Məşğullaq idarələri və QHT-lərə müraciət edərək iş axtarma
Məşğulluq idarələri dövlət qurumudur və quruluş məqsədi ölkədə optimal və effektiv məşğulluğu təmin etməkdir. Vətəndaşlar məşğulluq idarələrinə müraciət edərək iş axtardıqları barədə həmin qurumu məlumatlandırırlar. Bu idarələrin əhəmiyyətli vəzifələrindən biri həmin müraciətlərə əsasən vətəndaşın uyğun iş tapmasına dəstək olmaqdır.
Müxtəlif Qeyri Hökümət Təşkilatı, Mühəndislik qurumları, Peşə Mərkəzləri, Fondlar, Assossasiya və İttifaqlar da öz nümayəndlərinə iş tapmaqda kömək edirlər. Həmin quruluşlar fəaliyyət göstərdikləri sektorlardakı şirkətlər ilə yaxın əməkdaşlıq içərisində olurlar. Adətən bu quruluşlarda Karyera Mərkəzləri fəaliyyət göstərir və bu mərkəzin əsas işi öz nümayəndələrinin işlə təmin olunması üçün çalışmaqdır.
Dostları ilə paylaş: |