Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə108/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   104   105   106   107   108   109   110   111   ...   263
Orta srlr tarixi S D Skazkin

Fransa dövləti XIII əsrdə

XII əsr ərzində, xüsusuilə IX Lüdoviqin (1226-1270) krallıq illərində, kral hakimiyyətinin güclənməsi bir sıra mühüm islahatlarla təsbit olundu. İslahat nəticəsində kral torpaqlarında məhkəmə duelləri-təkbətək vuruşmaları (yəni məhkəmə iddiasını tərəflər arasında təkbətək vuruşma ilə həll etmək) qadağan olundu; bu üsuldan senyor məhkəmələrində geniş istifadə olunurdu. İslahata əsasən iddiaçılara işlərini kral məhkəməsinə keçirmək imkanı verilirdi. Hər hansı feodal məhkəməsinin qərarından kral məhkəməsinə şikayət verilə bilərdi. Beləliklə, kral məhkəməsi bütün krallığın ərazisində məhkəmə işləri üzrə ali mərhələyə çevrilirdi. Bütöv bir sıra ən mühüm cinayət işlərinə baxılması feodal məhkəmələrinin ixtiyarından alındı. Həmin işlərə ancaq kral məhkəmələrində baxıla bilərdi.


Mərkəzi idarəçilik daha da inkişaf edirdi. Kral şürasından əlahiddə məhkəmə palatası ayrıldı. Bu palata “ parlament” adlandı. Mərkəzi orqanlarla yerli hakimiyyət orqanları arasında əlaqə yaratmaq məqsədilə kral müfəttişləri təyin olundular. Onlar yerli inzibati rəhbərliyin fəaliyyətinə nəzarət edir və bütün sui-istifadə halları barədə krala xəbər verirdilər. IX Lüdoviq kral torpaqlarında feodallar arasında müharibəni qadağan etdi; hələlik kral mülklərinə qatılmamış torpaqlarda isə “ kralın 40 günü” deyilən adəti qanunlaşdırdı. Həmin adətə görə hərbə dəvət olunmuş feodal 40 gün ərzində krala şikayət edə bilərdi. Bu feodal çəkişmələrini zəiflədirdi.


Kral torpaqlarında vahid sikkə sistemi tətbiq olundu. Ölkənin hər yerində yerli sikkələrlə yanaşı kral sikkəsi də qəbul olunmalı idi. Bu Fransanın iqtisadi cəhətdən birləşməsinə kömək etdi. Kral sikkəsi, tədriclə, yerli sikkələri tədavüldən sıxışdırmağa başladı. Tacirlər kral sikkəsini üstün tutur, hətta, ticarət zamanı məhz həmin sikkəni tələb edirdilər.

Xarici siyasət sahəsində IX Lüdoviq Fransanın Aralıq dənizi hövzəsində mövqeyini möhkəmləndirməyə cəhd göstərdi. O öz qardaşı Anjulu Karla Cənubi İtaliya və Sicilyaya yiyələnməkdə kömək etdi; Misirdə və Tunisdə möhkəmləndirməyə cəhd göstərdi ( Yeddinci və Səkkizinci xaç yürüşləri ). Lakin bu cəhd uğursuz oldu.


Beləliklə, XI-XII əsrlərdə Fransada feodal dövlətinin inkişafı bir sıra mərhələrdən keçdi. Feodal pərakəndəliyi, əvvəlcə, şəhərin inkişafı və vilayəyətlər arasında iqtisadi əlaqələrin güclənməsi əsasında ölkənin şimal hissəsində aradan qaldırıldı. İri ticarət-sənətkarlıq mərkəzinə və siyasi mərkəzə çevrilən Paris Fransanın paytaxtı oldu. Lakin Plantagentlərdə mübarizə dövlətin mərkəzləşmə prosesini mürəkkəbləşdirir və ləngidirdi. Cənub vilayətlərinin bir hissəsi Kapetinqlərin mülklərinə sonralar, ölkənin şimal hissəsi, artıq, Paris və kral hakimiyyəti ətrafında kifayət qədər mökəm birləşdikdən sonra qatıldı.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin