b
ərbərxananın əlverişli yerdə yerləşməsi səbəbləri ilə bağlıdır. Tutaq ki, bərbər
öz xidm
ətinin qiymətini yüksəltdi. Məlumdur ki, onun xidmətinə tələbin həcmi
azalacaqdır. Onun bəzi keçmiş müştəriləri digər bərbərlərə müraciət edəcəklər.
Lakin qiym
ətlərin yüksəldilməsi zamanı tam
rəqabət şəraitində işləyən
mü
əssisədə olduğu kimi, tələbin həcmi “sıfra” qədər azalmayacaq. Bir çox
müştərilər həmin bərbərin xidmətindən istifadə etməkdə davam edəcəklər.
Uyğun olaraq, demək olar ki, bərbər qiymətə bazar tərəfindən verilən (müəyyən
edil
ən) kəmiyyət kimi baxmır. O, qiyməti yüksəldə bilər və ya aşağı sala bilər.
Bu zaman t
əbiidir ki, onun xidmətlərinə tələbin həcmi dəyişir. Beləliklə,
h
ər bir bərbər müəyyən və olduqca məhdudlaşdırılmış “inhisar” hakimiyyətinə
malikdir. Əgər bərbər öz xidmətinin qiymətini yüksəldirsə, bu, bərbər
xidm
ətlərinin şəhər bazarının vəziyyətinə heç cür öz əksini tapmayacaqdır. Ona
gör
ə ki, hər bir bərbər şəhər əhalisinin çox az bir hissəsinə xidmət göstərir. Ona
gör
ə də onlardan istənilən biri öz məhsulunun qiymətinin dəyişdirilməsinə digər
b
ərbərlərin mümkün reaksiyasını nəzərə almaya da bilər.
Bundan başqa, inhisar rəqabəti modelində istehsalçıların
bir fəaliyyət
sferasından digərinə keçməsinə heç bir məhdudiyyət yoxdur. Bu, o deməkdir ki,
bazar tarazlığı vəziyyətində istehsalçılar uzun müddət ərzində “iqtisadi”
m
ənfəət əldə etməlidirlər. Əgən mənfəət müsbət olsaydı, digər sahələrin
istehsalçılarının bu sahəyə keçməsinə, qarşılıqlı əvəz edilən əmtəələr qrupunun
t
əklifinin artmasına, qiymətlərin aşağı düşməsinə və mənfəətin itməsinə (yoxa
çıxmasına) gətirib çıxarardı.
B
ərbərlərlə bağlı misala qayıdaq. Tutaq ki,
onlar mühasiblərə, tramvay
sürücül
ərinə və s. nisbətən yüksək gəlir əldə edirlər. Əgər peşələrin əvəz
olunmasına qarşı inzibati maneələr yoxdursa,
onda bir çox mühasiblər və
tramvay sürücül
əri bərbərlik peşəsini öyrənəcəklər, onların sayı artacaq,
göst
ərdikləri xidmətə tələb azalacaq və gəlirləri aşağı düşəcək.
Əvvəlcə fərz edək ki, müəyyən qarşılıqlı əvəz olunan əmtəələr qrupunun
istehsalçılarının sayı təsbit olunmuşdur. Onda rəqabətli müəssisənin tarazlığı,
inhisarın tarazlığından praktiki olaraq heç nə ilə fərqlənmir.
LAC v
ə LMC xəttləri uyğun olaraq uzunmüddətli dövrdə müəssisənin
orta v
ə son hədd xərcləri xəttləridir. Uzunmüddətli dövrdə orta və son hədd
x
ərcləri qısa dövrdə müvafiq göstəricilərdən
onunla fərqlənir ki, uzunmüddətli
dövrd
ə qısamüddətli dövrdə təsbit olunan amillər də daxil olmaqla bütün
istehsal amill
ərinin müəssisə tərəfindən dəyişdirilməsi imkanları mövcuddur.
Mü
əssisə qı istehsal həcmində, son hədd xərclərinin son hədd gəlirinə bərabər
LMC = MR olduğu uzunmüddətli dövrdə mənfəəti maksimumlaşdırır. O, Pı
qiym
ətini müəyyənləşdirir və PıKLM düzbucaqlısının sahəsinə bərabər
mənfəət
əldə edir.
395