Çəmənxanım Bağırova Kimyanın tədrisi üsulunn ümumi məsələləri imtahan tapşırığı cavabı
Müxtəlif elmlərin qovşağında yaranan elmlərarası tədqiqat metodları: Metodoloji təhlilin dördüncü səviyyəsi elmlərarası metodologiyanı, başqa sözlə, müxtəlif elm sahələrinin qovşağında yaranan elmlərdə tətbiq olunan tədqiqat metodlarını, prinsiplərini izah edir. Müasir elmin müxtəlif sahələrində (kimya, fizika, biologiya, geologiya və b.) elmi biliyin uzun müddətli diferensiyası nəticəsində tam bir sıra yeni elmi biliklər yaranmışdır. Elmin inkişafının müasir mərhələsində elmi fənlər elmi biliyin təşkilinin əsasını formalaşdırır. Problem elmlərlə yanaşı elmi fənlərdə elmi biliyin dərinləşməsinin və ixtisaslaşmasının, əhatə dairəsinin genişlənməsinin, zəngin material toplanmasının labüd nəticəsi olub, öz növbəsində daha yeni elmlərin yaranmasına elmdə yeni ideya və nəzəriyyənin formalaşmasına səbəb olur.