45
İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı (min manatla)
UDM
Hər nəfərə düşən məhsul buraxılışı (manatla)
UDM_P
Əhalinin gəlirləri (min manatla)
P_G
Məşğul əhalinin sayı (min nəfər)
P_M
Sənaye məhsulunun (işlərin, xidmətlərin) dəyəri (min manat)
S_M
Kənd təsərrüfatının ümumi məhsulu, faktiki qiymətlərlə (min
manatla)
K_M
Tədqiqatda Azərbaycanın iqtisadi rayonları üzrə müxtəlif faktorların əhali gəlirlərinə
təsiri qiymətləndirilmişdir. Bu məqsədlə Ölkənin iqtisadi rayonları üzrə əhalinin gə-
lirləri göstəricisinə (p_g), Ölkənin regionlarında iqtisadiyyatın əsas sahələri üzrə məh-
sul buraxılışının hər nəfərə düşən həcmi (udm_p), İqtisadi rayonlar üzrə məşğul
əhalinin sayı (p_m), Ölkənin regionlarında iqtisadiyyatın əsas sahələri üzrə məhsul
buraxılışı (udm), Sənaye məhsulunun dəyəri, Kənd təsərrüfatının ümumi məhsulu gös-
təricilərinin təsiri qiymətləndirilmişdir. Bu məqsədlə, ilk öncə qeyd edilən bütün gös-
təricilərin birgə təsirinə baxılmış, daha sonra təsiri əhəmiyyətsiz alınan faktorlar mo-
deldən çıxarılaraq adekvat model alınana qədər proses davam etdirilmişdir. Müxtəlif
iqtisadi rayonlar üzrə əhali gəlirlərinə təsir edən faktorların təsirinin qiymətləndi-
rilməsinin nəticələri aşağıda verilmişdir.
Bakı şəhərinin
əhali gəlirlərinə yuxarıda qeyd edilmiş göstəricilərin (Cədvəl 6) təsirinin
qiymətləndirilməsi nəticəsində təsiri əhəmiyyətli olan faktorun məşğul əhalinin sayı
olduğu müəyyənləşdirilmişdir. Bu təsirin reqressiya tənliyi aşağıdakı kimi alınmışdır:
Dostları ilə paylaş: