155
yüksəldilməsi, əmək bazarının yeni tələbləri əsasında əhalinin keyfiyyətli təhsil xid-
mətləri ilə təmin edilməsi və digər bu kimi məsələləri əhatə edir. Başqa sözlə, müasir
dövrdə ölkənin sosial inkişafı yeni keyfiyyət
mərhələsinə qədəm qoymuşdur ki, bu
mərhələdə də başlıca məqsəd davamlı insan inkişafının təmin olunmasıdır. Qeyd edi-
lən mühüm məsələlərdən biri kadr hazırlığının strukturunun (istər kəmiyyət, istərsə də
keyfiyyət aspektləri üzrə) ölkənin sosial-iqtisadi inkişafının
müasir xüsusiyyətlərinə
uyğunlaşdırılmasıdır. Kadr hazırlığı strukturunun ölkənin sosial-iqtisadi inkişafının
tələblərinə uyğunlaşdırılması prosesi olduqca geniş əhatəli bir məsələ olduğundan, bu,
sistemli yanaşmanı tələb edir.
Sənaye müəssisələrində kadr potensialının fomalaşması aspektlərinə
empirik baxış
Hesab edirik ki, sənayedə, kənd təsərrüfatında və bütövlükdə iqtisadiyyatın bütün sa-
hələrində kadr potensialının formalaşması mexanizminin
əsas alətlərini ölkədə məş-
ğulluğun təsnifatı sistemi, peşə standartları sistemi, sahəvi assosiasiyalar və ya peşəkar
birliklər, ali təhsil standartları təşkil edir. Sadalanan
bu sistemləri hərəkətə gətirən,
inkişaf etdirən və təkmilləşdirən qüvvə isə rəqabət mühiti olmalıdır. Bu baxımdan
qeyd edilən amillər üzrə sənaye müəssisələrində kadr məsələsinin təhlilinə yaxın-
laşsaq daha məntiqli olar.
İnkişaf etmiş ölkələr əmək bazarında hər il nə qədər mühəndisə, nə qədər həkimə, nə
qədər iqtisadçıya və s. ixtisaslaşmış kadra ehtiyacın olduğunu,
yəni tələbin həcmini
dəqiq rəqəmlərlə müəyyən etməyə çalışır ki, bunun da əsasında hökumət ali məktəb-
lərin qəbul planını tənzimləyir. Bu proses bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərən
müvafiq institusional mexanizmlərin formalaşdırılmasını və fəaliyyətini nəzərdə tutan
kompleks məsələdir və məhz bunun əsasında ali təhsil sektoru
ilə iqtisadi inkişaf
arasında daimi olaraq sistemli bağlılıq yaranır. Təəssüflə qeyd etməliyik ki, ölkəmizdə
belə bir yanaşma olmadığından,
nəinki sənaye müəssisələrində, hətta iqtisadiyyatın
demək olar ki, heç bir sahəsində bu tətbiq olunmur. Bu da kadr potensialından səmərəli
istifadə olunması istiqamətində mövcud olan aktual problemlərdir. Yəni makroiqtisadi
səviyyədə dövlətin təkcə sənaye
müəssisələrində deyil, eyni zamanda iqtisadiyyatın
bütün sahələrində kadrlara olan tələbi müəyyən etməsi olduqca aktual məsələ olma-
sına baxmayaraq, bu istiqamətdə konkret yanaşma yoxdur.
Sənaye müəssisələrində kadr potensialından səmərəli istifadə olunması istiqamətində
mövcud olan aktual problemlərdən biri də müvafiq peşələr və ixtisaslar üzrə tələblərlə
bağlı məlumatları ətraflı şəkildə əks etdirə bilən statistik informasiya bazasının forma-
laşdırılması ilə bağlıdır. Bu, kadr hazırlığının səmərəliliyini şərtləndirən vacib amil-
lərdən biridir. Bildirək ki, beynəlxalq miqyasda iqtisadiyyatın
bütün sahələri üzrə
Dostları ilə paylaş: