Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Karyera planlanması və inkişafı” kafedrasının müəllimi, Saleh Nazim oğlu Həsənov


Şirkətdə təcrübədən daimi işə gedən addımlar



Yüklə 154,69 Kb.
səhifə7/26
tarix30.12.2021
ölçüsü154,69 Kb.
#49250
1   2   3   4   5   6   7   8   9   10   ...   26
UNEC 1639078055

Şirkətdə təcrübədən daimi işə gedən addımlar

Təcrübəçi, Stajor, İntern kimi tanınan əsasən universitet, peşə məktəbi, yaxud karyerasının başlanğıcında olan bu şəxslər müxtəlif təcrübə proqramlarından istifadə edərək iş axtarırlar. Nəzəri bilikləri ilə praktikanı birləşdirmə nöqteyi nəzərdən təcrübə proqramlarının rolu danılmazdır. Təcrübə proqramları məcburi və ya istəyə bağlı olaraq təşkil edilə bilər. Təşkili qaydasından asılı olmayaraq təcrübə proqramları şəxslərin iş tapmasında mühim rola malikdir. Təcrübə proqramı yekunlaşdıqdan sonra təcrübə keçilən qurumda qalaraq işləmək imkanı təcrübəçilər üçün vacib hədəflərdən biri olaraq qalır. Çünkü təcrübə proqramları daimi işlə təmin olunmaq üçün əhəmiyyətli bir fürsətdir. Təcrübə keçilən yer üçün də uğurlu təcrübəçi potensialı yüksək gənc əməkdaş namizədi kimi qiymətləndirilir.

  1. Networking”ni genişlədəcək tədbirlərdə iştirak etmə

“Networking” yaxud şəbəkələşmə, son zamanlarda populyarlaşan yeni bir konsepsiya kimi qəbul olunsa da, insanların ən qədim fəaliyyətlərindən biridir.

Şəbəkə konsepsiyası xüsusilə Amerika Birləşmiş Ştatlarında 1980-ci illərdə gündəmə gəldi. Şəbəkələşmə hər yerdə və hər kəslə edilir. Ən təsirli şəbəkə fürsəti yaxın dostluqlardır. Peşə konfransları, səyahətlər və dərnək iclasları vacib şəbəkələşmə mənbəyidir və bu görüşlər etibar yönümlü münasibətlərin yaranmasına təməl yaradır.

Şəbəkələşmə karyeranızı planlaşdırmaq üçün vacib strategiya olduğu kimi yeni iş imkanları yaratmaq, mövcud olanları gücləndirmək, işinizi daha da genişləndirmək, yeni müştərilər tapmaq, mövcud olanlarla daha yaxşı əlaqələr qurmaq, yeni insanlarla əlaqələr qurmaq və mövcud olanlarla olan münasibətləri gücləndirmək üçün də mühim üsuldur.



  1. Yüklə 154,69 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin