Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə111/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   107   108   109   110   111   112   113   114   ...   263
Orta srlr tarixi S D Skazkin

Papalıqla mübarizə

IV Filipp kilsə torpaqlarında da vergilər qoymağa başladı. Bu papa VII Bonifasinin kəskin etirazını səbəb oldu. 1296 – cı ildə kralla papa arasında açıq münaqişə qalxdı . Papa dünyəvi hakimlərə , onları kilsədən qovmaqla hədələyərək, kilsə üzərinə öz başına vergi oymağı xüsusi fərmanla ( bulla ilə ) qadağan etdi . Ruhanilərə isə Romanın icazəsi olmadan hər habsı vergi vermək qadağan olundu . Filipp buna cavab olaraq Fransadan xaricə qızıl və gümüş aparılmasını qadağan etdi ki , bu da papanın maliyyə vəziyyətinə zərbə demək idi ; çünki papa, artıq, Fransa rühanilərindən pul ala bilmədi .Çox çəkmədən daha geniş əhəmiyyət aldı. Belə ki, VIII Bonifasi dini hakimiyyətinin dünyəvi hakimiyyətdən üstün olması iddiaları ilə çıxış etdi. VII Qriqori kimi , oda təsdiq edirdi ki, papalar krallar və imperatorlar üzərində hakim kəsilmişlər. Lakin bu dövrdə Fransada kral hakimiyyəti artıq papa iddialarına qarşı mübarizəyə davam gətirmək və dünyəvi dövlətin müstəqilliyini qoruyub saxlaya bilmək üçün kifayət qədər möhkəmlənmişdi. İctimai rəyə təsir göstərmək məqsədi ilə kral nümayəndələri papaya qarşı məharətli kampaniya təşkil etdilər. Papa əleyhinə geniş publisistika meydan gəldi. IV Filipp özünə geniş arxa qazanmaq məqsədilə 1302-ci ildə Baş ştatlar çağırdı. Baş ştatlarda 3 silk (ştat)-ruhanilər, zadəganlar və şəhərlilər təmsil olundular. Zadəganlar və şəhərlilər bütün məsələlərdə kralı müdafiə etdilər; ruhanilər papanın iddiaları ilə əlaqədar olaraq qeyri-müəyyən mövqe tutdular. VIII Bonifasi Fransaya öz nümayəndəsini göndərdi. Bu nümayəndə , papanın tapşırığın əsasən, IV Filipp papanın tələblərinə tabe olmayacağı halda onun kilsədən xaric olunduğunu elan etməli idi. Lakin papanın nümayəndəsi həbs olundu. Öz növbəsində IV Filipp də papnın devrilməsinə nail olmaq qərarına gəldi və bu məqsədlə İtaliyaya cəsuslar göndərdi. Onlar pul töküb papanın bir çox nüfuzlu düşmənlərini öz tərflərinə çəkdilər. Qəsdçilər papa sarayına ( kiçik Ananyi şəhrəciyində) soxuldular və olmazın şəkildə təhqir etdilər. Bu sarsıntıdan sınmış VIII Bonifasi çox keçmədən öldü.


1305-ci ildə IV Filippin təzyiqi ilə Fransız ruhanisi V Kliment adı ilə papa seçildi. 1309-cu ildə o öz sarayına Rona sahilindəki Avinyon şəhərinə köçürdü. Papalar 1378-ci ilədək burda qaldılar( papaların Avinyon əsarəti illəri deyilən dövr). Avinyon kral torpaqlarına daxil olmasada papalar, faktiki olaraq, fransız krallarından asılı hala düşdülər. Bundan istifadə edən IV Filipp əvvəllər papalığın xüsusi himayə altında saxladığı ,əslənçiliklə məşğul olan çox varlı ruhani- cəngavər cəmiyyətini ( ordenini) ləğv edə bildi və onun xəzinəsini müsadirə etdi. Kral hakimiyyəti papalıq üzərində həll edici qələbə qazandı; papalığın Avropada siyasi və beynəlxalq rolu çox sarsıldı.





Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin