Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 20,35 Kb.
səhifə4/5
tarix14.03.2023
ölçüsü20,35 Kb.
#87785
1   2   3   4   5
muhazire-71

Realizə məhsulu


istehsalçı müəssisədən sifarişçilərə göndərilən və onlar tərəfindən alınaraq haqqı ödənilən məhsuldur. Sifarişçidən vəsaitin mal göndərən müəssisənin hesablaşma hesabına daxil olması anı realizı anı sayılır. Realizə məhsuluna sifarişçilərə göndərilmiş hazır məhsul (Qhaz.), cari ilin əvvəlinəmüəssisə anbarında hazır məhsul qalığı (Qh.q.) və istehlakçılara göndərilmiş, lakin hələlik haqqı ödənilməmiş məhsulların dəyəri (Qgön.), kənar üçün görülmüş sənaye xarakterli işlərin dəyəri (Qiş.) daxildir, yəni:
Qreal.=Qhaz.+Qh.q.+Qgön.+Qiş.


Xalis (təmiz) məhsul


müəssisədə, yaxud maddi istehsalın digər sahələrində yerinə yetirilmiş dəyərin kəmiyyətini səciyyələndirən göstəricidir. Xalis məhsul ümumi məhsuldan keçirilmiş dəyərin, yəni istehlak edilmiş istehsal vasitələri dəyərinin kəmiyyəti qədər fərqlənir.


Planlaşdırılmada və uçot işlərində xalis məhsul
ümumi məhsulla onun istehsalına çəkilən maddi məsrəflərin cəmi arasındakı fərq kimi hesablanır, yəni:
Qxal.=Qüm.-Mmad.

Şərti-xalis məhsul

müəssisənin məzmunca son ictimai məhsul kateqoriyasına uyğun gələn fəaliyyət göstəricisidir. Şərti-xalis məhsul ümumi məhsulun istehsalına çəkilən cari məsrəfləri çıxmaqla yerdə qalan hissəsinə bərabərdir.


Başqa sözlə o, xalis məhsuldan (Qxal.) və əsas

istehsal fondlarının hesablanmış amortizasiyasından (Aay.) ibarətdir, yəni:


ŞXM = Qxal.+Aay.


Normativ-xalis məhsul


məhsul vahidi istehsalına zəruri canlı əmək sərfini əks etdirən, müqayisəsi normativlərlə müəyyən olunan məhsulun həcm göstəricisidir. Normativ-xalis məhsulun normativi (NXM), sosial sığortaya ayırmalarını (Say.) və illik mənfəəti cəmləşdirməklə məmulatın topdansatış qiymətinin bir hissəsini təşkil edir, yəni:


NXM = Əhaq.+Say.+Mil.


Normativ emal dəyəri (NED)


müəyyən dövr ərzində fəaliyyət göstərir və özündə işçilərin əsas və əlavə əmək haqqını (Əhaq.), ona sığorta ayırmalarını (Say.), sex (Xsex.) və ümumzavod (Xzav.) xərclərini əks etdirir. Normativ emal dəyəri göstəricisindən tikiş, poliqrafiya, konserv və s. sənaye müəssisələrində daha geniş istifadə edilir və aşağıdakı kimi hesablanır:
NED = Əhaq.+Say.+Xsex.+Xzav.
Əmək göstəriciləri – məhsulun əmək tutumunun hesablanması üçün əsas təşkil edir. Məhsulun əmək tutumu – məhsul vahidi istehsalına, yaxud müəyyən texnoloji əməliyyatın yerinə yetirilməsinə sərf olunan iş vaxtının göstəricisidir. Faktiki, normativ və plan əmək tutumunu fərqləndirirlər. Faktiki əmək tutumu – məhsul vahidinin hazırlanması üçün bütün texnoloji əməliyyatların yerinə yetirilməsində əsas fəhlələrin faktiki sərf etdikləri iş vaxtının məcmuyunu xarakterizə edir.


Normativ əmək tutumu – mövcud vaxt normaları üzrə məhsul vahidinin hazırlanmasına əsas fəhlələrin sərf etdikləri iş vaxtının cəmini özündə əks etdirir. Normativ və faktiki əmək tutumlarının bir-biri ilə müqayisəsi qüvvədə olan normaların yerinə yetirilməsi dərəcəsini səciyyələndirir.
Plan əmək tutumu – məhsul vahidinin hazırlanmasına əsas fəhlələrin nəzərdə tutulmuş iş vaxtı məsrəflərini səciyyələndirir və qüvvədə olan normalara əsasən müəyyən edilir




    1. Yüklə 20,35 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin