Аuditоr rəyləri
Təsərrüfat subyektinin mühasibat və maliyyə hesabatlarının dürüstlüyü haqqında auditorun fikrini əks etdirən auditor rəyinin tərtib edilməsi auditor yoxlamasının son mərhələsi hesab edilir. Auditor rəyi müəssisənin mühasibat (maliyyə) hesabatlarının dürüstlüyü və obyektivliyini təsdiq edən hüquqi əhəmiyyətli rəsmi sənəddir. Yoxlanılan təsərrüfat subyektində mühasibat (maliyyə) hesabatlarının dürüstlüyü haqqında auditor şərtsiz müsbət, şərti müsbət, mənfi rəy verə bilər və ya rəy verməkdən imtina edə bilər və üzünün nətıcələrini başqa hesabat formasında rəsmiləşdirir. [1 s.78]
Aparılan auditin yekununda yoxlanılan hesabatlar haqqında aydın yazılı fikri əks etdirən auditor rəyinin quruluşu aşağıdakı kimidir:
auditi aparan sərbəst auditor (auditor təşkilatı) haqqında məlumat (təşkilatın adı, auditorun soyadı göstəriilir);
yoxlanılan təsərrüfat subyekti barədə məlumat (fiziki və ya hüquqi şəxslərin ünvanları göstərilir);
giriş (auditi aparmış auditorun və ya auditorların soyadı, lisenziya nömrəsi və tarixi, sifarişçi ilə baülanmış müqavilənin tarixi və nömrəsi, yoxlamanın əhatə etdiyi dövr qeyd olunur);
yoxlamanın məzmunu (hesabatların əsasını təşkil edən təsdiqedıci materialların yoxlanması üsulları hesabatların hazırlanmasında və təqdim edilməsində istifadə olunan uçotun metodologiyası, sifarişçılər tərəfindən tətbiq edilən uçot prinsiplərini qiymətləndırilməsi, təqdim olunan mühasibat (maliyyə hesabatlarının bütövlükdə qiymətləndirilməsi);
təqdim olunan hesabatlara dair auditorun rəyi (hesabatların mövcud qanunvericiliyə, onların tərtibi qaydasına və uçot prinsiplərinə müvafiq olması barədə), auditor rəyinin tarixi, sərbəst auditorun (auditor təşkilatının) həqiqi yerləşdiyi ünvan, auditor rəyinin auditor (auditor təşkilatı apardıqda auditorlar və auditor təşkilatının rəhbəri) tərəfindən imzalanması və möhürlə təsdiq edilməsi.
Auditor rəyi hüquqi sənəd olmaqla əsas təyinatı təsərrüfat subyektinin mаliyyə hesabatlarının dürüstlüyü haqqında informasiyanı istifadəçilərə çatdırmaqdır. Auditor rəyi aşağıdakı suallara cavab verməlidir:
balans hesabat ilinin (maliyyə ilinin) sonuna müəssisənin aktivləri və passivləri haqqında düzgün və obyektiv təsəvvür yaradırmı?
maliyyə nəticələri haqqında hesabat yoxlanılan dövr (maliyyə ili) üçün müəssisənin təsərrüfat fəaliyyətinin nəticələri haqqında düzgün və obyektiv təsəvvür yaradırmı?
maliyyə hesabatları mühasibat uçotunun ümumi qəbul edilən prinsiplərinə uyüun tərtib və təqdim edilmişdirmi?
ötən dövrlə müqayisədə cari dövrdə bu prinsiplərin gözlənilməməsi fаktlаrı olubmu?
konsolidə edilmiş hesabat ana şirkətin və onun törəmə firmasının mənfəəti və ya zərəri haqqında düzgün və obyektiv təsəvvür yaradırmı?
mühasibat (maliyyə) hesabatları mühasibat uçotu üzrə normayiv qaydalara tam uyüundurmu?
Təsərrüfat subyektinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələrinə görə auditor aşaüıdakı rəy növlərindən birini verməlidir: şərtsiz müsbət, şərti müsbət (və ya iradlar əlavə etməklə); mənfi; rəy verməkdən imtinа.
Şərtsiz müsbət auditor rəyi maliyyə hesabatlarının müəssısə-nin maliyyə vəziyyətinin, mənfəət və zərərinin, pul vəsaitlərinin hərəkətınin dürüst əks etdirdıyini, mühasibat uçotunun qüvvədə olan qanunvericiliyin və mühasibat uçotu haqda normativ aktların tələblərinə cavab verdiyini əks etdirir. Auditor aşağıdakı şərtlərin yerinə yetirildiyinə əmin olduqda şərtsiz müsbət rəy tərtib edir:
- auditor yoxlama üçün zəruri olan bütün məlumatları və izahatları əldə etmişdir;
- məlumatların kifayətliliyi və düzgünlüyü üçün əhəmiyyətli olan bütün suallar üzrə tam informasiya mövcuddur;
- təqdim olunan məlumatlar audit aparılan müəssisənin həqiqi maliyyə vəziyyətini kifayət qədər əks etdirir;
- maliyyə sənədləri audit aparılan müəssisə tərəfindən qəbul edilmiş mühasibat uçotu sisteminə əsasən tərtib edilir və bu sistem özü mövcud qanunvericiliyin tələblərini ödəyir;
- hesabatlar həqiqi uçot məlumatları əsasında və müəyyən olunmuş qaydada təsdiq olunmuş formalar üzrə tərtib edilmişdir.
Audit prosesində müəssisənin qəbul etdiyi qərarların düzgünlüyü ilə baülı etiraz və ya şübhə yaranarsa, lakin auditora arqumentləşdirilmiş əsaslar təqdim olunarsa auditor rəyində həmin qərarlar göstərilməyə bilər və bu, müsbət rəyin şərtsiz olmasına təsir göstərmir.
Auditor rəyinə izahatlar əlavə edildikdə o təkmilləşdirilmiş hesab olunur və müəssisənin fasiləsiz fəaliyyətində qeyri müəyyənlik problemlərini, yoxlama dövri ərzində uçot prinsiplərinin dəyişməsini, auditin nəticələrinə əsasən yoxlanılan müəssisənin uçotunda lazımi düzəlişlərin aparılmasını, başqa auditorların rəyindən istifadə olunması ilə baülı izahatları, əvvəlki auditor rəylərinə aid iradları özündə birləşdirə bilər. Audit prosesində inamsızlıq (bir sıra sahələrdə qeyri müəyyənliklər olduqda) və iradlar (auditorun mülahizələri ilə bir sıra sahələrdə yoxlanılan maliyyə məlumatları üzrə verilən nəticələr arasında ziddiyyət olduqda) meydana çıxarsa auditor şərtsiz müsbət rəy verə bilməz.
Şərtsiz müsbət auditor rəyinin nümunəvi forması aşaüıda verilmişdir.
AUDITOR RƏYI
AUDITOR OPINION SERIYA SA №_____
AZƏRBAYCAN RESPUBLIKASI AUDITORLAR PALATASI
SƏRBƏST AUDITOR ___________________________
(soyadı)
AUDITOR RəYI
______________________________
(sifarişçi-təsərrüfat subyektinin adı)
Mən, sərbəst auditor_________________________ Аzərbаycаn
(soyadı)
Respublikası Аuditоrlаr Palatası tərəfindən "___" ___________201.. tarixli (qeydiyyat №___)_____________ saylı lisenziyaya əsasən fəaliyyət göstərən "___"___________201.. il tarixindən 31 dekabr 201.. il tarixli __________ seriyalı______________saylı müqaviləyə əsasən _______________________ "___" yanvar 201... il tarixindən 31 dekabr 201.. il sifarişçi-təsərrüfat subyektinin adı)
tarixinədək maliyyə- təsərrüfat fəaliyyətini əks etdirən rəyə əlavə edilən ___ səhifəlik maliyyə hesabatlarının audit yoxlamasını aparmışam.
Yoxlama "____"______________ 201... il tarixində başlayıb, "____"_____________________ 201___ il tarixində başa çatdı.
Auditor yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifarişçi təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.
Mənim vəzifəm həmin sənədlərə əsasən aparılmış yoxlama nəticəsində sifarişçinin maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabatları maddələrinin dürüstlüyünə qiymət verməkdir və yalnız rəydə göstərilən mülahizəmə görə məsuliyyət daşıyıram.
Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutlarının toplanması məqsədi ilə mən qüvvədə olan audit standartlarının tələblərinə uyüun olaraq auditi planlaşdırmış və audit prosedurlarını yerinə yetirmişəm.
Audit zamanı təqdim edilmiş sənədlərlə əsas kimi götürülmüş təsdiqedici materiallar yoxlanılmış, sifarişçi müəssisənin tətbiq etdiyi uçot prinsipləri qiymətləndirilmişdir.
Hesab edirəm ki, yerinə yetirilmiş audit prosedurları nəticəsində rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışam.
Qulluq borcumla əlaqədar olaraq apardıüım yoxlama ilə müəyyənləşdirmişəm ki, mühasibat uçotu və illik balans qanuni göstərişlərə və nizamnamənin müddəalаrınа uyüundur. Lazımi mühasibat uçotu baxımından illik balans hüquqi şəxsin əmlak, maliyyə vəziyyətinin və gəlirliyinin faktik münasibətlərə uyüun olan mənzərəsini yaradır.
Rəy "___" ____________ 201__ il tarixində eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri sifarişçi-təsərrüfat subyektində, ikinci isə auditor təşkilаtında (sərbəst auditorda) saxlanılır.
Ünvan: ____________________________________________
Sərbəst auditor: _____________ ______________________
(imza) (soyadı)
Əgər auditor prosedurlarının aparılması zamanı inamsızlıq (auditor bütün lazım olan məlumatlаrı və izahatları ala bilmir, vaxt üzrə məhdudiyyətlə bаülı bütün lаzımı аudit prоsedurlаrını yerinə yetimək imkаnı оlmur, uzunmüddətli müqavilə və yа uzunmüddətli prоqrаmın mövcudluüu, mübahisəli vəziyyət, çoxvariantlı idarəetmə üsulu və s. olduqda) və iradlar (uçot sisteminin və ya üsulla-rının qəbul edilməməsi, maliyyə hesabatlarındа əks etdirilmiş fаktlаrlа və yа məbləqlərlə rаzılаşmаmаq, maliyyə hesabatlarındа əks etdirilmiş fаktlаr və yа məbləqlər hаqqındа infоrmаsiyаnın təqdim оlunmаsı qаydаsı və yа аçıqlаnmаsı dərəcəsi üzrə fikir ayrılıüı, əməliyyatların aparılması və rəsmiləşdirilməsinin qanunvericiliyin tələblərinə uyüun olmaması) yaranarsa, auditor ya təsdiqləyici qeydi ixtisar edir, ya da ondan imtina edir. Hər hаnsı dərəcədə inаmsızlıq və yа irаdın оlmаsı şərtsiz müsbət rəydən imtinа etmək üçün əsаs verir.
Əgər inamsızlıq və ya iradlar mühüm əhəmiyyət kəsb etmirsə onda auditor şərti müsbət rəy (məhdudiyyətlə) verir. Şərtsiz rəydən fərqlənən bütün hallarda auditor öz mülahizələri ilə şərtləşdirilmiş bütün mövcud səbəblərə (inamsızlıq və irad) rəyin ayrıca bölməsində izahat verməlidir (sonra rəyin verilməsi və ya rəy verməkdən imtina göstərilir). Audit prosesində məlumat qıtlıüı və ya Azərbаycаn Respublikаsında qəbul edilmiş uçot prinsiplərindən kənarlaşmalar aşkar edilirsə onda rəy məhdudlaşdırılır. Mülahizələri təmin edəcək uçot yazılışlarının olmaması və ya zəruri auditor prosedurlarının icrasının mümkünsüzlüyü, daxili nəzarətin lazımı səviyyədə və ya ümumiyyətlə təşkil edilməməsindən ayrı-ayrı sənədlərin və ya faktların gizlədilməsinə şübhə yaranması ilə əlaqədar bütün zəruri informasıyalar və izahatlar alınmadıqda auditorda inamsızlıq yaranır. Belə ki:
müəssisənin fəaliyyətinin və maliyyə hesabatlarının ayrı-ayrı faktları və göstəriciləri üzrə onun fikri müəssisənin rəhbərliyinin fikrindən fərqlidir;
uçot obyektinin qiymətləndirilməsi metodu, amortizasiyanın hesablanmasının düzgünlüyü və digər hesablamalarla razı deyil;
yoxlanılar təsərrüfat əməliyyatlarının iqtisadi və hüquqi məzmununa görə hesabların müxabirləşməsində uyüunsuzluq mövcuddur;
maliyyə hesabatlarının dürüstlüyünə təsir edən müəssisənin qeyri adekvat uçot siyasəti.
Mövcud şəraitlə baülı zəruri audit prosedurlarının yerinə yetirilməsinin mümkün olmaması səbəbindən (məsələn, debitor borcunun təsdiq edilməsinin, material ehtiyatlarının mövcudluüunun yoxlanılmasının və s.) məlumatların çatışmazlıüı auditor rəyində təsvir edilməlidir. Yoxlama zamanı aşkar edilmiş pozuntular və kənarlaşmalar ayrıca bir hal kimi qeyd olunur və auditor rəyi tərtib olunana qədər aradan qaldırılır. Bu halda auditor qeyd edir ki, maliyyə vəziyyətinin göstəriciləri onlarda aşkar edilmiş kənarlaşmaların müvafiq tarixə (rəyin hazırlanması tarixindən əvvəl) aradan qaldırılması nəzərə alınmaqla düzgündür.
Mühüm əhəmiyyət kəsb etməyən inamsızlıq mövcud olduqda tərtib olunan şərti müsbət rəyin nümunəvi forması aşaüıda verilmişdir.
AUDITOR OPINION SERIYA SA №_____
AZəRBAYCAN RESPUBLIKASI AUDITORLAR PALATASI
SəRBəST AUDITOR ___________________________
(soyadı)
AUDITOR RəYI
_________________________________
(sifarişçi-təsərrüfat subyektinin adı)
Mən, sərbəst auditor________________Azərbaycan Respublikası
(soyadı)
Аuditоrlar Palatası tərəfindən "___" _________201…tarixli (qeydiyyat №____) ____________________ saylı lisenziyaya əsasən fəaliyyət göstərən "___"-________ 201.__ il tarixindən 31 dekabr 201.___ il tarixli ________ seriyalı_____saylı müqaviləyə əsasən___________________________________________________
(sifarişçi-təsərrüfat subyektinin adı)
“____” yаnvаr 201.__ il tarixindən 31 dekabr 201.. il tarixinədək maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən rəyə əlavə edilən ___ səhifəlik maliyyə hesabatlarının audit yoxlamasını aparmışam.
Yoxlama "___" __________ 201__ tarixində başlayıb, "___" __________201__ il tarixində başa çatdı.
Auditor yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifarişçi təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.
Mənim vəzifəm həmin sənədlərə əsasən aparılmış yoxlama nəticəsində sifarişçinin maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabatları maddələrinin dürüstlüyünə qiymət verməkdir və yalnız rəydə göstərilən mülahzəmə görə məsuliyyət daşıyıram.
Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutlarının toplanması məqsədi ilə mən qüvvədə olan audit standartlarının tələblərinə uyüun olaraq auditi planlaşdırmış və audit prosedurlarını yerinə yetirmişəm.
Audit zamanı təqdim edilmiş sənədlərlə əsas kimi götürülmüş təsdiqedici materiallar yoxlanılmış, sifarişçi müəssisənin tətbiq etdiyi uçot prinsipləri qiymətləndirilmişdir.
Hesab edirəm ki, yerinə yetirilmiş audit prosedurları nəticəsində rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışam.
Auditin aparılması zamanı ___________________________
___________________________________________ səbəblər üzündən
________________________ amillərin yoxlanılmasının qeyri mümkünlüyü aşkar edildi.
Bununla əlaqədar olaraq göstərilən aspektlərdə başqa audit prosedurlarından istifadə etmək yolu ilə aradan qaldıra bilmədiyim qeyri-müəyyənlik mövcuddur. Həmin hallar ümumilikdə işin vəziyyətinə müəyyən təsir göstərir, lakin ümumi maliyyə vəziyyətini təhrif etmir.
Rəy "___" ____________ 201.. il tarixində eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri sifarişçi-təsərrüfat subyektində, ikinci isə auditor təşkilаtında (sərbəst auditorda) saxlanılır.
Ünvan: ______________________________________________
Sərbəst auditor: ______________ _______________________
(imza) (soyadı)
Mühüm əhəmiyyət kəsb etməyən iradlar olduqda tərtib edilən şərti müsbət rəyin nümunəvi forması aşaüıdakı kimidir:
AUDITOR OPINION SERIYA SA №_______
AZəRBAYCAN RESPUBLIKASI AUDITORLAR PALATASI
SəRBəST AUDITOR ___________________________
(soyadı)
AUDITOR RəYI
___________________________________________________________
(sifarişçi-təsərrüfat subyektinin adı)
Mən, sərbəst auditor _____________ Azərbaycan Respublikası
(soyadı)
Аuditоrlаr Palatası tərəfindən "___" ___________201… tarixli (qeydiyyat №_______) ________ saylı lisenziyaya əsasən fəaliyyət göstərən "___" ___________201__ il tarixindən 31 dekabr 201.___ il tarixli __________ seriyalı ______________ saylı müqaviləyə əsasən ___________________________________________________________
(sifarişçi-təsərrüfat subyektinin adı)
"___" yanvar 201.____ il tarixindən 31 dekabr 201.____ il tarixinədək maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən rəyə əlavə edilən ___ səhifəlik maliyyə hesabatlarının audit yoxlamasını aparmışam.
Yoxlama "___" __________________ 201... il tarixində başlayıb "___"________ 201.____ il tarixində başa çatdı.
Auditor yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifarişçi təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.
Mənim vəzifəm həmin sənədlərə əsasən aparılmış yoxlama nəticəsində sifarişçinin maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabatları maddlərinin dürüstlüyünə qiymət verməkdir və yalnız rəydə göstərilən mülahzəmə görə məsuliyyət daşıyıram.
Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutlarının toplanması məqsədi ilə mən qüvvədə olan audit standartlarının tələblərinə uyüun olaraq auditi planlaşdırmış və audit prosedurlarını yerinə yetirmişəm.
Audit zamanı təqdim edilmiş sənədlərlə əsas kimi götürülmüş təsdiqedici materiallar yoxlanılmış, sifarişçi müəssisənin tətbiq etdiyi uçot prinsipləri qiymətləndirilmişdir.
Hesab edirəm ki, yerinə yetirilmiş audit prosedurları nəticəsində rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışam.
Aparılan yoxlama zamanı müəyyən edildi ki, ______________
___________________________________________________________
üzrə əməliyyatlar ________________________________________
(pozulmuş əsasnamə və pozuntunun mahiyyəti)
müəyyən olunmuş qaydalar pozulmaqla aparılmışdır (rəsmiləşdirilmişdir).
Göstərilən faktlar daha ətraflı ___________________________
(sənədin adı)
bахılmışdır.
Göstərilən hallar ümumilikdə işin vəziyyətinə müəyyən təsir göstərir, lakin ümumi maliyyə vəziyyətini təhrif etmir.
Qulluq borcumla əlaqədar olaraq apardıüım yoxlama ilə müəyyənləşdirmişəm ki, mühasibat uçotu və illik balans qanuni göstərişlərə və nizamnamənin müddəalarına uyüundur. Lazımi mühasibat uçotu baxımından illik balans hüquqi şəxsin əmlak, maliyyə vəziyyətinin və gəlirliyinin faktik münasibətlərə uyüun olan mənzərə-sini yaradır.
Rəy "___" ____________ 201.___ il tarixində eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri sifarişçi-təsərrüfat subyektində, ikinci isə auditor təşkilatında (sərbəst auditorda) saxlanılır.
Ünvan: ___________________________________________
Sərbəst auditor: __________________ _______________
(imza) (soyadı)
Əgər auditor prosedurlarının yerinə yetirilməsi zamanı müəyyən olunarsa ki, mühasibat (maliyyə) hesabatlarının ilkin göstəriciləri dürüst deyil, təhrif olunmuşdur və yoxlanılan hesabat dövrünə göstəricilərə ciddi təsir göstərir, onda auditor yoxlanılan hesabat haqqında mənfi auditor rəyi formasında öz fikrini bildirməlidir. Mənfi auditor rəyinin yekun hissəsində onun hazırlanmasını şərtləndirən mühasibat (maliyyə) hesabatlarının ilkin göstəricilərinin dürüst olmaması əsaslandırılmaqla şərh olunur.
Mənfi auditor rəyi o halda tərtib olunur ki, hesabat müəssisənin maliyyə vəziyyəti haqqında qeyri dürüst təsəvvür yaradır, mühasibat uçotunun aparılması işi ümumi qəbul edilmiş qaydaların pozulması ilə müşayət olunur. Mənfi auditor rəyinin nümunəvi forması aşaüıdakı kimidir.
AUDITOR OPINION SERIYA SA №_______
AZəRBAYCAN RESPUBLIKASI AUDITORLAR PALATASI SəRBəST AUDITOR ___________________________
(soyadı)
AUDITOR RəYI
________________________________
(sifarişçi-təsərrüfat subyektinin adı)
Mən, sərbəst auditor ___________________ ____Azərbaycan
(soyadı)
Respublikası Аuditоrаr Palatası tərəfindən "___" ___________201.____ tarixli (qeydiyyat №_______) ______saylı lisenziyaya əsasən fəaliyyət göstərən "___"___________201._____ il tarixindən 31 dekabr 201___ il tarixli __________ seriyalı______________________________saylı müqaviləyə əsasən ____________________________________ "___" yanvar 201.___ il
(sifarişçi-təsərrüfat subyektinin adı)
tarixindən 31 dekabr 201._____ il tarixinədək maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən rəyə əlavə edilən _____ səhifəlik maliyyə hesabatlarının audit yoxlamasını aparmışam.
Yoxlama "___" ________________ 201.___ tarixində başlayıb, "___"_______ 201._____ il tarixində başa çatdı.
Auditor yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifarişçi təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.
Mənim vəzifəm həmin sənədlərə əsasən aparılmış yoxlama nəticəsində sifarişçinin maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabatları maddələrinin dürüstlüyünə qiymət verməkdir və yalnız rəydə göstərilən mülahizəmə görə məsuliyyət daşıyıram.
Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutla-rının toplanması məqsədi ilə mən qüvvədə olan audit standartlarının tələblərinə uyüun olaraq auditi planlaşdırmış və audit prosedurlarını yerinə yetirmişəm.
-Audit zamanı təqdim edilmiş sənədlərlə əsas kimi götürülmüş təsdiqedici materiаllar yoxlanılmış, sifarişçi müəssisənin tətbiq etdiyi uçot prinsipləri qiymətləndirilmişdir.
-Hesab edirəm ki, yerinə yetirilmiş audit prosedurları nəticəsində rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışam.
-Aparılan yoxlama zamanı müəyyən edildi ki, _____________ ___________________________________________________________
üzrə əməliyyatlar ________________________________________
(pozulmuş əsasnamə və pozuntunun mahiyyəti)
müəyyən olunmuş qaydalar pozulmaqla aparılmışdır (rəsmiləşdirilmişdir). Göstərilən faktlar daha ətraflı __________________________
(sənədin adı)
bахılmışdır.
Auditin aparılması nəticəsində müəyyən edildi ki, müəssisədə yoxlanılan müddətdə aşaüıdakı pozuntulara yol verilmişdir: ______________________________
Mühasibat uçotunun qəbul olunmuş sistemi ________________
________________________________________________________
(ziddiyyətin məüzi)
baxımından qanunvericilik aktlarının tələblərinə cavab vermir.
Hesabatlarda verilən rəqəm göstəriciləri uçot məlumatlarına aşaüıdakılar üzrə uyüun deyildir:
________________________________________________________ (ziddiyyətin məüzi)
Göstərilən faktlara daha ətraflı ___________________________
(sənədin adı)
baxılmışdır.
Bu pozuntular işin faktiki vəziyyətini bütövlükdə (əsasən) təhrif edir.
Qulluq borcumla əlaqədar olaraq apardıüım yoxlama ilə müəyyənləşdirmişəm ki, mühasibat uçotu və illik balans qanuni göstərişlərə və nizamnamənin müddəalarına uyüun deyildir. Lazımi mühasibat uçotu baxımından illik balans hüquqi şəxsin əmlak, maliyyə vəziyyətinin və gəlirliyinin faktik münasibətlərə uyüun olan mənzərəsini yaratmır.
Rəy "___" ____________ 201.___ il tarixində eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri sifarişçi-təsərrüfat subyektində, ikinci isə auditor təşkilаtında (sərbəst auditorda) saxlanılır.
Ünvan:____________________________________________
Sərbəst auditor: ___________ _______________________
(imza) (soyadı)
Əgər audit prosedurlarının yerinə yetirilməsi zamanı auditor mühasibat (maliyyə) hesabatının ilkin göstəricilərinin dürüstlüyünü təsdiq edilməsi üçün kifayər qədər auditor sübutları əldə edilə bilmirsə, yoxlanılan hesabat dövrünə mühasibat (maliyyə) hesabatı dürüst deyildirsə, onda auditor yoxlanılan mühasibat (maliyyə) hesabatı haqqında öz fikrini аuditоr rəyindən imtina formasında bildirir. Auditor rəyində rəy verməkdən imtinanın səbəbləri dəqiq və aydın göstəriilməlidir.
Auditor rəyindən imtinanın nümunəvi forması aşaüıdakı kimidir:
AUDITOR OPINION SERIYA SA №_______
AZəRBAYCAN RESPUBLIKASI AUDITORLAR PALATASI
SəRBəST AUDITOR ___________________________
(soyadı)
__________________________________
(sifarişçi-təsərrüfat subyektinin adı)
Mən, sərbəst auditor ________________________ Azərbaycan
(soyadı)
Respublikası Аuditоrlаr Palatası tərəfindən "___" ___________201.____ tarixli (qeydiyyat №____)
______ saylı lisenziyaya əsasən fəaliyyət göstərən "___"_______________201.____ il tarixindən 31 dekabr 201.___ il tarixli _________ seriyalı____________ saylı müqaviləyə əsasən____________________________________________________
(sifarişçi-təsərrüfat subyektinin adı)
"___" yanvar 201.____ il tarixindən 31 dekabr 201.___ il tarixinədək maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən rəyə əlavə edilən _____ səhifəlik maliyyə hesabatlarının audit yoxlamasını aparmışam.
Yoxlama "___" ___________ 201.___ tarixində başlayıb, "___"_____________ 201.____ il tarixində başa çatdı.
Auditor yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifarişçi təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.
Mənim vəzifəm həmin sənədlərə əsasən aparılmış yoxlama nəticəsində sifarişçinin maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabatları maddələrinin dürüstlüyünə qiymət verməkdir və yalnız rəydə göstərilən mülahizəmə görə məsuliyyət daşıyıram.
Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutlarının toplanması məqsədi ilə mən qüvvədə olan audit standartlarının tələblərinə uyüun olaraq auditi planlaşdırmış və audit prosedurlarını yerinə yetirmişəm.
Audit zamanı təqdim edilmiş sənədlərlə əsas kimi götürülmüş təsdiqedici materiallar yoxlanılmış, sifarişçi müəssisənin tətbiq etdiyi uçot prinsipləri qiymətləndirilmişdir.
Hesab edirəm ki, yerinə yetirilmiş audit prosedurları nəticəsində rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışam.
Auditin aparılması zamanı ____________________________
_____________________ səbəbləri üzündən __________________
_______________________________________________________
faktların yoxlanılmasının qeyri mümkünlüyü aşkar edildi.
Auditor sübutlarının çatışmazlıüı ilə əlaqədar olaraq bu aspektlərdə başqa audit prosedur-ları ilə aradan qaldıra bilmədiyim qeyri müəyyənlik mövcuddur. Göstərilən hallar ümumilikdə işin vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir və maliyyə vəziyyətini təhrif edir.
Əvvəlki bölmələrdə göstərilənləri nəzərə alaraq mən maliyyə hesabatlarına dair mülahizə yürüdə bilmirəm.
Ünvan: _______________________________________________
Sərbəst auditor: ______________ _______________________
(imza) (soyadı)
Auditor rəyi yoxlamanı aparan auditor tərəfindən tərtib olunur, imzalanır və analitik və ümumi hissələrin hər biri ayrılıqda auditorun (auditor təşkilatının) möhürü ilə təsdiqlənir. Auditor verdiyi rəydə, yuxarıda qeyd olunan nümunələrin məzmununu saxlamaqla əlavələr edə bilər.
NƏTİCƏ
ŞƏFFAFLIĞIN TƏMİNATI VƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏ
“Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” üzrə: Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı məlumatlar bu hesabatın II “Auditorlar Palatasının dövlət proqramlarında iştirakı” bölməsində verilmişdir (səh 7-12).
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017 – 2019-cu illər üçün Milli Fəaliyyət Planı” üzrə: “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı ətraflı məlumatlar bu hesabatın II “Auditorlar Palatasının dövlət proqramlarında iştirakı” bölməsində verilmişdir (səh 12-14).
2018-ci iI ərzində icra olunmuş müqavilələrin məcburi və könüllü audit subyektləri üzrə müqayisəsi
Cədvəl 2.
Son 2 ildə aparılan auditlərin nəticələrinə dair verilmiş rəylərin növləri üzrə göstəricilərdən ibarət nəticələr
Aparılan auditlərin nəticələrinə dair verilmiş rəylərin növləri üzrə təhlili
|
|
Müsbət rəylərin sayı (ədədlə)
|
Şərti müsbət rəylərin sayı (ədədlə)
|
Mənfi rəylərin sayı (ədədlə)
|
Rəy verilməsindən imtina
|
2017
|
2018
|
2017
|
2018
|
2017
|
2018
|
2017
|
2018
|
Xarici auditor təşkilatlarının filial və nümayəndəlikləri üzrə
|
149
|
269
|
8
|
13
|
0
|
1
|
0
|
0
|
Xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə
|
111
|
225
|
3
|
29
|
0
|
0
|
1
|
0
|
Yerli auditor təşkilatları üzrə
|
661
|
894
|
178
|
185
|
20
|
26
|
0
|
0
|
Sərbəst auditorlar üzrə
|
531
|
1118
|
337
|
123
|
2
|
7
|
0
|
0
|
Cəmi
|
1452
|
2506
|
526
|
350
|
22
|
34
|
1
|
0
|
Mühazirə mövzusu üzrə ədəbiyyat siyahısı
ƏSAS ƏDƏBIYYAT:
R.N.Kazımov., C.B.Namazova. Praktiki audit.Dərslik. Bakı, «Elm və təhsil», 2012 səh 52-78
F8 ACCA Audit və əminlik Sual bankı “Maliyyə Elm-Tədris Mərkəzi”2013 UNEC kitabxanası, səh 117-127
http://www.e-qanun.az/framework/9236
http://www.e-qanun.az/framework/13241
http://www.audit.gov.az/uploads/hesabat_2018.pdf
ƏLAVƏ ƏDƏBIYYAT:
Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” qanunu. Bakı, 2004.
Azərbaycan Respublikasının “Auditor xidməti haqqında” qanunu. Bakı, 1994.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Bakı. “Hüquq ədibiyyatı” 2007. 776 səh.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı. “Hüquq ədibiyyatı” 2011. 414 səh.
Аббасова С.А. Практический аудит. Учебное пособие. Баку, 2010.
Dostları ilə paylaş: |