Müəssisənin əsas və köməkçi sexlərininistehsalproqramınınişlənibhazırlanmasının
xüsusiyyətləri
Müəssisənin əsas və köməkçi sexlərinin istehsal proqramını işləyib hazırladıqda əsasən, natural göstəricilərdən istifadə edilir. Bu onunla izah edilir ki, əsas və köməkçi sexlərdə adətən məhdud nomenklaturada və daim təkrarlanan eyni cinsli məhsullar istehsal edilir.
Əmək cisimlərinin emal üçün istehsala verilməsi proqramı, onun istehsaldan buraxılması proqramından miqdarca pəstahın dəyişməsi həcmi qədər fərqlənir.
Əmək cisimlərinin istehsala verilməsi miqdarını müəyyən etmək üçün aşağıdakı düsturdan istifadə edilir:
Nver.=Nbur.+(Znor.-Zfak.) burada:
Znor.və Zfak.– verici və qəbuledici sex və istehsal sahələri arasındakı pəstahın normativ və faktiki miqdarı, ədədlə.
Sex və istehsal sahələrində istehsaldan buraxılan məmulatların sayını hesablamaq üçün aşağıdakı düsturdan istifadə edilir: Nbur.=Nver.+(Znor.-Zfak.)