əhalinin sabit məşğulluğu üçün şəraitin yaradılması,
kütləvi və durğun işsizlik
meyilləri ilə mübarizə;
- ehtiyacı olan təbəqələrin sosial müdafiə sisteminin möhkəmləndirilməsi və
təkmilləşdirilməsi;
- müxtəlif peşə və sosial qruplar arasında sosial uçurumun dəf edilməsinə
yönələn gəlirlərin tənzimlənməsi siyasəti
Hazırda öz xalqına yüksək rifah şəraiti yaratmış bir çox Avropa dövləti sosial
dövlət sisteminə üstünlük verir və sosial siyasət mexanizmlərindən istifadə edərək
cəmiyyətin rifahını yüksəltməyə çalışır. Sosial siyasət cəmiyyətdəki sosial
prosesləri nizamlamaq üçün dövlətin əlində olan əsas vasitələrdən biridir.
Dövlətin sosial siyasətində əsas məqsəd
ümumi həyat səviyyəsini
yüksəltməklə yanaşı müxtəlif əhali qrupları arasında mövcud olan fərqi
azaltmaqdan ibarətdir. Adamların sosial tələblərinin və maraqlarının
ödənilməsi
3
üçün şərait yaratmaq, ayri-ayrı vətəndaşlara, qruplara sosial yardım göstərmək,
onların sosial müdafiəsini, korreksiya və reabilitasiyasını təşkil etməkdir. Bir sözlə
əhalinin sosial müdafiəsinin layiqincə təminatına şəraitin yaradılmasıdır.
Sosial siyasətin vəzifələri dedikdə,
dövlətin həll etməli olduğu əsas məsələlər
nəzərdə tutulur. Yəni, adamların həyat səviyyəsini və əmək şəraitini
yaxşılaşdırmaq; bazar münasibətlərinə uyğun gələn yeni sosial-sinfi quruluşu
formalaşdırmaq; sosial ədalət
və müdafiəni həyata keçirmək; millətlərarası və
etnoslararası münasibətləri tənzimləmək; ölkədə demokratik və ekoloji şəraiti
normallaşdırmaq. Sosial siyasətin əsas vəzifələrini aşağıdakı kimi təsnif etmək
olar: