152
Bir çox tədqiqat kəndində su problemi var. Bu problemin həll edilməsi ilə əkinçilikdə
gəlir payının artırılması mümkündü. Belə ki, ev təsərrüfatları əldə etdikləri bol və
yüksək keyfiyyətli məhsulları daha yaxşı qiymətə sata bilər. Məsələn, Kərəmli kəndi
üçün vacib olan moruq bitkisinin becərilməsi üçün suyun olması vacib şərtlərdəndir.
Tədqiqatımızın nəticələrinə uyğun olaraq ev təsərrüfatlarının gəlirlərinə müsbət təsir
edəcək aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəuyğun olardı:
-
örüş və otlaq sahələrində növbəli otarma sisteminin tətbiq edilməsi;
-
bu sistemin effektivliyini təmin etmək üçün bələdiyyələrdə nəzarət rejiminin
yaradılması;
-
kəndlərdə ev təsərrüfatlarının bitkiçilik sahəsində məşğulluğunun səmərəli olması
üçün suvarmada yaranan problemlərin aradan qaldırılması;
-
bankların və kredit təşkilatlarının ev təsərrüfatlarının kənd təsərrüfatı fəaliyyəti
üçün nəzərdə tutulmuş kredit şərtlərinin yumşaldılması;
-
kənd təsərrüfatı məhsullarının sığorta mexanizminin təkmilləşdirilməsi;
-
ev təsərrüfatları üçün yerlərdə kənd təsərrüfatı sığortası sahəsində maarifləndirmə
tədbirlərinin həyata keçirilməsi;
-
gənclərin kənd təsərrüfatı fəaliyyəti sahələrində məşğulluğunun sti-mullaşdırılması;
-
ev təsərrüfatlarının kənd təsərrüfatı fəaliyyəti sahəsində əldə ediləcək gəlirlərinin
artırılması üçün yerlərdə xırda emal müəssisələrinin yaradılması;
-
satış kanallarını yaratmaqla istehsalçıların vasitəçilərdən asılılığının azaldılması.
Ədəbiyyat
1.
2018-ci ildə ev təsərrüfatları tədqiqatının yekunları. / tər. ed. Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsi, −Bakı: Rəsmi nəşr, −2019. −176;
2.
Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu, –Bakı, 7 fevral 2006;
3.
Ataşov, B.X. Maliyyə nəzəriyyəsi. Dərslik. / B.X. Ataşov, N.A.Novruzov, E.Ə.İbrahimov –Bakı:
Kooperasiya −2014. −648 s.;
4.
Hacızadə, E.M. Sosiallaşan iqtisadiyyat / E.M.Hacızadə− Bakı: Elm, − 2006. 509 səh.;
5.
Hüseynov, M.C. İqtisadiyyata giriş. Dərslik. / M.C. Hüseynov, E. A. Salahov− Bakı: Ecoprint,
−2019. − 392 s.;
6.
Hüseynov, M.C., Məmmədov, N.N. Ev təsərrüfatlarına nəzəri baxışlar və xarakterik xüsusiyyətləri//
“Kooperasiya” elmi-praktiki jurnal. № 3(58) −2020. s. 5-11;
7.
Məmmədov, N.N. Aqrar sahədə kooperasiyanın stimullaşdırılmasında subsidiyaların rolu// Kənd
təsərrüfatında kooperasiyanın mövcud vəziyyəti və inkişaf perspektivləri. Respublika elmi-praktik
konfransın materialları. Azərbaycan Dövlət Aqara Universiteti, 28 aprel 2020, Gəncə. s. 78-83;
8.
Allahverdiyeva, N., Socio-economic analysis of farming households in the case study villages of
Azerbaijan and Georgia (Final report), Collective Action and Conflict on Common Village Pastures
– Comparative Case Studies in Azerbaijan and Georgia. Agricultural University of Georgia, State
Agrarian University of Azerbaijan and Greifswald University, Greifswald. 2018;
9.
Ströbel, H., MAX VERSION 3.7 - Deckungsbeitragsrechnung, Betriebsplanung und mehr unter MS
Excel. / H. Ströbel, C. Schuh, N. Bleisteiner, Fachhochschule Weihenstephan, Abteilung Triesdorf:
−2013. −45 Seite.
Dostları ilə paylaş: