Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


Azərbaycan sənayesində innovasiya fəaliyyətinin mövcud vəziyyətinin təhlili



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə85/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   81   82   83   84   85   86   87   88   ...   163
UNEC-2021-məqalələe

Azərbaycan sənayesində innovasiya fəaliyyətinin mövcud vəziyyətinin təhlili 
Bir çox mütəxəssis və analitiklərin gəldiyi ümumi ortaq rəyə görə dünya sənayesi, 
əsasən də ağır sənaye və maşınqayırma sektoru yeni sənaye inqilabı ərəfəsindədir. Bu, 
Almaniyada yeni sənaye mərhələsinə keçidlə bağlı qəbul edilmiş “Sənaye 4.0” adlı 
proqramla bağlı olaraq meydana gəlmişdir. Bu proqram yüksək texnologiyaların, o 
cümlədən hesablama texnologiyası, internet, 3D texnologiyalı dəzgahlar və innovativ 
idarəetmə sistemlərinin vəhdəti ilə qurulan ağıllı zavodlar vasitəsilə məhsulların fərdi 
istəyə uyğun olaraq istehsalını nəzərdə tutur ki, bu da öz növbəsində sənayenin 
keyfiyyətcə yeni mərhələyə, yeni sənaye inqilabına keçidini təmin etməkdədir. Son 15 
X.X.Cahangirov: Azərbaycanda innovativ istehsalın təşkilində sənaye parklarının əhəmiyyəti 


96 
ildə ABŞ, Yaponiya, Çin və Cənubi Koreyada bu istiqamətdə tədqiqatlara ayrılan vəsaitin 
həcmi artmaqdadır. İnkişaf etmiş ölkələrdə əlavə dəyər zəncirinin böyük hissəsi elmi 
tədqiqatlar və elmtutumlu məhsullar seqmentində cəmləşdiyi halda, inkişaf etməkdə olan 
ölkələrdə ucuz enerji, təbii resurslar və əmək qüvvəsinin təsiri daha böyükdür [2, s.6]. 
Məşhur iqtisadçı alim Şumpeter hesab edirdi ki, yeni ixtiralar, ideyalar, təşkilati 
tədbirləri öz riski hesabına bazarda satan və təsərrüfat həyatına tətbiq edən, bununla 
da innovasiyaları həyata keçirən sahibkarların fəaliyyəti olduqca böyük əhəmiyyətə 
malikdir. Onun fikrincə, bu cür innovasiya fəaliyyəti iqtisadi inkişafın təkanverici 
amilidir və bu cür sahibkarlıq qabiliyyəti risk biznesi vasitəsilə innovasiyaların inki-
şafı istiqamətində nadir qabiliyyətdir [3, s.318]. “Ölkələrin rəqabət üstünlüyü” nəzə-
riyyəsinin müəllifi məşhur alim Maykl Porter isə hesab edir ki, millətin həyat səviy-
yəsi onların öz şirkətlərinin yüksək istehsal səviyyəsinə çatmasından və dövlətin za-
man keçdikcə istehsalatı daha da artıra bilməsi qabiliyyətindən asılıdır. Milli inkişaf 
isə varisliklə keçmir, o yaradılır. Ölkənin rəqabət qabiliyyəti iqtisadiyyatın müxtəlif 
sahələrində innovasiyaların tətbiqi və modernləşdirilməsindən asılıdır. Mühüm texno-
loji innovasiyaların tətbiqi müəssisələrə istehsal xərclərini azaltmaqla yanaşı, məhsul-
ların diferensiallığında əhəmiyyətli irəliləyişlərin əldə edilməsinə imkan yaradır. [4, 
s.46; 5, s.11]. Müasir dünyada isə innovasiyaların tətbiqi olmandan rəqabət qabiliy-
yətli iqtisadiyyatın, o cümlədən sənayenin qurulması mümkün deyildir. İnnovasiya 
tsiklində məhsulun gələcək dəyərinə daha çox təsir edən mərhələlər kimi qeyri-maddi 
komponentlərə aid olan elmi araşdırmaları, təcrübi-konstruktor işlərini, istehsal pro-
seslərinin bütün mərhələlərinin effektiv idarə edilməsini və intellektual mülkiyyət 
hüquqlarından istifadəni qeyd etmək olar. Məhz bu komponentlər üzrə mütləq üstün-
lüyün əldə edilməsi əhəmiyyətli dərəcədə əlavə dəyərin formalaşmasına imkan yaradır 
ki, bu da məhsulların bazarda reallaşdırılması zamanı həmin dəyərin yüksək gəlirlərə 
transformasiyasını təmin etmiş olur. İlk dəfə innovasiya iqtisadi terminini elmə gətirən 
görkəmli Avstriyalı alim Yozef Şumpeter özünün “İqtisadi inkişaf nəzəriyyəsində” bu 
nəticəni innovasiya premyası adlandırmışdır [6, s.14]. 
Sirr deyil ki, sənaye cəhətdən inkişaf etmiş əksər ölkələrdə bu inkişafın əsasını məhz 
innovasiya texnologiyalarının tətbiqi təşkil edir, hansı ki onların istifadəsi ilə nəinki 
rəqabət qabiliyyətli məhsullar istehsal edilir, həmçinin “know how” – intellekt və 
proqressiv elmi-texniki fəaliyyətin nəticələrinin ixracı da baş verir [7, s.114]. 
İnnovasiya proseslərinin intensivliyinin artması hazırda qlobal iqtisadi sistemdə baş 
verən dəyişikliklərin mühüm istiqamətlərindəndir. İnkişaf etmiş ölkələrdə ÜDM-in 
artımının 75 - 90 faizi, MDB ölkələrində isə 10 faizə yaxını innovasiya sektoru hesa-
bına təmin olunur [1, s.6]. 
Apardığımız təhlillər göstərir ki, sənayenin inkişafında və müasir dünya bazarının tə-
ləblərinə uyğun rəqabət qabiliyyətli məhsul istehsalında mühüm əhəmiyyət kəsb edən 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin