149
Bu ölkədəki ev təsərrüfatlarının Azərbaycanın ev təsərrüfatlarından daha bir fərqi isə
bu ev təsərrüfatlarında ümumilikdə ölkə üçün spesifik
olan donuzçuluqla məşğul
olmalarıdır. Donuzçuluq, rentabellik
səviyyəsi yüksək olmasa da, Qombori kəndi
üçün ən çox gəlir gətirən fəaliyyət növüdür. Xərclərin yüksək olmaması donuzçuluğu
əldə edilən mənfəətə görə də ev təsərrüfatları üçün ən vacib kənd təsərrüfatı fəaliyyəti
sahəsidir. Qombori kəndində ev təsərrüfatlarının məhsul vahidinə görə 1000 laridən
(690 manat) çox gəlir əldə etdiyi
fəaliyyət sahələri donuzçuluq, südlük inək və bir
hektar ərazidən buğda əkinidir. Donuzçuluq və Südlük inək ev təsərrüfatlarının hey-
vandarlıqdan əldə etdiyi gəlirin 81 faizini təşkil edir. Bir hektar buğdadan əldə edilən
gəlir isə bitkiçilikdən əldə edilən gəlirin 39 faizinə bərabərdir.
Gürcüstanın Araşenda kəndində
Qombori kəndinə nisbətən daha çox fəaliyyət sahələri
vardır. Nəticələr on fəaliyyət sahəsinə görə hesablanmışdır.
Araşenda kəndinin isti
iqlimi burada üzümçülüyün və taxılçılığın inkişafına münbit şərait yaradır. Xüsusilə
üzümçülük bu kənddə əsas gəlir mənbələrindən biridir. Daha əvvəl üzümçülüyün
Gürcüstan iqtisadiyyatı üçün hansı əhəmiyyətə malik olduğunu qeyd etmişdik. Buna
baxmayaraq üzümçülükdə xərclərin çoxluğu rentabellik səviyyəsinə təsirsiz ötüşmə-
mişdir (51%). Üzümçülük bu göstəriciyə görə yalnız biçənək
sahəsinin rentabellik
səviyyəsini (30%) üstələyir. Bununla belə, üzümçülük əldə edilən mənfəətə (609
manat) görə yalnız kartofçuluqdan geri qalır. Üzümçülüklə bərabər kartofçuluq, do-
nuzçuluq, südlük inək, taxılçılıqda isə buğda əkini ev təsərrüfatlarının ən gəlirli fəa-
liyyət sahələridir. Bu kənddə arıçılığın rentabelliyi nəinki digər fəaliyyət sahələrinə,
hətta bütün tədqiqat kəndlərinə nisbətən çoxdur. Belə ki, bu fəaliyyət sahəsinin renta-
belliyi 368%-ə
bərabərdir ki, bu da altı kənddə bütün kənd təsərrüfatı fəaliyyətləri
içərisində ən yüksək göstəricidir. Arıçılıqla yanaşı, kartofçuluq, qoyunçuluq, südlük
inək və keçiçilik yüksək rentabellik səviyyəsinə malik fəaliyyət sahələridir. Araşenda
kəndində ev təsərrüfatları heyvandarlıq fəaliyyətindən əldə etdiyi gəlirin 43
faizini
donuzçuluqdan, 38 faizini südlük inəkdən əldə edir. Ev təsərrüfatları bitkiçilikdən əldə
etdikləri gəlirin isə 43 faizini üzümçülük, 28 faizini kartofçuluqdan əldə edir.
Şaxvetila kəndində göstəricilər digər iki Gürcüstan kəndinə olduqca yaxındır. Bunun
əsas səbəblərindən biri Gürcüstanda sorğuları cavablandıran respondentlərin müvafiq
suallara dolğun cavab verə bilməməsidir. Buna görə də, daha əvvəl qeyd edildiyi kimi
bəzi fəaliyyət sahələrindəki göstəricilər digər kəndlərə istinad edilərək hesablanmış-
dır. Ev təsərrü-fatlarının əsas gəlirini müvafiq olaraq üzümçülük, kartofçuluq, donuz-
çuluq, südlük inək və buğda əkinindən əldə edilir. Arıçılıq Araşenda kəndinə nisbətən
az rentabelli olsa da, bu kənd üçün ən rentabelli fəaliyyət növüdür. Arıçılıqla yanaşı,
kartofçuluq, qoyunçuluq, südlük inək, keçiçilik, ən rentabelli fəaliyyət sahələridir. Ən
az rentabelli fəaliyyət sahələri isə biçənək (30%) və üzümçülkdür (51%). Sorğunun
nəticəsinə görə Şaxvetila kəndində ev təsərrüfatları əsas fəaliyyət sahələrindən olan
Dostları ilə paylaş: