Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti



Yüklə 447,58 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix18.03.2023
ölçüsü447,58 Kb.
#88666
1   2   3   4   5   6   7   8
UNEC 1677342966.docx

2. Əhalinin 
sosial müdafiəsinin təminatı
(ailə və uşaqlara sosial xidmətlər, qoca və əlillərin 
müdafiəsi, sosial yardımların, təqaüd və konpensasiyalarm verilməsi, vətəndaşların 
dəstəklənmsi) 
3. Ailələrin, qadınların, uşaq və gənclərin fəaliyyətinin təmin 
olunması 
(əhalinin mədəni-psixoloji və keyfiyyət cəhətdən inkişafı, qadınların və 
gənclərin siyasi həyatda geniş iştirakı). 
Sosial infrastruktura sahələrinin inkişafı 
siyasəti
özündə kompleks tədbirlər sistemini əhatə edir-humanitar sferanın dövlət 
tərəfindən tam dəstəklənməsi, bələdiyyə məqsədli proqramların üstün sahələrinin 
müəyyən edilməsi və onlara vəsaitlərin ayrılması, təhsil, səhiyyə proqramlarının 
həyata keçirilməsi, onların maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, 
mənzil-kommunal təsərrüfatının inkişafı və s.



Beləliklə Azərbaycan Respublikasında dövlətin sosial siyasəti əhalinin sosial 
müdafiəsi, təhsili, əhalinin sağlamlığının qorunması, gənclər siyasəti və əhalinin 
digər ictimai-mədəni ehtiyaclarının ödənilməsi sahəsində fəaliyyətini əhatə edir. 
Müasir dövrdə əhalinin sosial ehtiyaclarının ödənilməsi, təhsilin, səhiyyənin 
inkişaf etdirilməsi, vətəndaşların sosial müdafiəsinin və sosial təminatının 
gücləndirilməsi, cəmiyyət üzvlərinin mədəni tələbatının daha dolğun ödənilməsi 
dövlətin mühüm funksiyası hesab olunur. Mərkəzi və yerli hakimiyyət orqanlarının 
sosial siyasət sahəsindəki fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi 
ilə tənzimlənir və istiqamətləndirilir. Dövlətin sosial siyasəti bütün dövlət 
hakimiyyəti və dövlət idarəetmə orqanlarının sosial münasibətlər sahəsindəki 
fəaliyyətinin əsasını təşkil edir. 
Qeyd etmək lazımdır ki, əhalinin sosial-mədəni ehtiyacları ildən-ilə artır ki, 
bu da ölkədə həm sosial sahələrin, həm də sosial infrastrukturunun inkişafına, 
əhalinin sosial müdafiəsinin gücləndirilməsinə maliyyə vəsaitinin artırılmasını 
zəruri edir. Ölkədə təhsilin, səhiyyənin, mədəniyyətin, elmin inkişafına, əhalinin 
sosial müdafiəsi və sosial təminatına, digər ictimai-mədəni tədbirlərin həyaita 
keçirilməsinə ayrılan büdcə vəsaitinin məbləği ildən-ilə artır.
Azərbaycan Respublikasında indiki şəraitdə dövlətin həyata keçirtdiyi sosial 
siyasəti əhalinin sosial xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yönəldilməklə 
təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, digər sosial-mədəni tədbirlərin inkişaf 
etdirilməsi və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədlərinə 
dövlət büdcəsindən hər il böyük məbləğdə vəsait ayırır. 

Yüklə 447,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin