32
Əhalinin dinamikası riyazi biologiya fənləri üzrə tədqiqatların daha bir fəal sahəsi ilə
üst-üstə düşür: riyazi epidemiologiya, əhaliyə təsir göstərən yoluxucu xəstəliyin öyrə-
nilməsi. Virus yayılmasının müxtəlif modelləri təklif, təhlil və səhiyyə siyasətində qə-
rarlar qəbul edilə biləcək mühüm nəticələr yaradır.
Dünya tarixində Tomas Robert Maltusun (1766 - 1834) yeri
və mövqeyi formalaş-
dırdığı “Maltus nəzəriyyəsi” ilə müəyyən edilir [9]. Onun fikrincə, dünya əhalisinin
sürətlə artması ona vacib olan qida vasitələrinin tədricən yoxa çıxmasına və sonunda
əhalinin məhvinə gətirib çıxaracaqdır.
Maltus yaşayış səviyyəsi aşağı və yoxsul olan əhali üçün dövlət proqramlarının əley-
hinə olmuşdur. XX əsr klassik Maltusçuların fikrincə, əhalinin sürətlə artmasına bax-
mayaraq, qeyd edilən fövqəladə vəziyyətin özünü o qədər də
büruzə verməməsində
yeni yaradılan texnologiyaların böyük rolu olmuşdur. Maltus o mənada haqlı idi ki,
əhalinin sürətlə nəzarətsiz artımı onun yaşaması üçün vacib olan qida mənbələrinin
yoxa çıxma təhlükəsi ilə qarşılaşacaqdır. Maltus əhali artımının nəzarətdə saxlanması
deyərkən doğum sayının aşağı salınması deyil, əslində dünya əhalisinin özləri arasında
yaratdığı çəkişmələr, müharibələr, epidemiyalar və icad etdikləri kütləvi qırğın silah-
ları ilə məhv olmasını nəzərdə tuturdu.
Maltusçular bütün dünyanın az qala qulaqlarına qışqıraraq deyirdilər: “Bəli, təbiət ona
vurulan ziyanın qisasını alacaqdır. Belə haqsızlıq olarmı?! İnsanlar qaydasız artaraq,
bütün canlılar üçün bərabər olan təbiəti onlara aid olan resurslardan məhrum edirlər”
deyərək bəyan edirdilər.
Qəribə də budur ki, Maltusun yazdığı 120 vərəqlik kitabda vurğuladığı bir cümlə, nə-
dənsə tərəfdarlarının diqqətini çəkməmışdir. Maltus bu cümləni belə ifadə etmişdir:
“Əgər insanlar təbiətlə münasibətlərini qaydaya salmasa, təbiət özü bunu etmək məc-
buriyyətindədir” Deməli, qeyd edilənlərdən belə nəticə çıxara bilərik: nizamlana bilin-
məyən demoqrafiyanı nizamlayacaq biri var. Dindar olsa da, Maltus kitabında insan-
ların yekunda kütləvi qırğın silahları ilə məhv olacağına işarə etmişdir.
İstehsal faktorları tərəfindən əmtəələrin yaradılaraq satışından gələn gəlirin faktorlar
arasında güzgün bölünməməsi səbəbi maltusçuları fikirlərinin doğru olması qənaətinə
gətirmişdir. Məlumdur ki, 4 iqtisadi faktorun qarşılıqlı əlaqəsi nəticəsində istehsal pro-
sesi baş verir və nəticədə məhsul, daha doğrusu əlavə dəyər yaranır. Bunlar torpaq,
işçi qüvvəsi, kapital və sahibkardır. İctimai istehsalda bu faktorlardan biri iştirak etmə-
dikdə istehsal baş verə bilməz. Bu faktorların əsasını, ilk növbədə təbiət, torpaq təşkil
edir. K.Marksın sözləri ilə desək: “Kapital keçmiş əməyin məhsuludur”. Sahibkar bir
vaxtlar işçi kimi çalışmış, kapitalı idarəetmə bacarığını və biliklərini öyrənmiş, təşki-
latçılıq qabiliyyəti olan bir şəxsdir. Xırda istehsalatda öz təsərrüfatını qurmuş işçi bir
çox hallarda, həm də eyni zamanda sahibkar ola bilir. İstehsal prosesində əmələ gələn
Dostları ilə paylaş: