Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 153 - 163



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə144/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   140   141   142   143   144   145   146   147   ...   163
UNEC-2021-məqalələe

UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 153 - 163 
Scientific Reviews in UNEC, Year 9, Volume 9, January-March, 2021, pp. 153 - 163 


157 
illərdə əhalinin siyahıya alınması prosesində ISCO-88 metodikasının tətbiq edilməsi 
ilə bağlı əhalinin siyahıya alınması zamanı müvafiq sorğu anketlərinə, əmək bazarında 
mövcud olan peşə və məşğuliyyətlərlə bağlı da məlumatların əldə edilməsi üçün lazı-
mi suallar daxil edilmişdir. Lakin əmək bazarında mövcud olan peşə və ya məş-
ğuliyyətlərin beynəlxalq standartları, başqa sözlə isə ISCO-88 əsasında statistik məlu-
mat bazası hələ ki, tam formalaşdırılmamışdır. Bunu əmək bazarının statistik göstə-
ricilərindən də görmək mümkündür. Məsələn, əksər ölkələrin Dövlət Statistika Komi-
təsinin statistik məlumatlarında rəhbər işçilər, mütəxəssislər, qulluqçular, fəhlələr 
kimi təsnifata rast gəlmək mümkündür. Belə təsnifatı (ISCO-88) qonşu ölkələrin 
statistik məlumatlarında da görmək mümkündür. Azərbaycanda isə belə statistik mə-
lumatları əldə etmək olmur, yəni beynəlxalq standart tam tətbiq edilmir. 
Təcürbə təsdiqləyir ki, müasir dövrdə sənayedə istər istehsalın həcmini və istərsə də 
keyfiyyətini yüksəltmək üçün təkcə mexanikləşmə, avtomatlaşdırma və digər vasitə-
lərlə silahlanma kifayət etmir. Bu vasitələri hərəkətə gətirən məhsuldar qüvvələrin 
qabiliyyətini də müvafiq surətdə inkişaf etdirmək zəriridir. Bu isə onu göstərir ki, 
əməyin məzmununda köklü dəyişikliklərə nail olmaq lazımdır. Hazırda inkişaf etmiş 
ölkələrdə sənaye istehsalında əl əməyinin xüsusi çəkisinin 10 - 15% endirilməsi elmi-
texniki tərəqqinin inkişaf etdiyi bir şəraitdə əl əməyinin xarakterində ciddi dəyişik-
lərdən xəbər verir. Belə hal isə ölkədə təhsil və peşə hazırlığı qarşısında yüksək tələb-
lər qoyur. Daha dəqiq desək, texnoloji inkişafın müasir tələbləri işçilərin ixtisas bilik-
lərinə və bacarıqlarına yeni tələbləri şərtləndirir. Bu da mahiyyət etibarı ilə fasiləsiz 
təhsil sisteminin yaradılmasını tələb edir. Hazırda müxtəlif növ texnikaların getdikcə 
artması mexanikləşdirmənin və avtomatlaşdırılmanın tətbiqinə geniş imkanlar yaradır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin