Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Karyera planlanması və inkişafı” kafedrasının müəllimi, Saleh Nazim oğlu Həsənov


Sosial şəbəkələrdən iş tapmaq üçün yararlanma üsulları



Yüklə 154,69 Kb.
səhifə9/26
tarix30.12.2021
ölçüsü154,69 Kb.
#49250
1   ...   5   6   7   8   9   10   11   12   ...   26
UNEC 1639078055

Sosial şəbəkələrdən iş tapmaq üçün yararlanma üsulları

Sosial media, insanların bir profil səhifəsi yaradaraq, məzmun paylaşaraq insanlar ilə əlaqə qurmağa imkan verən veb əsaslı saytlardır. Sosial medianın artıq əyləncə vasitəsi olmadığı bilinən bir reallıqdır və sosial şəbəkə hesablarında göstərilən meyllər, o cümlədən yazılar, rəylər, paylaşımlar, yazı üslubu, iş müraciətlərində qərar verilməsi baxımından vacib bir meyardır.

Sosial media insanlar kimi təşkilatlar tərəfindən də istifadə olunur. Bu mövzu ilə əlaqəli bizi maraqlandıran cəhət odur ki, sosial media iş axtaranlarla təşkilatların ünsiyyət qurmasını təmin edir. İş axtaranların vakansiyalar barədə məlumatlandırılması, təşkilatın reklam edilməsi, iş elanlarının verilməsi, namizəd müraciətlərinin qəbulu, namizədlərin seçilməsi işlərində təşkilatlar sosial mediadan istifadə edir. Bu gün bir çox təşkilat xüsusən Linkedin, Facebook, Twitter, Instagram, Youtube şəbəkələrini işə qəbul prosesində vasitə kimi istifadə edir. ABŞ-da aparılan bir araşdırmaya görə işə götürənlərin təxminən 90% -i namizədləri müsahibədən əvvəl və ya sonra sosial şəbəkələr vasitəsilə araşdırırlar. İşə götürülmədə internet kanallarının istifadəsi böyük mənzərəni tamamlayan tapmaca parçaları kimi görülür. Bu kontekstdə, əsas təyinedici olmasa da, fikir yaratmaqda təsirli olur. Namizədlərin sosial media profilləri bu gün namizədlərin tərcümeyi halı kimi qiymətləndirilir. Namizədlərin demoqrafik məlumatları, iş təcrübəsi, maraqları, hobbilərinə dair məlumatlar işəgötürənlər üçün CV-lərdə əldə edilə bilən məlumatlar qədər çox informasiya verir. Ziddiyətli bir məsələ də var ki, namizədlərin illər əvvəl yansıtdıqları profil ilə indiki şəxsiyyətləri bir birindən fərqlənə bilər. Bundan əlavə namizədlər sosial media şəbəkələrindəki real şəxsiyyətlərdən çox fərqlidirlər.



  1. LinkedIn

Günümüzdə yayılmış iş axtarışı və məşğulluq kanallarından biri LinkedIn sosial iş şəbəkəsidir. Peşəkar mütəxəssislərlə ünsiyyət qurmağa imkan verən bu şəbəkədə şirkətlərin korporativ və sosial işləri izlənilir və ayrıca namizədə özünü ifadə etmə şansı təqdim edir.

Digər sosial media platformaları ilə müqayisədə LinkedIn peşəkarlar üçün sosial şəbəkədir. Buradakı məzmunun əksəriyyəti bizneslə əlaqədardır. LinkedIn-də peşəkar mütəxəssislərlə əlaqə quraraq peşələr və şirkətlər haqqında daha çox məlumat əldə etmək mümkündür.

Qeyd edildiyi kimi bir çox şirkət LinkedIn-dədir və şəxslərin profilləri həmin şirkətlər tərəfindən görülür. LinkedIn profilini optimallaşdırmaq üçün aşağıda qeyd edilən tövsiyyələri dinləmək vacibdir.


  1. İlk addım bacardığınız qədər bölmə doldurmaqdır. Heç bir sosial media filtri olmadan peşəkar bir şəkil yükləyin. Məşğulluq tarixçənizi doldurun və bacarıq, sertifikat və təlimləriniz barədə məlumatları müvafiq hissələrə əlavə edin.

  2. Profilinizi tamamladıqdan sonra işəgötürənlər tərəfindən kəşf edilmək üçün sektora və peşənizə uyğun məqalələr və yazılar paylaşın, başqalarının yazılarına münasibət bildirin, əlaqədar qruplara qoşulun və digər peşəkarlarla qarşılıqlı əlaqə yaradın. Yazılarınızı axtarışa çıxarmaq üçün hashtaglərdən istifadə edin.





  1. Yüklə 154,69 Kb.

    Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin