10
Üst Yuranın Kellovey, Oksford və Luzitan mərtəbələrinin çöküntüləri
intensiv yuyulmaya məruz qaldıqlarından onlar
kəsilişdə iştirak etmir və
yaxud onlar çox məhdud sahələrdə yayılmışlar. Kimeric və Titon çöküntüləri
nisbətən geniş yayılmış və bərk çatlı dolomitləşmiş əhəngdaşıları, qumdaşıları,
alevrolitlər və gillərin növbələşməsindən ibarətdir. Onların
nəzərdə tutulan
ümumi qalınlıqları 2,0 min metrə yaxındır.
Güman
edildiyinə görə, Şamaxı-Qobustan çökəkliyində Təbaşir
sisteminin kəsilişində bütün mərtəbələrin çöküntüləri iştirak edir (şəkil 10).
Çöküntülərin ümumi qalınlığı 5,0 min metrə çatır. Onun 2-2,5 min metri Alt
Təbaşirə aiddir. (H.Ə.Əhmədov, 1957)
Bu çöküntülər
Şimali Qobustanda Santon,
bəzən isə Konyak
mərtəbələrinə qədər yer sərhinə çıxırlar. Şimali və Mərkəzi Qobustanın bəzi
sahələrində onlar qazılmış struktur-axtarış quyuları ilə açılmışlar (bax
şəkil
10). Cənubi Qobustanda bu çöküntülərin yatım dərinlikləri 6-7 km-dən artıqdır
və onlar burada quyularla açılmamışlar.
Alt
Təbaşirin kəsilişində Valanjin, Hoteriv, Barrem,
Apt və Alb
(Altıağac dəstəsi) Alt yarımdəstəsi (Küllülü) və Ausellina horizontlardan
ibarət üst yarımdəstə mərtəbələri ayrılır.
Şimali Qobustanda suayırıcılarında Valanjin çöküntüləri Yuranın
Titon çöküntüləri üzərinə uyğun yatırlar, gilli və qumlu əhəngdaşılarının,
mergellərin karbonatlı gillərin fliş növbələşməsindən ibarətdir. Bu çöküntülər
Dübrar zonasından cənub-qərb istiqamətində qumlu-əhəngdaşılı-mergelli
litofasi yada və şimal-qərb zonasında isə kobud fliş fasiyalı Nardaran fasiyası
ilə təmsil olunur. Şimali Qobustanda bu çöküntülərin qalınlığı 700-800 m
olduğu halda, cənub istiqamətdə azalaraq 500 m-ə çatır.