Azərbaycan döVLƏT İQTİsad universiteti unec X. H. Kazımlı, Q. S. Bayramov, B. C. Sadıqov


  Kontrakt qiymətlərin hesablanmasının



Yüklə 5,84 Mb.
Pdf görüntüsü
səhifə240/302
tarix22.12.2023
ölçüsü5,84 Mb.
#190135
növüDərs
1   ...   236   237   238   239   240   241   242   243   ...   302
Qiymet-2019

20.3. 
Kontrakt qiymətlərin hesablanmasının
informasiya təminatı 
 
Real texniki s
əviyyənin müqayisəsinə vacib olan düzəlişlərin edilməsilə 
analoji 
əmtəələrə dünya qiymətlərinin (rəqiblərin qiymətinin) öyrənilməsi 
əsasında kontrakt qiymətləri müəyyən olunur. Bu qiymətlərin müəyyən 
olunmasında analoji əmtəənin keyfiyyəti və həmçinin sazişlərdə kommersiya 
şərtlərinin müxtəlifliyinin öyrənilməsi və qiymətin vaxta görə dəyişməsi meyli 
d
ə nəzərdə tutulur. 
Bel
əliklə, kontrakt qiymətlərinin hesablanmasından əvvəl olan mərhələ 
mövcud 
əmtəə üzrə rəqabət materiallarının yığılmasıdır. İdxalat qiymətlərinin 
hesablanmasında rəqabətin materialları dünya qiymətləri və ya dünya bazar 
qiym
ətləridir. Dünya bazar qiymətləri - bu elə bir iqtisadi kateqoriyadır ki, 
dünya bazarında satılan ayrı - ayrı milli məhsulların dəyərini ifadə edir; bu 
əmtəənin elə qiymətidir ki, müəyyən bazarda verilmiş vaxtda ona nail 
olunmuşdur. 
Xarici ticar
ətdə istifadə olunan qiymətin dünya bazar qiymətləri kimi 
istifad
ə olunması üçün bu qiymətlərin mövzunun əvvəlində verilən dünya bazar 
qiym
ətlərini xarakterizə edən beş amilin tələbatlarını ödəməlidir. 
400 


H
ər bir ixracatçı özünün istehsal məsrəflərini və qiymətlərini dünya 
qiym
ətləri ilə müqayisə edir. Belə müqayisə dünya bazarında onun məhsulunun 
r
əqabət qabiliyyəti sualına cavab verir. 
Dünya bazar qiym
ətləri istənilən kontrakt qiymətlərinin müəyyən 
olunması üçün bazisdir. Kontrakt qiymətlərinin düzgün müəyyən olunması və 
t
ədbiqi, həmçinin mövcud olan çox sayda qiymət informasiysı mənbələrindən 
lazım olanının axtarılması bacarığının vacibliyini dünya bazar qiymətləri izah 
edir. 
Dünya qiym
ətlərinin xarici ticarət kontrakt qiymətlərinin hesablanma-
sında bazis kimi səmərəli istifadə olunması bu bazisin nə dərəcədə düzgün 

əyyən olunmasından asılıdır. Dünya qiymətlərindən kontrakt qiymətlərinə 
keçid zamanı kommersiya və texniki-iqtisadi xarakterlərə olan düzəlişlər 
edilm
əlidir. 
Dünya qiym
ətləri üçün vacib olan informasiya mənbələri aşağıdakılardır: 
1.
Adi kommersiya sazişləri barəsində müxtəlif yollarla məlumatlar 
almaq. Bu kommersiya sazişlərində hesablamalar xarici ölkə firmalarının biri - 
biri arasında apardıqları hesablaşmalar üzrə müəyyən olunur. Birja 
katirovkalarını və ya hərrac qiymətlərini buna misal göstərmək olar. Birja 
katirovkaları birja əmtəələrinin, o cümlədən xammal və yarımfabrikatların 
idxalatı zamanı əsas qiymət göstəriciləridir. 
2.
Dövrü m
ətbuatda nəşr olunan sorğu qiymətləri haqqında məlumat. 
Sorğu qiymətləri müntəzəm nəşr olunan sahəvi sorğu kitablarında dərc olunur. 
Bu qiym
ətlər haqqında asanlıqla məlumat almaq mümkündür, lakin sürətlə 
köhn
əlir. 
3.
Keçmiş sazişlərin hesabları, protokolları, qiymət təklifləri və sair 
s
ənədlərdə əks olunan müqavilə qiymətləri. Bu rəqabət materialları birja ticarəti 
üçün obyekt olmayan 
əmtəələr üzrə istifadə olunur. 
4.

əssisənin kataloqları, preyskurantları, prospektləri. Bu materiallar 
açıq şəkildə dərc olunur, ancaq nəşriyyatda məhdud tirajla çap olunur, 
t
ərtibatçıların özləri tərəfindən yayılır. 
Bu qiym
ət informasiyasının növü qeyri - dəqiq olur. Belə ki, əmtəə heç 
bir zaman preyskurant qiym
ətləri ilə alınıb-satılmır. Sazişin real qiyməti adətən 
çox aşağıdır. 
5.
R
əqabətli materialların kəskin qıtlığı şəraitində qəzetlərdə dərc olunan 
qiym
ət məlumatları qiymət informasiyası təşkil edə bilərlər. Əgər hər hansı 
q
əzetdə dərc olunan qiymət faktiki daxili bazar qiymətidirsə, bu zaman təxmini 
qiym
ətin kalkulyasiyası üçün çıxış nöqtəsi olar. Bu elə təxmini qiymətdir ki
ölk
ə həmin qiymətlə mövcud əmtəəni idxal edir. 
6.
Ölk
ənin idxalçılarının xarici təchizatçıları üzrə idxal sazişləri. 
7.
Dig
ər xarici ticarət təşkilatlarının xarici firmalardan kommersiya 
sazişləri üzrə əmtəə alışı vaxtı istifadə olunan qiymət informasiyası. 
8.
Statistik m
əlumatların bazasında dəyərin idxalatı faktiki həcminə 
401 


bölm
əklə alman hesablaşma qiymətləri. Ancaq bu qiymətlər həddindən artıq 
keçmiş dövrə aid olur. 
Preyskurant, sorğu, birja qiymətləri aşkar gizli olmayan qiymətlərə aiddir. 
Bu qiym
ət növləri barəsində məlumatları rəsmi mənbələrdən almaq olar. 
Saziş qiymətləri hesablaşma qiymətləri və faktiki sövdələşmə qiymətləri 
gizli qiym
ət informasiyasına aid edilir. bu informasiyanı ancaq məxfi, gizli 
yollarla almaq olar. 
Kontrakt qiym
ətlərinin hesabı ən aşağı 3 rəqabət materiallarından istifadə 
etm
əklə həyata keçirilir. Bəzən elə hallar olur ki, dünya bazarında sazişin 
predmeti üzr
ə analoq olmur. Bu sazişin qiymətlərinin hesablanmasında rəqabət 
materiallarının istifadəsi istisnalıq təşkil edir. Belə hallarda vahid rəqabət 
materialı kimi analoji əmtəənin yerli istehsalı üzrə daxili qiymətlərindən istifadə 
edilir. 
Sazişdə aşağıdakılar müəyyənləşdirilir: 
1.
Kontraktın (sazişin) bütün fəaliyyəti müddətində dəyişməyən sabit 
qiym
ətlər; 
2.
Göst
ərilən mənbələr (yükləmə tarixi, boşaltma tarixi, dünya bazar 
qiym
ətləri səviyyəsində çıxış edən birja katirovkaları, sorğu kitabları 
m
əlumatları qiyməti, saziş qiymətləri) əsasında kontrakt müddətində müəyyən 
olunan v
ə sonradan təsbit olunan qiymətlər. 
3.
Sürüşkən qiymətlər. Bu hazırlanmasına və təchizatına çox vaxt tələb 
olunan mür
əkkəb avadanlıqların idxalatı üzrə kontraktlarda ən çox yayılmış 
qiym
ət növüdür. 

Yüklə 5,84 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   302




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin