Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 20,35 Kb.
səhifə3/5
tarix14.03.2023
ölçüsü20,35 Kb.
#87785
1   2   3   4   5
muhazire-71

İSTEHSALIN HƏCM GÖSTƏRİCİLƏRİ

Müəssisənin istehsal proqramını işləyib hazırlamaq üçün natural, dəyər və əmək göstəricilərindən istifadə edilir.
Natural göstəricilər məhsulların kəmiyyətini onlara xas olan natura formasında səciyyələndirir və onların fiziki həcmini əks etdirən vahidlərlə ölçülür. Məsələn, natural ifadədə konserv məhsulları min şərti banka (m.ş.b.) ilə, süd məhsulları tonla, bəzi maşın və avadanlıqlar isə ədədlə ölçülür.


Dəyər göstəriciləri


Məhsulun həcmini dəyər (pul) ifadəsində səciyyələndirməyə imkan verir. Dəyər göstəricilərinin tətbiqi iqtisadiyyatda əmtəə - pul münasibətlərinin mühüm rolu ilə, istehsal məsrəfləri və nəticələrinin ümumiləşdirici şəkildə səciyyələndirilməsi ilə bağlıdır. Dəyər göstəricilərinə ümumi, əmtəəlik, realizə olunan və xalis (təmiz) məhsul göstəriciləri, həmçinin normativ emal dəyəri aiddir.


Ümumi məhsul


müəssisənin kənara vermək üçün, yaxud da gələcəkdə öz istehsalında istifadə üçün istehsal etdiyi məhsulun həcmini səciyyələndirən göstəricidir. Ümumi məhsul ümumi dövriyyədən istehsaldaxili dövriyyənin kəmiyyəti qədər azdır.
Sənaye müəssisələrinin ümumi məhsulunun
tərkibinə cari ildə buraxılacaq əmtəəlik məhsulların həcmi (Qəm.), bitməmiş istehsalın (Qb.i.) və y/f-rın qalıq artımı (Qy.a.), kənar üçün sənaye xarakterli işlərin həcmi (Qk.i.) və sifarişçilərin verdiyi xammal və materialların dəyəri (Dmat.) daxildir, yəni:
Qüm.=Qəm.+Qy.a.+Qb.i.+Qk.i.+Dmat.

Əmtəəlik məhsul


müəssisənin müəyyən dövürdə istehsal etdiyi, müəssisədən kənarda realizə olunmaq üçün nəzərdə tutduğu məhsulların həcmini özündə əhatə edir. Əmtəəlik məhsulun tərkibinə daxildir: cari ildə müəssisənin bütün əsas, köməkçi və xidmətedici sex və təsərrüfatlarında istehsal edilən hazır məhsul (Qhaz.), müəyyən dövürdə kənara buraxılmış y/f-ın həcmi (Qyar.), digər müəssisə və təşkilatların sifarişi ilə göstərilən xidmətlərin həcmi (Qxid.), yəni:
Qəm.=Qhaz.+Qyar.+Qxid.

Yüklə 20,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin