Azərbaycan döVLƏt neft və SƏnaye universiteti «Geoloji-kəşfiyyat» fakültəsi 050602 – “Geologiya mühəndisliyi” ixtisası



Yüklə 256,5 Kb.
səhifə17/22
tarix02.01.2022
ölçüsü256,5 Kb.
#39118
1   ...   14   15   16   17   18   19   20   21   22
NEFTLİ-QAZLI ƏRAZİLƏRİN RAYONLAŞDIRILMASI

NEFTLİ QAZLI QURŞAQLAR
Neftli-qazlı qurşaqlar qırışıqlıq ərazilərində bu və ya digər qırışıqlıq sistemi ilə mənşə ehtibari ilə bağlı olan və onun ərazisində yerləşən neftli-qazlı əyalətlər assosıasiyasına deyilir. Misal üçün, Hersin qırışıqlığı (Appalaç və Ural), Alp qırışıqlığı (Alp-Himalay, And, Kordılyer, Qafqaz və s. ilə bağlı olan neftli-qazlı qurşaqlar).
NEFTLİQAZLI ƏRAZİLƏRİN HÖVZƏ PRİNSİPİ

ƏSASINDA RAYONLAŞDIRILMASI
40-cı illərin sonunda İ.O.Brod neftli-qazlı əyalətlər haqqında vahid sedimentasiya hövzəsi kımı bır anlayışı irəli sürmüşdür. İ.O.Broda görə NQH dedikdə elə bır çökmə mənşəlı və gilli süxurlar üstünlük təşkil edən geoloji cisim nəzərdə tutulur ki, o öz inkişafı (formalaşması) dövründə Kh-rin əmələ gəlməsi, toplantılannasının yaranıb müasir dövrə kimi saxlanması ilə müşayət ejdiisin.

I isitiqamətə görə NQH-ri onlarm əhatə olunma xüsusiyyətlərinə və bünövrələrinin yaşına görə ayırmaqdır. Bu təsnifat hövzəni nisbətən asanlıqla ayıra bilmək imkanı verməyinə baxmayaraq onların bir genetik vahid kimi əks olunur. Bu xüsusiyyətə görə hövzələrin ayrılması onalın yalnız bır amil əsasında seçilməsi kimi özünü binizə verir. Bu səbəbdən də bu geomorfoloji amil ehtimal olunan NQH-nin ayrılması üçün ilkin axtarış amili kımı, nisbətən zəif öyrənilmiş ərazidə qəbul edilə bilər.

II sitiqamətə görə NQH-rin ayrılması onlarm tektonik yaxud struktur xüsusiyyətləri əsasında seçilməsini nəzərdə tutur. Tetkonik amil əsasında NQH-rin ayrılmasına misal olaraq 1953-cü ildə İ.O.Brod və N. E. Yeryomenko tərəfindən təklif ediimiş təsnifatı göstərmək olar. Bu təsnifata görə 4 qrup və hər qrupda müvafiq olaraq yarımqruplar seçilir. Bu qruplara platformadaxıli çökəkiiklərdə, platformanın kənarlarında, qədim qayma dağlar ərazisində və cavan dağlar ərazisində yerləşən çökəkiikiər aiddir. Bu qrupların ayrılması onların daxilində bitum-əmələgəlmənin, neft və qaz yığımlarının formalaşması və dağılması şəraitinin qeyri bərabər olması əsas götürülür.

Yarımqrupda isə hövzəni onun tetkonik xüsusiyyətlərinə görə, bünövrənin və qırışıqlığın yaşına görə ayırırlar (kənar çökəkliklərlər, qrabenlər və s.).

Bir qədər sonra İ.O.Brod (1964) NQH-rin bir sıra xüsusiyyətləri əsasında daha geniş təsnifatını verir. Məsələn , o, artıq platforma vilayətinin, dağqarşısı və dağarası çökəkliklərin bünövrəsinin yaşına, quruluşunun mürəkkəbliyinə və ərazisinin xüsusiyyətlərinə əsaslanaraq hövzələrin daha geniş təsnifatını verir.

III istiqamətə görə NQH-rin təsnifatında neft və qazın əmələ gəlməsinə aid müasir təsəvvürlər əsas götürülür. Bu baxımdan NQH dedikdə çökmə mənşəli gilli süxurlardan təşkil olunmuş elə bir geoloji cisim nəzərdə tutulur ki, onun formalaşması neft-qazəmələgəlmə ilə, onların yığımlarının formalaşması və həmin yığımların müasir dövrə qədər saxlanılması ilə müşayət edilsin.

Bütün NQH-lər yer qabığının uzun geoloji dövr ərzində və nisbətən dərin enməyə məruz qalmış hissələri ilə bağlıdır. Onlar aşağıdakı elementlərlə əhatələnmiş ola bilərlər. NQ-lı olmayan yaxud olmaq imkanına malik olmayan ərazilərə, misal üçün, dağ qınşıqlıq sistemləri ilə, bəzi hallarda həmin dağ qırışıqlıq sistemi hövzə üzərinə xeyli yeridilmiş olur. Belə halda hövzənin sərhəddi də həmin dağ qırışıqlıq sisteminin hərəkəti qədər geri çəkilmiş olur, həmin hövzənin bir qismi sonuncunun altında basdırılmış olur. NQH-nın sərhəddi kimi kristallik və ya metamorfik süxurların yer səthinə çıxışı da qəbul oluna bilər. Nəzərə alsaq ki, Kh-nin əmələ gəlməsi və emiqrasıyası neft-qaztörədici süxurların (ana süxurların) yalnız 600-700 m dərinliyə enməsi ilə başlayır, onda NQH-nin sərhəddini ümumi halda kristallik bünövrənin çöküntü örtüyünün 600-700 m-lik izoxoruna (qalınlığına) malik ızoxətlərlə hüdudlandırmaq olar. Bəzi hallarda 600-700 m çöküntü qatına malik olan ərazidə neft-qaz yığımının varlığı əslində NQH-nin mərkəzindən kənarlara doğru flyuidlərin uzaq miqrasiyasının nəticəsidir. NQH-rin əlamətdar xüsusiyyətləri ilk növbədə onların yaranma şəraiti ilə, geoloji inkişaf xüsusiyətiəri və müasir struktur elementləri ilə səciyyələnir.

Konsedimentasion mənşəli NQH. Konsedimentasion hövzələr, qədim və cavan platfonnaların ən dərin hıssəsıni tutan çöküntü qatı ilə və eləcə də cavan köksüz (qondarma) çökəkliklər ilə bağlıdır.

Konsedimentasion və inversion NQH-lər homogen hövzələrdir. Çünki onların hər birisinin daxilində neft və qazın əmələ gəlməsi, toplanması və saxlanılması eyni xüsusiyyət daşıyır və yalnız konsedimentasion yaxud da yalnız inversion xüsusiyyətli inkişafa malikdir. Homogen hövzələrə aid piltələr daxilində Qərbi Sibir NQH-i və eləcə də ayrı-ayrı sineklizlərı (əgər onlar yaxşı ifadə olunmuş qalxımlarla hüdudlanmışlarsa) misal göstərmək olar.

Eləcə də ayrı-ayrı sinekiizlərlə əlaqədar olan NQH-lər kimi Miçiqan, İllinoys və başqalarını misal göstərmək olar. Bunlar adətən öz sadə qunuluşları ilə səciyyələnır. Bu hövzələrin kristailik bünövrəsi və çöküntü qatı adətən, nisbətən sadə quruluşa malik olur.

Konsedimentasion qalxımlar kömülmüş müxtəlif ellizion forma və rif massivləri ilə səciyyələnir. Onlar adətən zəif sistemləşir.

Plitə üzərində olan hövzələr daha yaxşı inkişaf etmiş struktur xüsusiyyətləri ilə, bəzi hallarda çöküntü qatının qalınlığının kəskin fərqlənməsi ilə səciyyələnirlər. Ən sadə plitə üstü NQH-lərə Qərbi Sibir, daha mürəkkəblərə isə -"Səhra" (Saxara), Şərqi Aralıq Dəniz hövzələri və s. aiddir.

Neft, əsasən də qaz yığımlarının saxlanılması şəraiti və müxətlif növ (özünə məxsus) qırışıqların formalaşması ilə səciyyələnən konsedimentasion hövzələr sırasında, quruluşlarında qırılmaların mühüm rolu olan hövzələri ayırmaq mümkündür. Belə hövzələr piatformadaxili fərdi, lakin bütün plitə boyu inkişaf etmiş qrabenlə və yarrmqrabenlə əlaqədardır. Qraben hövzələrində neft, qaz yığımları adətən konsedimentasıon mənşəli uzununa qırılmalar zonası ilə bağlıdır. Belə hallarda uzununa qırılmalardan adətən eninə qırılmalar da şaxələnmiş olur və uzununa qırılmalar zonasında lokal qalxımlar formalaşır. Belə hövzələrə misal Qırmızı dəniz və Reyn hövzələrini misal göstərmək olar.

Yarım, yaxud perikraton qrabenlərə məxsus hövzələr adətən asimmetrik olurlar. Onların qitə hissəsində yerləşən yamacı yaxşı inkişaf etmiş olur. Şelf hissəsində yerləşən yamacı isə əksinə zəif ifadə olunur.

Plitə və sineklizlərə məxsus hövzələr bəzi hallarda inkişaf etmiş qrabenlərlə yaxud onların kömüimüş növləri ilə mürəkkəbləşmiş olur. Buna münasib olaraq adı çəkilən hövzələrin aşağıdakı növləri seçilir:

-Bünövrəsində qraben inkişaf etmiş plitə və sineklizlərə məxsus hövzələr, yəni belə hövzələrdə qraben kömüimüş olur.

-İkinci növə isə qrabenlə mürəkkəbləşmiş plitə və sinekliz hövzələr aiddir. Bünövrəsi qrabenlə mürəkkəbləşmiş hövzəyə misal olaraq Dnepr-Donetsk çökəkliyini göstərmək olar. İkinci növ hövzəyə misal kimi Ordos hövzəsini göstərmək olar.

-Qırışıqlıq vilayətlərində homogen hövzələr iri sinkiinoriumlar daha tez- tez qraben sinklinoriumlar, bəzi hallarda isə əksfaylardan təşkil olunmuş qraben sınklinoriumdə yerləşirlər (Venturi, Santa-Mariya, Los- Anceles).

Sinklinorıumlarda yerləşən hövzələr kəskin ifadə olunmuş, sıxılmış (boğulmuş) və qırılmalarla mürəkkəbləşmiş antikiinal qırışıqlarla səciyyələnir. Adətən bu növ qırışıqlarda nisbətən kiçik neft-qaz yığımları formalaşır. Lakin buna baxmayaraq bu hövzələr üçün geniş yayılmış neft və qaz çıxışları səciyyəvidir. Belə hövzələrə misal olaraq bir sıra sinklinoriumlarla bağlı hövzələrə misal olaraq göstərmək olar. Cənubi Amerikanın qərb sahil zonası boyu yerləşmiş və . Onlar okean şelfində davam etmiş ərazini –Venturi, Santo-Mariya, Los-Anceles və başqalarını göstərmək olar. Sinklinorıumlarla bağlı NQH-lər Mezozoy və Kaynazoy yaşlı qırışıqlıq sistemləri ərazisində daha geniş yayılmışlar. Bu halı müasir geosinkiinallarda da müşahidə etmək olar. Cavan, tam formalaşmamış sinklinoriumlarda yerləşən hövzələr nisbətən böyük maraq kəsb edirlər. Çünki onlar da çöküntü qatının nisbətən böyük qalınlığı ilə, onun terrigen mənşəli olması ilə, kənarlarının intensiv qırışıqlığa məruz qalması ilə (bu hövzələrin kənarları adalarda yerləşir) və subakval zonalarda yerləşən mərkəz hissələrdə msbətən sakit yatıma malik olmaları ilə səciyyələnir. Belə hövzələrə misal olaraq Kalimantan- Sulaves, Sebu- Kalimantan və və b. göstərmək olar. Bu hövzələrin bəziləri isə Mezozoy və Kaynazoy qırışıqiıqlarının təmas zonasında yerləşir və adətən asimmetrik quruluşları ilə səciyyələnirlər. Misal üçün Iravadi-Andaman hövzəsi.

Digər sinkiinorium hövzələri isə dərinlik novlarına söykənmiş olurlar, məs. Cənubi Yava, Mentavay və s.

Lateral qovuşan heterogen NQH-rə epiplatfonna orogenezınə aid qırışıqlara məxsus aralıq hövzələr aiddir.

Sərhədyanı hövzələr platformalar və qırışıqlıq vilayətlərin sərhəd zonalarında formalaşırlar. Sərhədyanı hövzələr üçün kəskin ifadə olunmuş asimmetrik quruluş səciyyəvidir. Nisbətən dik və çox enmiş qırışıqlıq yamacı msbətən ensiz olması ilə səciyyələnir. Bəzi hallarda isə bu yamac qırışıqlıq sistemi ilə bütövlükdə örtülmüş olur. Platformaya məxsus olan əks yamac isə adətən daha enli olması ilə səciyyələnir, lakin burada kristallik bünövrə msbətən dayazda yerləşir. Bu hövzələr içərisində hövzənin qırışıqlığının mənşəyindən asılı olaraq iki növ seçirlir –epigeosinklinal və epiplatforma növ hövzələr.

Epiplatforma orogeni ilə əhatə olunmuş sərhədyanı hövzə piatformanın kənarında formalaşır. Onların daxili dislokasiyası postsedimentasion qayma qırışıqh.ğı xüsusiyyətində olur. Kristallik bünövrənin ауrı-ауrı qaymalarının şaqulu hərəkəti həmin hövzənin dağlıq əhatəsinin yaxınlığında valabənzər qalxımlar sisteminin formalaşmasına səbəb olnr. Bu qalxımlar adətən qırılmalarla mürəkkəbləşmiş olurlar. Hövzənin əks yamacının ilkin konsedimentasioıı strukturu bu zaman adətən saxlanılmış olur, lakin qırılmalarla mürəkkəbləşir.

Epiplatforma qınşıqhğı məhdudlanmış sərhədyanı hövzələrə misal olaraq Qaraqum hövzəsini, Amerikada Dənvər və Pauder-River hövzələrini göstərmək olar.

Qmşıqlararası NQH-lər dağarası çökəkliklərdə aralıq massivlər üzərində formalaşırlar, bu çökəkliklərin arxa əyimiərində (proqibax) inversion struktur formalar, mərkəz hissələrində isə konsedimentasion qalxımlar inkişaf edir. Hövzənm konsedimentasion və postsedimentasion elementlərinin nisbəti çökəkliyin ölçüsü və kristallık bünövrənin yatma dərinliyi ilə təyin edilir. Krıstailik bünövrəsçi dərində yerləşən və eləcə də sahə etibarən kiçik olan çökəkliklər (aralıq massivlər) üçün konsedimentasion süxurların ıüsbətən kiçik sahədə inkiaşf etməsi səciyyəvidir. İn hövzələrdə və kristallik bünövrəsi nisbətən dayazda yerlşənlərdə isə konsedimentasion strukturlar onların ərazilərinin əsas hissəsini təşkil edə bilər. Qınşıqbğın formalaşması və quruluşunda inversion struktur formalar əsas rol oynayan NQH-rə misal olaraq Cənubi Xəzər çökəkliyinin göstərmək olar.

Qırışıqiıq daxili hövzələrə sərhədyaniiərdə olduğu kimi mərkəz hissəsinin nisbətən yüksək qazlılığı və inversion struktur formalarla bağlı olan kənarlarının isə əsasən nettiı olmağı səciyyəvidir.

Epiplatforma orogeneziııə məxsus hövzələr bütövlükdə platformanın üzərində yaxud bir neçə struktur elementində yerləşirlər. Məsələn, smekliz, kənar və daxili qrabeniər. qaLxanlarm yamadan boyu və s, məs. Ordos və Sıçuan neftii qazlı hövzələr kembridən əvvəl və epihersin platformalarını qovuşduqları hövzələr Şimali Amerıkanm Kordilyer qarşısı çökəkliyinin platforma yamacında yerələşənlər və s.

Epiplatforma orogem ilə bağlı hövzələrin hamısı üçün iki mərtəbəli quruluşu səciyyəvidir: alt mərtəbə platforma tipli formasiyadan, üst mərtəbə isə orogen mənşəli çöküntülərdən ibarət olur. Bu növ hövzələrin alt struktur mərtəbəsi əsasən neftli, üst struktur mərtəbəsi isə zəif qazlılığa səciyyələnir.

Şaquli qovuşma ilə bağlı heterogen hövzələr altmda sinkiinori, yaxud qraben sinkiinori, yəni inversion struktur element yerləşən 'konsedimentasion struktur elementdən ibarətdir. Bu hövzələri iki növə ayırırlar.

sinkiinori, yaxud qraben-sinklinori üzərində inkıaşf etmiş konsedimentasion çökəkliklərə (sineklizlər) məxsus hövzələr.

-sinkiinorium yaxud qraben-sinkiinoriumlara məxsus hövzələr, konsedimentasion qırışıqlıqla səciyyələnən qrabeniərlə bağlı hövzələr.

Birinci növ hövzələr epimezozoy platformalarında kaynazoy çöküntüləri ilə doldurulmuş kənar, yaxud daxili çökəkliklərdə (sineklizlərdə) formalaşırlar. Belə hövzələr Amerikanın şimalında, Asiyanın cənub hissəsində və Okeaniyada inkişaf etmişlər.

Asiyanın cənub hissəsində yerləşən hövzələr yüksək neftlilikiə səcıyyəiəniriər. Lakin əksər hövzələrin alt struktur mərtəbələri zəif öyrənilmişdir. Vyana hövzəsi səciyyəvi qırışıqhq daxili qrabenə məxsus bir hövzədir. Onun alt mərtəbəsi qazlı, üst mərtəbəsi isə neftlidir.

NQH- lərdə böyük qalınlığa malik çöküntü qatı və onun mürəkkəb struktur quruluşu neft-qazlılığın paylanmasında böyük mürəkkəbliyin yaranmasına səbəb olur.


NEFTLİ-QAZLI ƏYALƏTLƏRİN NÖVLƏRİ



Platformalara aid

Keçid əravzilərə aid əyalətlər

Qmşıqlıq

ərazilərinə

məxsus


  1. Kembridən qabaq

  2. Kaledon

  3. Her sın

  4. Hetcrogen qınşıqhq bünövrələrə malik platformalara məxsus neftli-qazlı əyalətlər

Kənar platforma

çökəidiklərmdle



  1. Kembridən qabaq

  2. Kaledon

  3. Hersin

  4. Heterogen qınşıqhq bünövrələrə malik

platformalara məxsus neftli- qazlı əyalətlər

Dağqarşısı çökəkliklərə aid

  1. Kaledon

  2. Hersin

  3. Mezozoy

  4. Alp qmşıqlanna aid neftli-qazlı əyalətlər

  1. Kaledon

  2. Hersin

  3. Mezozoy

  4. Alp qmşıqlanna aid neftli-qazlı əyalətlər

Təsdiq olunmuş dünya neft ehtiyatı 157,569 ınlrd. ton (991 mlrd, barel; (1992-ci ilə). Ölkələr üzrə bu ehtiyat aşağıdakı kimi bölüşdürülmüşdür:

  1. Səudiyyə Ərəbistanı 2ö,0 %- 257,66 mlrd barel

  2. İrak - 10%- 99,1 mlrd, barel

  3. Küveyt- 9%- 89,19 mlrd, barel

  4. İran - 9%- 89,19 mlrd, barel

  5. OPEK-ın digər ölkələri- 23%- 227,93 mli'd. barel

  6. OESR - 5%- 49,55 mlrd, barel

  7. SNQ vəŞərqi Avropa - 6%- 59,46 mlrd, barel

  8. Digər ölkələr 12%- 118,92 mlrd, barel

Dünya enerji balansında (1992-ci il üçün) neft 40%, qaz 21%, daş kömür isə 27% təşkil edirlər.



Yüklə 256,5 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin