Azərbaycan döVLƏt neft və SƏnaye universiteti Fakültə Geoloji Kəşfiyyat Kafedra



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə5/13
tarix25.04.2023
ölçüsü1,23 Mb.
#102206
1   2   3   4   5   6   7   8   9   ...   13
GULER DİPLOM İSİ PDF

Şəkil 1.2 b Şamaxı-Qobustan NQR. 


12 
Hoteriv mərtəbəsi Şimali Qobustanda əsasən gilli fasiyada qeyd 
olunur və gilin az qalınlığa malik qumlu əhəngdaşıları və əhəngdaşılı 
alevritlərin növbələşməsindən ibarətdir. Bu mərtəbənin qalınlığı 500 m-dən 
çox deyildir. 
Barrem mərtəbəsi çöküntüləri Şimali Qobustanda nisbətən daha geniş 
ərazidə yayılmışlar və karbonatlı gillər, mergellər, qumdaşıları, alevritlər və 
əhəngdaşılarından ibarət fasiyada inkişaf etmişlər. Şimali Qobustanda gilli 
litofasiya ilə fərqlənən bu mərtəbə, cənub-şərq istiqamətində gilli-qumlu 
litofasiya ilə təmsil olunur. Şimalda bu çöküntülərin qalınlığı 500-800 m 
arasında dəyişir, cənub istiqamətində qalınlığın azalması ehtimal olunur. 
Apt çöküntüləri Barrem çöküntülərinə nisbətən Şimali Qobustanda 
geniş ərazidə intişar etmişlər. Qalınlığı 150-200 m olan bu çöküntülər 
əhəngdaşılı, bəzən bitumlu gillərin, mergel təbəqələrinin xırdadənəli 
qumdaşılarının və alevrolitlərin növbələşməsi ilə səciyyələnən litofasiyada 
qeyd olunurlar. 
Alb mərtəbəsi alt, orta və üst yarımmərtəbələri ilə təmsil olunur. Alt və 
orta yarımmərtəbələri (Altıağac lay dəstəsi) kəsilişi gil, alevrit və 
qumdaşılarından ibarətdir. Cənub-şərq istiqamətdə qumdaşılı və əhəngdaşılı 
laylarının miqdarı və qalınlıqları artır. Üst yarımmərtəbəsi əsasən qumdaşı və 
alevritlərdən ibarətdir və qalınlığı şimal-şərqə doğru artır. Kəsilişin ən üst 
hissəsi isə Auselina horizontuna aid olub, gil, qumdaşı, alevrit və azqalınlıqlı 
mergellərlə təmsil olunur. Bu mərtəbənin qalınlığı Şimali Qobustanda 180-250 
m arasında dəyişir, çox güman ki, cənub-şərq istiqamətində bu qalınlıq artır. 
Üst Təbaşir çöküntüləri Alt Təbaşir laylarını uyğun örtərək,daha 
geniş ərazidə yayılmışlar. Üst Təbaşir Senoman, Turon,Konyak, Santon, 
Kampan, Maastrixt mərtəbələri ilə təmsil olunur. Göstərilən mərtəbələrin 
çöküntüləri Şimali və Mərkəzi Qobustanın bəzi sahələrində tək-tək axtarış, 
struktur-axtarış və struktur xəritəalma quyularla açılmışlar. Onlardan Şimali 


13 
Qobustanın Tuva sahəsində 2977,5 m dərinliyə qazılmış 2 saylı axtarış quyusu 
Üst Təbaşir çöküntüləri 1950 m qalınlıqla açmışdır. Quyudibi dərinlik 
Kampan mərtəbəsin uyğun gəlir. 
Şamaxı-Qobustan NQR-da qazılmış quyulardan alınan məlumatlar və 
palçıq vulkanlarının püskürmə materiallarının təhlili göstərir ki, Üst Təbaşir 
çöküntülərinin üst hissəsi əhəngdaşı, mergel və əhəngli qumdaşı 
aratəbəqələrinə malik əhəngli gillərdən, alt hissəsi isə əhəngli gil, mergel, 
əhəngdaşıları əhəngli alevrit və qumdaşılarının ritmik növbələşməsindən 
ibarətdir.Üst Təbaşir çöküntülərinin ümumi qalınlığı 2-2,5 min m-ə çatır. 
Şimali Qobustanda Senoman qumlu-gilli və karbonatlı-gilli fasiya ilə 
fərqlənirsə, cənubi-şərqdə qumlu-gilli, cənub-qərbdə isə qumlu-gilli fasiya 
müşahidə olunur. Qalınlıq 50-500 m arasında dəyişir.Turon-Konyak kəsilişi 
Şimali-Qobustanda geniş yayılmışdır və burada onlar əsasən gillərdən ibarət 
olan fasiya ilə təmsil olunur. Kəsilişdə çatlı əhəngdaşı və mergel, əhəngli 
qumdaşı və gillər qeyd olunur. Cənub və cənub-qərb istiqamətlərində 
karbonatlı süxurların qalınlığı artır.Deməli, Turon-Konyak kəsilişi Şimali 
Qobustanın cənub və cənub-qərb hissələrində əsasən karbonatlı, cənub-şərq 
hissəsində terrigen-karbonatlı fasiya ilə təmsil olunur. Qalınlıq 200 m-ə qədər 
çatır. 
Şimali-Qobustanda geniş intişar etmiş Santon-Alt Kampan çöküntüləri 
əhəngli gillərin, mergellərin, əhəngdaşılı və əhəngli alevritlərin ritmik 
növbələşməsindən ibarətdir. Şimal-qərbdən cənub-şərq istiqamətində qumdaşı 
və alevritli layların sayı və qalınlığı nəzərə çarpaçaq dərəcədə artır. Beləliklə, 
Santon-Alt Kampan kəsilişi Qobustanın şimal-qərbində gilli litofasiya, cənub-
şərqində isə gilli-qumlu litofasiya ilə fərqlənir. Şərq sahələrdə isə kəsiliş 
gilləşir. Kəsilişin qalınlığı 300-650 m-dən (Şimali-Qobustan) 750-800 m-ə 
qədər (Mərkəzi Qobustan) dəyişir. 


14 
Üst Kampan-Maastrixt intervalı Şimali Qobustanda qazıma ilə yaxşı 
öyrənilmişdir. Məlum olmuşdur ki, bu çöküntülər şimali Qobustanın cənub-
qərb hissəsində karbonatlı gillər, çatlı qalın (30-40 m) əhəngdaşılı, mergellər, 
alevrit və qumdaşıları ilə təmsil olunan litofasiyada, cənub-şərq və şərq 
zonalarında isə kəsiliş gilli fasiya ilə səciyyələnir. Üst Kampan-Maastrixtin 
Şimali Qobustanda qalınlığı 550 m-ə qədər çatır. 
Kaynozoy çöküntüləri Şamaxı-Qobustan rayonunda daha geniş 
yayılmışlar. Kəsilişdə Paleogendən Üst Pliosenə qədər olan bütün stratiqrafik 
vahidlər iştirak edir. 
Paleogen sistemi çöküntüləri rayonun mərkəzi hissəsində daha çox yer 
səthinə çıxaraq Paleosen, Eosen və Oliqosen şöbələri çöküntülərindən təşkil 
olunublar. Paleosen şöbəsi Danimarka mərtəbəsi və Sumqayıt dəstələri ilə 
təmsil olunur. 
Danimarka çöküntüləri şimali Qobustanın cǝnub-şərq hissəsində ensiz 
zolaq şəklində yayılaraq alevrolit təbəqəli boz, yaşıl-boz gillərdən və 
sementləşmiş əhəngli qumdaşı, mergel və əhəngdaşılarından təşkil 
olunmuşdur. Cənub-şərq istiqamətində dəstənin qumluluğu artır. Dəstənin 
qalınlığı 500-550 m-dir. 
Sumqayıt dəstəsi çöküntüləri şimali Qobustanda geniş yayılaraq, 
Danimarka çöküntüləri üzərində qeyri uyğun yatır. Sumqayıt dəstəsi alt və üst 
dəstələrə ayrılır. 
Alt Sumqayıt dəstəsinin çöküntüləri tünd-qonur, kərpici qırmızı, 
mergelli gillərdən, nazik qumdaşı laycıqlarından və mergellərdən ibarətdir. Bu 
çöküntülər Şimali Qobustanın şərq hissələrində yalnız gillərdən təşkil 
olunmuşdur. Alt Sumqayıt dəstəsinin qalınlığı 100 m-ə çatır. 
Üst sumqayıt dəstəsi çöküntüləri daha geniş yayılaraq Mərkəzi 
Qobustanın şimal hissələrinə qədər uzanır. Onlar Danimarka laylarını 
transqressiv sürətdə örtürlər. Litoloji cəhətcə bu çöküntülər kərpici-qırmızı, 


15 
bəzən qırmızı, yaxşı laylanmış karbonatsız gillərdən, az miqdarda çeşidlənmiş 
qumdaşı laylarından təşkil olunmuşdur. Kəsilişin tavanında qara rəngli 
qumdaşı təbəqəsi qeyd edilir ki, bu da həmin dəstə üçün xarakterik istinad layı 
hesab olunur. Üst Sumqayıt dəstəsinin qalınlığı 50 m-dən 200 m-ə qədər 
dəyişir. 
Eosen (Qovundağ dəstəsi) çöküntüləri ondan altda yatan lay 
dəstələrinə nisbətən geniş ərazini tuturlar. Onlar Şimali Qobustanda 
sinklinalların quruluşunda, Mərkəzi Qobustanda isə demək olar ki, bütün 
antiklinal qırışıqların tağ və tağa yaxın hissələrində iştirak edirlər. Qovundağ 
dəstəsinin kəsilişi litoloji tərkibinə görə alt, orta və üst horizontlara ayrılır. 
Alt Qovundağ çöküntüləri nisbətən az yayılmışlar. onların litoloji 
tərkibləri yaşıl-boz, açıq-yaşıl, açıq-boz mergelli gillərin, boz mergel, argillit 
və tuflu qumdaşılarının növbələşməsindən ibarətdir. Alt horizontun qalınlığı 
Şimali Qobustanda 70-80 m, Mərkəzi Qobustanda isə 180-200 m arasında 
dəyişir. 
Orta Qovundağ çöküntüləri Şimali və Mərkəzi Qobustanda geniş 
yayılmışdır. Onların litoloji tərkibləri pirobitumlu şist araqatlari olan qonur-
qara gillərin sarımtıl-boz bərk sıx qumdaşı laycıqları ilə növbələşməsindən 
ibarətdir. 
Orta Qovundağ çöküntülərinin qalınlığı Mərkəzi və Cənubi 
Qobustanda 200-250 m arasında dəyişir. Şimali Qobustanda isə bu horizontun 
qalınlığı 400 m-ə yaxındır. 
Üst Qovundağ çöküntüləri Alt Orta Qovundağ çöküntülərinə 
nisbətən daha geniş ərazidə yayılmışlar. Rayonun şimal hissəsində sinklinal 
çökəkliklərin nüvəsində yer səthinə çıxan bu çöküntülər qonur, qırmızımtıl-
qonur, bəzi yerlərdə kərpici və tünd qırmızı karbonatlı və zəif karbonatlı, üst 
Sumqayıt çöküntülərinə oxşar gillərdən təşkil olunmuşdur. Bu gillər bütün 
kəsiliş boyu nazik (0,2-0,4 m), narın dənəli qumdaşı təbəqələri ilə növbələşir. 


16 
Cənub-şərq istiqamətlərində (Qozluçay, Cigilçay çayları boyunca, Boyanata 
qalxımının Şimal hissəsinə qədər) qumdaşılarının miqdarı və qalınlığı artır. 
Mərkəzi Qobustanın cənub və ona yaxın Ceyrankeçməz depressiyasının Şimal 
hissələrində Üst Qovundağ çöküntüləri antiklinalların tağ hissələrində və 
yaxud onların qalxmış qanadlarında yer səthinə çıxırlar (Acıdərə, Çıraqlı, 
Şıxzəyirli ).Üst Qovundağ çöküntülərinin qalınlığı Qobustanın şimal 
hissəsində 50-100 m, Mərkəzi hissəsində isə 400-600 m-ə çatır. Ümumiyyətlə, 
Şamaxı-Qobustan rayonunda Qovundağ çöküntü lərinin qalınlığı 600-800 m-
dir. rayonun cənub hissələrində bu çöküntülərin qalınlığı artaraq 1200 m-ə 
çatır və bəzən daha çox olur. Umbakı sahəsində qazılmış 2 saylı quyuda bu 
çöküntülərin açılmış görünən qalınlığı 2500 m-dən çoxdur. 
Oliqosen (Alt Maykop yarımdəstəsi) çöküntüləri zəif qumlu, 
karbonatlı gillərin boz mergel, gilli şist və bərk, qonur narın dənəli qumdaşı 
təbəqəcikləri ilə növbələşməsindən ibarətdir. Şamaxı-Qobustan rayonunun 
daha çox şimal sahələrində (Kəm çidağ, Ağdərə, Qızmeydanı və b.) Alt 
Maykopun kəsilişində müxtəlif forma və quruluşa malik böyük dolomit kon 
kresiyalarına, nazik bentonit laycıqlarına və bitumlu şistlərə rast gəlmək olur, 
yarozit təbəqəciklərinin olması kəsiliş üçün səciy yəvidir.Yarımdəstənin 
qalınlığı Şimali Qobustanda 60-100 m, onun cənub-şərq hissəsində isə 300-
600 m-dir. 
Alt Miosen (Üst Maykop yarımdəstəsi) çöküntüləri 700-800 m 
qalınlıqla karbonarsız gillər və az qalınlığa malik qum təbəqələri ilə təmsil 
olunurlar. Üst Maykop yarımdəstəsi Şamaxı Qobustan neftli-qazlı rayonunun 
şimal hissəsində gilli fasiya, cənub və cənub-şərq hissələrində isə qumlu-gilli 
fasiyada intişar etmişdir. Bu yarımdəstənin kəsilişində, hər iki fasiyanın 
yayıldığı zonalarda, Riki, Siderit və Sideritüstü horizontlar ayrılır. 
Riki horizontu mərkəzi Qobustanda gilli fasiyadan ibarət olduğu 
halda, cənuba və cənub-qərbə getdikcə (Süleyman, Nardaranaxtarma, 
Kürdəmir, Sündü və b. sahələr) kəsilişdə olan qum və zəif sementləşmiş 


17 
qumdaşı laylarının sayı artır. Qum laylarının qalınlığı 12-15 m-ə çatır. Riki 
horizontunun kəsilişində qalınlığı 25-30 m olan qumlu-alevritli horizontlar 
ayrılır. Bu horizontun qalınlığı şimali Qobustanda geniş intervalda - 50-200 m, 
onun cənubunda isə 300-400 m arasında dəyişir. 
Siderit horizontu özünün tünd rəngli olması ilə fərqlənir. Bu horizont 
Şimali Qobustanda tünd-boz, tünd-qəhvəyi karbonatsız gillərdən və siderit 
aratəbəqələrindən ibarətdir. Mərkəzi və Cənubi Qobustanda horizontun 
kəsilişində qumlu-alevritli horizontlar ayrılır. Bu horizontun qalınlığı Şamaxı-
Qobustan neftli-qazlı rayonunun şimalında 40-50 m, onun cənub və cənub şərq 
hissələrində isə 110-180 m arasında dəyişir. 
Sideritüstü horizont Mərkəzi və Cənub-Qərbi Qobustanda daha geniş 
yayılmışdır. Bu horizont Qobustanın Şimal və Mərkəzi zonalarında boz şistli 
karbonatsız gillərdən təşkil olunmuşdur. Şimaldan cənuba doğru kəsilişdə olan 
qum və qumdaşı təbəqəciklərinin sayı və qalınlığı artır (Çeyildağ, Umbakı, 
Sündü və s.). Siderit horizontunun ümumi qalınlığı rayonun şimal hissəsində 
5-25 m, onun cənub və cənub qərbində isə 200-225 m arasında dəyişir. 
Tarxan horizontunun çöküntüləri Çokrak dənizi transqressiyası ilə 
yuyulduğundan, az sahələrdə yayılmışdır. Belə ki, Qobustan rayonunun bəzi 
sahələrində (Çeildağ, Hacıvəli, Çiçək, Axtarma və b.) Tarxan çöküntüləri 
fasilə və uyğunsuzluq nişanələri olmadan Maykop çöküntüləri üzərində 
yatdığı halda, digər sahələrdə (Güngörməz, Sündü və b.) çökmə zamanı fasilə 
və yuyulmanın nəticəsi olaraq kəsilişdə onlar ya tamamilə iştirak etmir və 
yaxud transqressiv olaraq Maykop üzərində yatırlar. Tarxan çöküntüləri 
Qobustanın şimal hissəsində 0,7-0,8 m qalınlığa malik olub, boz mergellərlə 
təmsil olunurlar, Cənubi Qobustanda isə gillərdən, mergellərdən, 
dolomitlərdən təşkil olunmuş bu horizontun qalınlığı 25 m-ə çatır. 
Çokrak horizontu mergel və dolomit araqatlarına malik qumlu-gilli 
süxurlardan ibarət olub, ümumi qalınlığı 170 m-ə çatır. Bu da horizontun 


18 
ümumi qalınlığının (400 m) 42 %-ni təşkil edir. Horizontun yuxari hissəsində 
qalınlığı 35 m(Gicakiaxtarma) - 60 m (Umbakı, Çeildağ) arasında dəyişən 
qumlu-alevritli horizont yatır. Həmin horizont Umbakı və Duvannı 
sahələrində sənaye əhəmiyyətli neftli və qazlıdır. Bu horizontun ümumi 
qalınlığı Qobustanın şimal sahələrində 150 220m, cənub və cənub-qərb 
sahələrində isə 300-350 m arasında dəyişir. 
Karaqan-Konk çöküntüləri Şamaxı-Qobustan rayonunun cənub 
zonasında geniş yayılmışdır. Karaqan horizontunun litoloji tərkibi xırda dənəli 
qum, alevrit, dolomit və mergel təbəqələrinə malik, karbonatlı gillərin açıq boz 
rəngli nazik laylı dolomitlərlə növbələşməsindən ibarətdir. Bu horizontun 
kəsilişində qalın, lakin məhdud yayılmış qumlu laylarda iştirak edir. Yaxşı 
elektrik karotaj xassələrinə malik belə layların qalınlığı 2,5-5,5 m (Hacıvəli) – 
7,0-12,0 m (Umbakı) arasında dəyişir. 
Konk horizontu çöküntüləri Qobustanın şimal hissələrində müxtəlif 
rəngli yaşıl, boz, qonur, şistləşmiş gillərdən, gilli şistlərdən təşkil olunmuşdur. 
Mərkəzi Qobustanda bu çöküntülər içərisində dolomitlərə vǝ çoxlu bitki 
qalıqlarına rast gəlmək olur. Cǝnubi Qobustanda isə horizontun kəsilişində 
olan şistlər və gilli şistlər, boz, açıq boz gil, narın dənəli və az qalınlıqlı (0,5-
2,5 m) qumdaşı, qum və alevrit laycıqları ilə əvəz olunurlar. 
Karaqan-Konk horizontlarının birlikdə ümumi qalınlığı şimali 
Qobustanda 80-120 m, Mərkəzi və Cənubi Qobustanda isə 420 600 m arasında 
dəyişir. Qazıma zamanı bu horizontları açan quyularda intensiv neft və qaz 
təzahürləri qeyd olunmuş, lakin KH yığımı aşkar edilməmişdir. 
Sarmat mərtəbəsinin çöküntüləri Şimali Qobustanda kəsilişdə iştirak 
etmirlər. Onlar Mərkəzi və Cənubi Qobustanda geniş intişar tapmışlar. Əsasən 
gillərdən ibarət olan bu çöküntülərin arasında, qum, qumdaşı, əhəngdaşı və 
dolomit aratəbəqələri iştirak edir. Çöküntülərin qalınlığı şimaldan cənuba 
doğru artaraq 800-1000 m-ə çatır. 


19 
Mərkəzi Qobustanda Alt Sarmat çöküntüləri gilli litofasiya ilə təmsil 
olunur və öz sabitliyi ilə fərqlənir. Burada Alt Sarmat çöküntülərinin əsasında 
olan sarı-qonur rəngli gillər zəif bucaq qeyri-uyğunsuzluğu ilə mikrofauna ilə 
yaxşı səciyyələnən Konk horizontunun gilli şistli layları üzərində yatırlar. 
Sarmat çöküntülərindən sənaye əhəmiyyətli neft və qaz (Ərzani-Qlıc 
sahəsində) alınmışdır. 
Meotis mərtəbəsi çöküntüləri Şamaxı-Qobustan rayonunun bir çox 
sahələrində Miosenin kəsilişində iştirak etmir. Bu çöküntülər əsasən cənubi 
Qobustanda geniş yayılmışlar. Onlar müxtəlif rəngli gil, gilli şist, gilli mergel, 
brekçiyavarı dolomit və qalınlığı 0,05-dən 0,5 m-ə qədər dəyişən vulkan gilli 
təbəqələrindən təşkil olunub. kəsilişdə mergel və brekçiyavarı dolomitlərin 
olması Meotis mərtəbəsini fərqləndirən nişanələrdəndir. Meotis çöküntüləri, 
əksər hallarda. Sarmat mərtəbəsindən (Nardaranaxtarma, Zahirdağ, 
Qələndərtəpə) Çokrak horizontuna qədər (Hacıvəli) olan layların üzərində 
transqressiv yatır. Bu mərtəbənin qalınlığı Cənubi Qobustanda 500 m-ə çatır. 
Onlar Cənubi Qobustanda və onun qərb hissələrində Alt və Orta Miosen 
çöküntüləri üzərində transqressiv olaraq yatırlar. 
Cənubdan şimala getdikcə kəsilişdə karbonatlı süxurların qalınlığı 
artir. Belə ki, Mərəzə platosunda kəsiliş qalınlığı 1,5-5 m olan əhəngdaşı və 
mergelli qumlu gillərdən təşkil olunduğu halda, Sündü platosunda və daha 
şimalda əhəngdaşı laylarının qalınlığı 235-245 m-ə çatır. Mərtəbənin ümumi 
qalınlığı 300-350 m çatır. 
Pliosen çöküntüləri Şamaxı-Qobustan rayonunun cənub, xüsusən 
onun cənub-şərq hissəsində geniş yayılaraq Məhsuldar Qat və Ağcagil 
mərtəbələri ilə təmsil olunurlar (şəkil 1.2 c). 


20 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin