Azərbaycan Dövlət İqtisad Universiteti



Yüklə 74.76 Kb.
tarix28.04.2017
ölçüsü74.76 Kb.
Azərbaycan Dövlət İqtisad Universiteti

Mövzu: Azərbaycanda kiçik biznesin(sahibkarlığın) vəziyyəti, problemləri və onların aradan qaldırılması yolları.

1.Giriş.

2.Kiçik biznesin mahiyyəti, əhəmiyyəti və təşkili xüsusiyyətləri.

3.Azərbaycanda kiçik biznesin müəyyən olunması və onun vəziyyəti.

4.Azərbaycanda kiçik biznesin problemləri və onların aradan qaldırılmasında dövlətin və özəl təşkilatlarin fəaliyyəti.

5.Françayzinq.

Tələbə: Mansurova Elvina

Qrup: XİQ M3

Giriş

Bazar iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan kiçik biznesin məqsədi mövcud olan iqtisadi resurslardan qənaətlə,səmərəli istifadə etmək,dünya standartlarına uyğun olan rəqabətədavamlı məhsul istehsal etməkdir.

Kiçik sahibkarlığı inkişaf etdirmək bir tərəfdən məhsul bolluğu yaratmaqla daxili istehlak bazarının formalaşmasına səbəb olur,sağlam rəqabət üçün geniş imkanlar yaradır,digər tərəfdən isə işsizliyin aradan qaldırmasına və dövlət büdcəsinin zənginləşməsinə böyük köməklik göstərir.

Qeyd etmək lazımdır ki dünyanın müxtəlif ölkələrində kiçik müəssisələr fərqli adlar altında fəaliyyət göstərir.Məsələn,Almaniyanın iqtisad elmində kiçik müəssisələr orta müəssisələrdən fərqlənmir və «Mittelştand»adı ilə bu müəssisələrə «Orta təbəqə» kimi baxılır, ABŞ və İngiltərədə «kiçik biznes və kiçik firma», Fransada «sənətkarlıq», Latın Amerikasında «kiçik sənaye», Afrikada «kiçik istehsalat», bəzi ölkələrdə «qeyri-formal sektor», Polşada «kiçik biznes», Majarasıtanda «kiçik biznes və yaradıcı təsərrüfat», postsovet respublikalarında «kiçik müəssisə, kiçik sahibkarlıq və kiçik biznes» adlandırırlar.

Almaniyada kiçik və orta müəssisələrin tərifi belədir: «Maliyyələşdirilməsi kapital bazarından olmayan, istehsalatda bilavasitə iştirak edərək, sahibkarlıq riskini öz üzərinə götürüb, hüquqi şəxslər tərəfindən sərbəst idarə edilən, sənətkarlıq istehsalatında, sənayedə, ticarətdə, mehmanxana təsərrüfatında fəaliyyət göstərən sahibkarlıq vahididir».

Fransada kiçik və orta müəssisələrin ümumi konfederasiyasının nizamnaməsində yazılmışdır: «Başcısı onun sahibkarı olmaqla, ona şəxsi rəhbərlik edərək, maliyyə işləri də daxil olmaqla, müəssisənin fəaliyyəti barədə məsuliyyət daşımaq şərtilə yaradılan müəssisələr kiçik və orta müəssisələr adlanır».

ABŞ-da kiçik biznes haqqında qanunda göstərilir ki, «əmlak və idarəetmədə müstəqil olan, öz fəaliyyət dairəsində hökmranlıq etməyən müəssisələr kiçik biznes müəssisələrinə aid edilir».

Harvard məktəbinin professoru Frank El. Taker Luis L.Allenin «Kiçik biznesdə necə uğur qazanmaq olar» kitabında yazmışdır: «kiçik biznes küçədə meyvə satandan tutmuş kosmik proqramlar ücün nəzərdə tutulan mürəkkəb və ya yüksək texnologiyaya malik məhsulların istehsalçısına qədər son dərəcə müxtəlif fəaliyyət sahələrində çalışanları özündə birləşdirir».

Moskva şəhərində nəşr edilən «kiçik biznes, bazar və cəmiyyət» beynəlxalq elmi jurnalında göstərilir ki, «kiçik biznes təkcə xidmət göstərən və əmtəə istehsal edən kiçik müəssisələr deyil, bu həm də insanları bir-biri ilə bağlayan müəyyən mənada cəmiyyətin özünü yaradan, adi iqtisadi münasibətlərin əsasının formalaşdığı iqtisadi mühitdir».

Kiçik biznesin mahiyyəti, əhəmiyyəti və təşkili xüsusiyyətləri.

Dünya təcrübəsində kiçik biznes iqtisadi artımın tempinə, ümumi milli məhsulun strukturuna və keyfiyyətinə təsir göstərir.

Kicik biznesin inkişaf dinamikası bir cox amillərdən, o cümlədən sahibkarların biznes fəaliyyəti ilə məşğul olmağa hazırlıq səviyyəsindən asılıdır. Belə ki, sahibkarların kifayət qədər peşəkarlıq hazırlığı olmaması kiçik firmanın intensiv müflisləşməsi və iflasa uğramasının vacib səbəblərindən biri hesab edilir.Buna görə də milli iqtisadiyyatımızı daimi formalaşdırmaq və inkişaf etdirmək insanların sahibkarlıq ruhunda təlim-tərbiyə olunmasını və onun inkişaf etdirilməsi istiqamətlərini müəyyənləşdirmək zəruri şərtlərdəndir.Sahibkar eyni zamanda menecer, iqtisadçı, marketinq,maliyyəçi, hüquqşünas sayılır və adı cəkilən sahələrin hər birini nəzərə almaqla sərbəst qərar qəbul etməyi bacarmalıdır.

Dünya iqtisadiyyatında nəzərə carpan meyllərdən biri kiçik və orta ölçülü istehsal müəssisəsəlirinin yaradılması və inkişafına diqqətin artmasıdır. XX əsrin ikinci yarısından başlayaraq bazar iqtisadiyyatlı ölkələrin əksəriyyətində kiçik və orta ölçülü istehsal müəssisələrinə geniş yer verməsi prosesi davam edir.

Kiçik müəssisələrə üstünlük verilməsi bir sıra iqtisadi və sosial səbəblərlə bağlıdır. Bunlara iri müəssisələrin desentralizasiya olunması, istehsalın və əməyin təşkilində çevik formalardan istifadə, məhsulun çeşidinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi, istehsalçılar arasında rəqababət mübarizəsinin güclənməsi və s. aid etmək olar. Eyni zamanda araşdırmalar göstərir ki, son illər iqtisadi artım və yeni iş yerlərinin coxalması iri müəssisələr hesabına deyil, əsasən kiçik və orta istehsal müəssisələri hesabına təmin edilmişdir.

Kiçik və orta istehsal müəssisələrinin yaradılması və inkişafı nəticəsində iqtisadiyyat sahələri üzrə yeniliklərin, mütərəqqi texnologiyaların tətbiqi sürətlənir, əhalinin məşğulluq səviyyəsi artır, azad rəqabət mühiti formalaşır, sahibkarlar yüksək keyfiyyətli məhsulun istehsalına ciddi səy göstərirlər.

Kiçik müəssisələrin mahiyyətini müəyyənləşdirən əsas xüsusiyyət ondan ibarətdir ki, onlar böyük həcmdə kapital qoyuluşu tələb etmir, bazar konyukturasının dəyişməsinə operativ reaksiya verir, bazar iqtisadiyyatına yüksək mobillik və ceviklik gətirir. Bununla yanaşı, kiçik müəssisələr iri müəssisələr üçün sərfəli olmayan məhsulların istehsalında yüksək rentabelliyi təmin edir və daha səmərəli istehsal-təsərrüfat kooperasiyası ücün əlverişli şərait yaradırlar.

Kiçik müəssisələrin funksional rolu aşağıdakılardan ibarətdir:

- çevikliklə istehsalatçı dəyişməkdə olan yeni elmi-texniki tələblərə uyğunlaşdırır;

- iri müəssisələri kiçik seriyalı məhsullardan azad edərək ixtisaslaşdırmanın inkişafına kömək göstərir;

- elmi-texniki tərəqqidə, innovasiyada kəşfiyyatcı rolunu oynayır:

- yeni məmulat istehsalının mənimsənilməsinə çəhd edir;

- inhasarçıların cəkindiyi riski öz üzərinə götürür;

- kapitalın daha yüksək sürətlə dövriyyəsini təmin edir və öz şəxsi naliyyətlərinə diqqəti çəlb edir.

Bunlardan əlavə kicik müəssisələr istehsal tullantılardın və yerli xammaldan geniş istifadə etməklə bazarın bazarın təlabatına daha çevik reaksiya verir və cox da böyük olmayan kapital qoyuluşu ilə təlabata uyğun istehlak malları istehsalını genişləndirir, nəqliyyat xərclərini azaldır.

Kiçik biznesin kəmiyyət meyarlarına aiddir:

- məşğul işcilərin sayı;

- satışın (dövriyyənin) həcmi;

- aktivlərin dəyəri.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar kicik və orta biznesin formal-kəmiyyət müəyyənləşdirilməsindən istifadə edirlər. Bu yaxın vaxtlara əsas meyar kimi işcilərin sayı: kicik müəssisə ücün 250 nəfərədək və orta müəssisə ücün 500 nəfərədək qəbul olunurdu.

Lakin müəssisənin kiçik biznes subyektinə aid etmək ücün təkcə kəmiyyət meyarlarından istifadə kifayət deyil.Təcrübə göstərir ki, işcilərin sayı az olan müəssisələrdən bəzilərinin illik dövriyyəsi bir necə milyon dollara catınr. Bunu artıq kiçik biznes saymaq olmaz.

Beləliklə, kiçik sahibkarlığın müəyyənləşdirilməsinə formal-kəmiyyət yanaşma aşağıdakı şərtlərə, vəziyyətlərə görə kifayət deyil:

- iqtisadiyyatın müxtəlif sahələrində sahibkarlıq fəaliyyətinin obyektivlik şəraiti ki, bu hər bir ölkə və sahə ücün kiçik və orta müəssisə anlayışına düzəlişlər, korektə tələb edir;

- satışın həcmi, dövriyyə, aktivlərin dəyəri və s. kimi kəmiyyət meyarlarının hesablanması metodikasındakı sahələrarası fərqlər ki, praktikada həmin kateqoriyaların iqtisadi inkişafın makrogöstəricilərində töhfələrinin müqayisəsində obyektin dəyişməsinə gətirib cıxara bilər;

- kiçik müəssisə kateqoriyasına aid edilmədə kəmiyyət meyarlarındakı nəzərə carpacaq fərqlər.

Azərbaycan Respublikasında bazar iqtisadiyyatına kecid şəraitində müəssisələrin kiçik, orta və iri qrupları üzrə differensiallaşdırılması indiyə qədər tam həllini tapmayıb. Çünki müəssisələrin differnsiyasiyasının vahid beynəlxalq standartı mövcud deyil. Bu, hər bir ölkə iqtisadiyyatının konkret vəziyyətindən, strukturundan və inkişafından asılıdır.



Azərbaycanda kiçik biznesin müəyyən olunması və onun vəziyyəti

Kiçik müəssisələr kiçik biznesin subyektidir.Kiçik sahibkarlıq barədə qanunvericilik,hüquqi təşkilati formalarından aslı olmayaraq,həmin sahə müəssisələrinin fəaliyyətinin ümumi məsələləri tənzimlənməlidir.Buraya kiçik və orta müəssisələrin meyarları,kiçik sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi,onların vergi ödəməsi və.s daxildir.

Kiçik sahibkarlıq subyekləri altında hüquqi şəxs əmələ gətirmədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də mövcuddur.Qeyd etmək lazımdır ki,son illərdə belə fəaliyyət növü geniş inkişaf etmişdir.

Kiçik müəssisələrin təsis sənədlərinin məzmunundan onların bızi xüsusiyyətləri aşkar əsaslanan kiçik sahibkarlıq müəssisələri yaradılır.

1990-cı ilin əvvəllərində kiçik sahibkarlıq müəssisəsi hər şeydən əvvəl təsisçi-dövlət müəssisələrindən ayrılmaq yolu ilə yaradılırdı.1991-ci ildə bunlar bir qayda olaraq,məhdud məsulliyyətli cəmiyyətlərdən ibarət olurdu.

Hazırda kiçik sahibkarlıq müəssisələri şəbəkəsinin inkişaf etdirilməsi məsələsi ölkənin milli təsərrüfatının inhisarsızlaşdırılması proqramına mühüm bir bənd kimi daxil edilmişdir.

Kiçik sahibkarlıq müəsisələri ən əvvəl birliklərin və müəssisələrin sexlərin və digər bölmələrin tərkibindən struktur bölmələrin ayrılması yolu ilə və səhmdarlıq əsasında yaradıla bilər.Müasir şəraitdə 2-ci üsul daha optimaldır.

Kiçik sahibkarlıq müəssisələri dövlət,ictimai,kooperativ müəssisələrlə və xüsusi şəxslərlə,habelə digər mülkiyyət formasından olan təşkilatlarla birlikdə təsis edilə bilər.

Kiçik müəssisələrin sayının 1996-cı ilin axırlarındakı 441.7 mindən 2006-cı ilin axırlarindakı 836.6 minə qədər artması,başlıca olaraq ticarət və ictimai iaşə müəssisələrinin sayının artması hesabına baş vermişdir.Daşınmaz əmlakla bağlı əməliyyatlar,istehsalat-texniki məhsulun topdansatış ticarəti sahəsində kiçik müəssisələrin sayı xeyli artmışdır.Elm və elmi xidmət sahəsində(26.7 mindən 10.7 minə)habelə maliyyə,kredit,siğortavə pensiya təminatı sahəsində kiçik müəssisələrin sayının azalması ən böyük çatışmazlıq hesab edilməlidir.

Yaxın gələcəkdə Azərbaycanda 100 min iş yeri yeniləşdirilməlidir,çünki həmin iş yerlərini yaradan müəssisələr səmərəsiz fəaliyyət göstərir,onarin avadanlıqları köhnəlib.Bir iş yerinin yaradılması üçün irir korporasiyaya 100-150 $ tələb olunur.Kiçik sahibkarlıq hesabına bu daha ucuz və tez əmələ gələ bilər.

Azərbaycanda kiçik biznesin vəziyyətini araşdirmaq üçün ilk növbədə kiçik biznes subyektlərinin müəyyən olunması qaydalarına fikir vermək lazımdır. Qeyd etmək lazımdır ki, müxtəlif dünya ölkələrində kiçik biznes subyektlərinin müəyyən olunması müxtəlif meyarlara əsasən aparılır. Azərbaycan Respublikasında isə kiçik biznes subyektlərinin müəyyən olunmasında əsasən iki göstərici nəzərə alınır ki, bunlar da müəssisədə calışanların sayı və illik maliyyə dövriyyəsinin həcmidir. Bunu biz Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıda verilmiş 57 saylı qərarında da görə bilərik:

Azərbaycan Respublikasının Nazirlər Kabineti

«İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri»nin təsdiq edilməsi haqqında

Qərar № 57

Bakı şəhəri, 20 aprel 2004-cü il

«Kiçik sahibkarlığa dövlət köməyi haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 dekabr tarixli, 6 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri» təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi tədbirlərinin həyata keçirilməsində bu meyarlar əsas götürülsün.

3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, kiçik sahibkarlıq subyektlərinin uçotunun bu qərarın tələblərinə uyğun olaraq, aparılmasını təmin etsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



Azərbaycan Respublikasının Baş naziri

İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri

İqtisadi fəaliyyat növləri

İşçilərin sayı

İllik dövriyyə

Sənaye və tikinti

<40

< 1 mlrd. man.

Elmi-texniki və konsaltinq xidməti

<20

< 750 mln. man.

Kənd təsərrüfatı

<15

< 500 mln.man.

Topdan satış ticarət

<10

<1.5 mlrd. man.

Pərakəndə satış ticarəti, nəqliyyat, xidmət və digər iqtisadi fəaliyyət növləri

<5

< 500 mln. man.

Qeydlər:

1. Sahibkarlıq subyektinin kiçik sahibkarlıq sektoruna aid edilməsi üçün hər iki göstərici bu sektor üçün müəyyənləşdirilmiş hədlər daxilində olmalıdır.

2. Yeni fəaliyyətə başlayan sahibkarlıq subyektləri üçün 1 il müddətində bu hədlərlə müəyyən edilmiş işçilərin say meyarı əsas götürülür.

3. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün bu hədlərlə müəyyən edilmiş illik dövriyyə meyarı əsas götürülür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 20 aprel tarixli,57 nömrəli qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasinda kiçik biznesin əhəmiyyətinə baxmayaraq və kiçik bizneslə məşqul olmaqin daha asan və səmərəli olmasını anlayan sahibkarların fəaliyyətinə baxmayaraq kiçik müəssisələrin sayı son illərdə çox pis istiqamətdə dəyişmişdir ki, bunu da aşağıdakı qrafikdən görmək olar:

30000

25000


20000

1995 2000 2001 2002 2003 2004 2005 2006

Ölkədə sahibkarlıq mühitinin formalaşması və sosial-iqtisadi həyatda mühüm əhəmiyyətə malik kiçik sahibkarlığın dəstəklənməsi, infrastruktunun formalaşdırılması və onun inkişafı üçün şəraitin yaradılması, informasiya təminatının yüksəldilməsi, müvafiq dövlət proqramlarının hazırlanması üçün statistik məlumatların toplanması və istifadəçilərə çatdırılması çox vacibdir. Bu məqsədlə Dövlət Statistika Komitəsi tərəfindən bir sıra müşahidələr həyata keçirilmiş və iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə kiçik sahibkarlıq haqqında zəruri məlumatlar müvafiq bülleten və nəşrlərdə əks etdirilmişdir. Lakin, kiçik sahibkarlıq subyektlərinin fəaliyyətini, onların sahəvi və regional quruluşunu əks etdirən, habelə hüquqi şəxslərlə yanaşı kiçik sahibkarlıq subyekti hesab olunan fərdi sahibkarlar - fiziki şəxslərlə bağlı kompleks məlumatlar ilk dəfə olaraq cari – “Azərbaycanda kiçik sahibkarlıq” məcmuəsində öz əksini tapmışdır.

Azərbaycanda kiçik biznesin problemləri və onların aradan qaldırılmasında dövlətin və özəl təşkilatlarin fəaliyyəti.

Hazırki vaxtda kicik sahibkarlığa dövlət dəstəyi ilə yanaşı qeyri-dövlət infrastrukturları da formalaşmışdır. Onların kicik sahibkarlığın inkişafında oynadıqları rola ətraflı baxaq.

1.Kicik sahibkarlığa dövlət dəstəyinin istiqamətləri.

Kicik və orta sahibkarlığın inkişaf proqramında dövlət himayəsinin aşağıdakı istiqamətləri göstərilir:

1) Kicik sahibkarlığın inkişafının və himayəsinin normativ-hüquqi bazasının formalaşdırılması;

2) Maliyyə-kredit və investisiya dəstəyi;

3) İstehsalat və innovasiya dəstəyi. Yeni iş yerlərinin yaradılması;

4) Kicik sahibkarlığın inkişafı və dəstəyi infrastrukturunun formalaşdırılması;

5) İnformasiya təminatı;

6) Elmi-metodik və kadr təminatı;

7) Kicik sahibkarlıqda sosial mühafizə və təhlükəsizlik;

8) Dövlət və ictimai himayədarlıq sisteminin yaradılması.

Kicik sahibkarlıq subyektlərinə dövlət tərəfindən xüsusi münasibət göstərilir, yəni onun inkişafına dövlət büdcəsindən Sahbikarlara Kömək Dövlət Fondundan və Dövlət Neft Fondundan vəsait ayrılır.

Kicik sahibkarlığa himayədarlıq infrastruktur elementləri yaradıb. «Kicik biznesə himayədarlıq regional agentlik şəbəkəsi» yaradılmışdır ki, bu ölkə iqtisadiyyatına xarici investisiyaların fəallığı ilə bağlıdır.

Hazırki vaxtda kicik sahibkarlıq subyektlərinin maliyyə dəstəyi mexanizmi əsasən formalaşıb. Mövcud qanunvericiliyə uyğun olaraq kicik müəssisələr müəyyən vergi güzəştlərindən istifadə edirlər; onlar ücün sadələşdirilmiş vergi sistemi tətbiq olunur.

Kicik müəssisələrin vergi qanunvericiliyində nəzərdə tutulan aşağıdakı güzəştlərdən istifadə etmək imkanı vardır:

- Vergilərdən azad, yaxud vergi dərəcələrinin aşağı salınması;

- vergilərin ödənilməsində möhlət;

- sürətli amortizasiyadan istifadə imkanı;

Sahibkarlığın inkişafı dövründə ölkədə kiçik biznesə yardım edən, dəstəkləyən qeyri-dövlət strukturları yaradılıb, hamnsı ki, kicik sahibkarlığın formalaşmasına daha əhəmiyyətli təsir göstərirlər. Onlardan əsasları bunlardır: kicik və orta biznesə kömək agentliyi. Agentlik geniş aspektli xidmətlər, o cümlədən iqtisadi, maliyyə, vergi, investisiya, xarici iqtisadi əlaqələr, gömrük siyasəti məsələləri üzrə fəaliyyət göstərir.

Texniki park Assosasiyası kicik sahibkarlığa innovasiya fəaliyyətinin prioritet istiqamətlərinin müəyyən edilməsi, elmtutumli yüksək iexnoloçi islahatların yaradılması və s. məsələlərdə yaxından kömək edir.

Bütün qeyri-kommersiya təşkilatlarının fəaliyyəti kicik sahibkarlığın uğurlu inkişafına və ölkə iqtisadiyyatındakı mövcud problemlərin həllinə yönəldilmişdir.



Françayzinq

Françayzinq-iri və kiçik sahibkarlıq müəssisələrinin qarşılıqlı faydalı partnyor münasibətləri sistemidir.O,icarə,alqı-satqı,podrat,nümayəndəlik elementlərini birləşdirir,lakin bütövlükdə hüquqi şəxs statusu olan təsərrüfatçılıq edən subyektlərin müqavilə münasibətlərinin sərbəst forması kimi qalır.Françayzinq iri müəssisə ilə -françayzerlə kiçik müəssisə- françayzı (operator) arasında bağlanan müqavilə əsasında həyata keçirilir.Bu zaman françayzer şərtləndirilmiş ərazi çərçivəsində fəaliyyət göstərən kiçik firmanı,yaxud biznesmeni öz malları,reklam xidmətləri,biznesin işlənilmiş texnologiyaları ilə təchiz etməyi öz öhdəsinə götürür.Françayzı yerli şərtləri nəzərə almaqla,şirkətə(françayzerə) menecement və marketinq sahəsində xidmətləri təqdim etməyi,habelə öz kapitalının hər hansı hissəsini həmin şirkətə investisiya etməyi öhdəyə alır.Françayzı yalnız françayzer-şirkətlə işgüzar əlaqələr saxlamağı,habelə biznesi onun göstirişlərinə müvafiq surətdə həyata keçirməyi öhdəyə götürür.Françayzerin adından və ticarət nişanından istifadə etmək hüququna görə françayzı həmişə birdəfəlik haqq ödəyir.Bir qayda olaraq istifadə haqqı qazancın 1-5%-i çərçivəsində olur.Lakin bu bəzən dəyişə bilər.Belə ki,”MakDonalds” şirkətinin françayzisi qazancının 12%-ni ödəyir.



Nəticə

Azərbaycan iqtisadiyyatının quruluşunun formalaşmasının müasir mərhələsində əsas problem dövlət inhisarında olan əmlakın dövlətsizləşdirilməsi və özəlləşdirilməsidir. Bu başlıca olaraq xırda, kiçik və orta müəssisələrin yaradılması yolu ilə həll edilir.

Müasir dövrdə Azərbaycan iqtisadiyyatının müxtəlif sferalarında eyni vaxtda iri, orta və kiçik müəssisələr, həmçinin şəxsi və ailə əməyinə əsaslanan müəssisələr fəaliyyət göstərməkdədir.Müəssisənin ölçüsü sahənin spesifikasından, onun texnoloji xüsusiyyətlərindən və hərəkət effektinin miqyasından asılıdır. Belə ki, yüksək kapital qoyuluşu və istehsal həcmi kifayət qədər böyük olan sahələr, həm də böyük həcmli müəssisələr tələb olunmayan sahələr vardır. Bir çox hallarda həmin müəssisələrin kiçik olmasına daha çox üstünlük verirlər.

Bir tərəfdən elmi-texniki tərəqqinin sabit inkişaf meyli istehsalın təmərküzləşməsini ifadə edir. Məhz iri firmalar böyük maddi, maliyyə, əmək resurslarına və ixtisaslı kadrlara malik olur. Onlar mühüm texnoloji dəyişiklikləri müəyyən edən iri miqyaslı elmi-texniki işləmələri aparmağa qadirdirlər.

Digər tərəfdən isə son illərdə kiçik və orta sahibkarlığın, xüsusilə də hələlik böyük həcmdə kapital, avadanlıqların böyük həcmini və çoxlu sayda işçilərin kooperasiyasını tələb etməyən sferalarda görünməmiş artımını aşkara çıxarılmışdır. Kiçik və orta müəssisələr xüsusilə elm tutumlu istehsal sferasında, həmçinin istehlak əmtəələri istehsalı ilə bağlı olan sahələrdə xüsusilə çoxdur.

İstehsalın kiçik formalarının səmərəli fəaliyyət göstərməsi imkanları iri istehsal ilə müqayisədə bir sıra üstünlükləri ilə müəyyən edilir. Bu üstünlüklərə aşağıdakılar aiddir:

Yerli bazara yaxınlığıvə müştərilərin tələblərinə uyğunlaşa bilməsi;

Kiçik müəssisələrdəki istehsalın iri firmalar üçün sərfəsiz olması;

Artıq idarəetmə həlqələrinin olmaması və s.

İstehsal və şəxsi istehlak sferasındakı tələbatların diferensial-laşdırılması və fərdiləşdirilməsi kiçik istehsala kömək edir.

Öz növbəsində kiçik və orta istehsalın inkişafı iqtisadiyyatın sağlamlaşdırılması üçün əlverişli şərait yaradır: rəqabət mühiti inkişaf edir; fəal strukturun yenidən qurulması həyata keçirilir; istehlak sektoru genişlənir. Kiçik müəssisələrin inkişafı bazarın xidmətlər və əmtəələrlə təchizatının yüksəlməsinə, eksport potensialının çoxalmasına, yerli xammal resurslarından daha yaxşı istifadə edilməsinə gətirib çıxarır.

Kiçik müəssisələrin əmək tətbiqi sferasının genişləndirilməsi, yalnız əhalinin işə düzəlməsi üçün deyil, hər şeydən əvvəl əhalinin sahibkarlıq fəaliyyəti üçün yeni imkanlar yaratması, yaradıcı qüvvələrin genişləndirilməsi və sərbəst istehsal güclərindən istifadə edilməsi üçün böyük əhəmiyyət kəsb edir.



Ədəbiyyat siyahısı

1. Alıcan Bayramalı oğlu Abbasov “Biznesin Əsasları” “Nurlan” nəşriyyatı, Bakı - 2003

2. Quliyev T. Məmmədov N. “İqtisadiyyatın əsasları”, “Maarif” nəşriyyatı, Bakı - 1997

3. Luis L. Allen “Kiçik biznesdə necə qazanmaq olar” Bakı - 1993

4. Əliyev Ə. Q. “Azərbaycanda sahibkarlığın inkişafı problemləri və həlli yolları” “Elm” nəşriyyatı, Bakı – 2000

5. Bəzi internet saytları

6. Axundov Ş. “Menecment”

7. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi



8. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
: groups
groups -> Mövzusu üzrə TƏDRİs proqrami bakı 2011
groups -> Other Economic Cooperation: Other Economic Cooperation
groups -> Azərbaycan, Bakı şəhəri, Azadlıq pr. 132/3, az 1106
groups -> Kurşunun yutulması elimine edilmiş
groups -> Ukok-2015 onayına sunulacak tcod bilimsel aktiviteleri / Ön çalışmalar
groups -> Xəstəliyin qarşısını almaq onu müalicə etməkdən asandır Azərbaycanda ilk böyrək transplantasiyasını (köçürməsini) həyata keçirmiş
groups -> Press-reliZ 06 Oktyabr 2011-ci IL Bakı, Azərbaycan
groups -> Azərbaycanda İsrail Səhiyyəsi günləri
groups -> Points Of Concern re: Council Bill 42-2015 a bill to create a Military Installation Overlay Zone (mioz) around Joint Base Andrews Our Objective: Council Bill 42-2015 the mioz bill – Concluding this is not a good bill. Why




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə