Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə107/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   103   104   105   106   107   108   109   110   ...   263
Orta srlr tarixi S D Skazkin

Dövlət idarəçili

Kral torpaqlarının genişlənməsi ilə kral hakimiyyəti qarşısında yeni mühüm vəzifə-böyük bir ərazinin idarə olunmasının təşkili vəzifəsi dururdu. II Filippdən başlayaraq kralların keçirdikləri islahatlar mərkəzi aparatın – Kral şurasının yaradılmasına, həmçinin yerli idarəçiliyin təşkilinə gətirib çıxarırdı. Bunun üçün fransız kralları özlərini öz mülklərində qeyri məhdud ağalar hesab edən iri feodalların müqavimətini aradan qaldırmalı oldular. Kralların əsgi zamanlardan bəri hərdənbir çağırdıqları ən iri kral vassalları şurası ilə yanaşı, indi, əlahiddə Kral şurası yarandı. Bu kral yanında fəaliyyət göstərən daimi təsisat idi. Kral şurası kral üçün əlverişli feodallardan və legistlərdən ( qanunçulardan ) – qanun, maliyyə və inzibati iş bilicilərindən təşkil olunurdu .Həmin qanunçular qismən şəhərlilər, qismən də xırda orta cəngavərlər və ruhanilər içərisindən çıxırdılar. Kral torpaqları indi ayrı-ayrı mahallara bölünmüşdü. Həmin mahallara prevolar başçılıq edirdilər . Prevolar əvvəllər kral mülklərinin idarəçiləri idilər. Mahallar birləşərək daha iri vahidlər əmələ gətirirdilər ki, bunlarda balyajlar adlanırdılar. Balyajlara kral məmurları olan balyilər başçılıq edirdilər. II Filippin zamanında kral mülklərinə birləşdirlmiş torpaqları xüsusi kral məmurları- seneşallar idarə edirdilər. Kral, bir qayda olaraq, seneşalları, öz tərəfinə çəkmək məqsədilə, onları yerli iri feodallar içərisindən təyin edirdi. Kral məmurları ancaq onlara tapşırılmış mahhalları idarə etməklə məşğul olmurdular. Onlar müstəqilliyini saxlamış feodalların işlərinə qarışır, bütün vassallarının krala hərbi xidmət göstərməsinə nəzarət edir, kralın öz himayəsinə götürdüyü şəhərlərin hüquqlarını müdafiə edirdilər .




Albiqoy müharibələri.

XIII əsrin əvvəllərinə qədər cənub vilayətləri, demək olar, ölkənin şimalından ayrı yaşayırdılar. Sonra onların kral torpaqlarına birləşdirilməsinə başlanıldı. Cənubi Fransa şəhərlərinin tərəqqi etmiş iqtisadi vəziyyəti və onların siyasi müstəqilliyi bu şəhərlərdə ictimai ziddiyyətlərin qüvvətlənməsinə və kəskin məfkurə mübarizəsinə səbəb oldu. Bu özünü cənub vilayətlərində valdenslər və katarların təriqətçi təlimlərinin yayılmasında biruzə verdi. Bu təlimlər antifeodal istiqamətə malik idilər. XII əsrin ortalarındaonları ümumi adla– “albiqoyçular” (təriqətin baş mərkəzi olan Albi şəhərinin adı ilə) adlandırmağa başladılar. Albiqoyçular bu dünyanı və katolik kilsəsinin özünü şeytan əməli hesab edirdilər; əsas kilsə ehkamlarını rədd edirdilər; kilsə iyerarxiyası, kilsə torpaq sahibliyi və desyatinin ləğv olunmasını tələb edirdilər.


Dini örtük altında şəhərlərin daha da inkişaf etməsinə mane olan feodallara qarşı, ilk növbədə, katolik kilsəsinə qarşı mübarizə başlanmışdı. Albiqoyçuların əsas kütləsi şəhərlilər idilər. Lakin onlara xüsusilə hərəkatın əvvəlində, kilsənin torpaq sərvətinə göz dikən cəngavərlər və əyanlar da qoşulmuşdular. Tuluza qrafı Raymond da albiqoyçuluğa meyl edirdi.Kilsə hələ XII əsrin 70-ci illərində təriqətin qarşısını almağa cəhd göstərdi. Lakin bu uğursuzluqla nəticələndi. Onun təsiri Şimali Fransada, habelə başqa Qərbi Avropa ölkələrində də hiss olunmağa başladı. 1209-cu ildə papa II İnnokenti albiqoyçulara qarşı Şimali Fransa yepiskopları və onların vassallarının papa nümayəndəsinin başçılığı altında “xaç yürüşü” nü təşkil edə bildi. Varlı cənub şəhərlərinin hesabına varlanmaq niyyətinə düşən Şimali Fransa cəngavərləri yürüşdə həvəslə iştirak etdilər.

Onlardan biri–baron Simon de Monfor yürüşün hərbi başçısı oldu. Mərdliklə müqavimət göstərmələrinə baxmayaraq bir çox cənub şəhərləri (Bezye, Karkasson və b.) alındı və qarət olundu. Onların əhalisi isə qılıncdan keçirildi. Mure yaxınlığındakı vuruşmada (1213) xaçlılar həlledici qələbə qazandılar. Tuluzalı Raymond yalnız Tuluza, Nim, Boker, və Ajanı öz əlində saxlaya bildi; başqa şəhərlərdə isə Monfor hökmranlıq edirdi . O həlak olduqdan sonra (1218) Cənubu tabe etmək uğrunda müharibə yə Fransa kralı VIII Lüdoviqin özü qarışdı. 1224-cü və 1226-cı illərin uğurlu yürüşləri nəticəsində o, Tuluza qraflığını və Aralıq dənizi sahili boyu torpaqların bir hissəsini (1229) kral mülklərinə birləşdirdi. Cənub-qərb qraflıqları müstəqilliklərini saxladılar. Akvitaniya isə Plantagentlərin əlində qaldı.


Albiqoy müharibələrindən sonra cənub şəhərləri nisbətən tez özlərinə gəldilər.Lakin onlar üçün artıq qüvvətlənmiş rəqibləri ilə - İtaliya şəhər respublikaları və Kataloniya şəhərləri ilə dəniz ticarətində rəqabət aparmaq çətin idi.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin