Partizan müharibəsi.
Fransanın son nəticədə qələbə çalmasını təmin edən mühüm amil xalqın müqaviməti oldu. İşğal olunmuş ərazidə yaşayan əhalinin partizan müharibəsi az qala ingilislərin müdaxiləsi ilə bir zamanda (1415) başlanmışdı və getdikcə daha çox alovlanmaqda idi. Yerli əhalinin köməyi və yardımına (hərçənd bunun üçün amansız edamlar qorxusu vardı) arxalanan ələkeçməz partizan dəstələri ingilis ağalığını sarsıdırdı. İngilislər, artıq , çoxlu və yaxşı silahlanmış dəstələr, halında birləşmədən irəliləməyə cəsarət göstərmirdilər. Bəzən onlar öz qalalarını tərk etməyə də ürək eləmirdilər. İngilislərin zəbt etdikləri şəhərlərin bir çoxu kralla gizli əlaqə saxlayırdı. Parisdə və Ruanda qəsdlərin üstü açılmışdı. İngilislər cənuba doğru daha da irəliləmək üçün çıxış yolu tapmağa cəhd edirdilər. Bu məqsədlə də Orlean mühasirə olundu. Bu şəhər ingilis ərazisinə bilavasitə bitişik idi. 1428-ci ildə İngiltərədən gələnlərdən və Normandiya qarnizonlarından toplanmış dəstələrdən ibarət kiçik bir ordu Orlean ətrafına gəldi və şəhər ətrafında mühasirə istehkamları qurmağa başladı .
Bu barədə xəbər fransızları dəhşətə saldı. O zaman üçün birinci dərəcəli qala olan bu şəhəri alıb Luaranı keçdikdən sonra ingilislər cənuba doğru gedən yolda yaxşı möhkəmləndirilmiş şəhərlərə rast gəlməyəcəkdilər.
Əgər cənub- qərbdən onlarla birləşmək üçün Bordodan daha bir ingilis qoşunu da hərəkətə gəlsəydi, onda iki tərəfdən məhkənəyə salınan kral qoşunları ümidsiz vəziyyətə düşərdi. Fransa üçün son dərəcə ağır və təhlükəli olan bu dövrdə yadelli qəsbkarlar qarşı mübarizəyə Janna Dark başçılıq etdi. O , mühari-bənin gedişində həlledici dönüş yarada bildi.
Janna Dark
Janna Dark 1412-ci ildə Fransanın Lotaringiya ilə sərhədində Lompermi adlı kiçicik bir yerdə doğulmuşdu. Müharibə 1428-ci ildə bu ucqara dagəlib çatmışdı. Bütün fransız vətənpərvərləri kimi Janna da qızğın surətdə sevdiyi vətəninə üz verən bu münasibəti görüb əzab çəkirdi. Tədriclə onda belə bir inam yaranmağa başladı ki , o, VII Karlın yanına gedib ingilisləri Fransadan qovmaq üçün yaradılmış orduya başçılıq etməlidir. Ona elə gəlirdi ki, övliyaların səsini eşidir, onlar Jannaya öz köməklərini vəd edirlər. Orleanın mühasirəsinin başlanması xəbəri Jannanı axırıncı addımı atmaq qərarına gəlməyə məcbur etdi. O, lap yaxınlıqda olan kiçik Böyüklər şəhərinə gədi və onun sakinlərini, qəsrin komendantını inandıra bildi ki, Fransanı xilas edəcəkdir. Ona at, silah, kişi paltarı və müşayiətçilər verdilər. O, ingilislər və burqundların tutduqları vilayətlərdən keçib Şinona, VII Karlın yanına gəldi. Ətraf yerlərdə və Orleanın özündə xalqın , artıq, Janna haqqında məlumatı vardı və ona inanırdılar. Çıxılmaz vəziyyət də qalan kral Jannanı əhatə edib öz sərkərdələri ilə orduya başçı qoydu. Onların rəh-bərliyi altında Janna tezliklə həmin dövrün taktikasını mənimsədi. Təbii ağlı və müşahidə qabiliyyəti isə ona vəziyyətdən baş çıxarmaq və düzgün qərar qəbul etməkdə kömək edirdi. Janna sıravi döyüşçülərə qeyri-adi münasibət bəsləyirdi. Sərkərdələr onlara ancaq əsgər kimi baxırdılar. Janna isə onların hər biri, hər şeydən əvvəl, vətənin müqəddəratını əziz tutan həmvətən idi. O, əqidəsindən ruhlanaraq fövqəladə igidlik və ruh yüksəkliyi nümayiş etdirir,ətrafındakıları da ruhlandırdı. O, ən təhlükəli yerlərdə hamıdan qabaqda olur, hamını valeh edirdi.
Aprelin sonunda Janna ordu ilə Orleana gəldi . Şəhər ətrafındakı ingilis istehkamları bir-birindən xeyli aralı idilər . Çünki ordu şəhəri üzük qaşı kimi mühasirəyə almaq üçün kifayət qədər böyük deyildi . Dörd gün ərzində fransızlar bütün bu istemkamları – bir-bir ələ keçirdilər. Mayın 8-də (bu gün Orleanda indi də bayram edilir ) isə ingilislər qalanın mühasi-rəsindən əl çəkdilər . Orleanı itirmək nə qədər böyük təhlükə idisə , Orlean yaxınlığındakı qə-ləbə də bir o qədər böyük əhəmiyyətə malik idi . Bundan başqa , həmin qələbə bir çox məğlubiyyətlərdən və uzun illər davam etmiş milli həqarətdən sonra birinci böyük qələbə idi . Bütün ölkəni sevinc dalğası bürüdü . Jannanın şöhrəti isə ən ucqar guşələrdə belə yayıldı .
Orlean azad olunduqdan sonra Janna VII Karlla birlikdə Reymsə getdi . Burada VII Karlın təntənəli tac qoyma mərasimi oldu . VII Karlın vəziyyəti ingilislərdən asılı olmayan fransız dövlətinin kralı kimi təkcə xalqın özündə deyil , həm də Avropanın başqa ölkələrinin hökmdarları və əhalisinin nəzərində də qanunlaşdı .
Jannanın şan və şöhrəti müstəsna dərəcədə artırdı . Xalq , şəhərlər , ordu Jannanın timsalında yalnız vətənin xilaskarını deyil , həm də öz rəhbərini görürüdü . Son dərəcə müxtəlif məsələlərdə onun rəyini soruşurdular . Jannanın qeyri-adi şöhrəti təkcə kral müşavirlərini deyil, kralın özünü də kölgədə qoymuşdu . Karlın və onun yaxın adamlarının Jannadan soyumasının
səbəbi də bu idi. Reymsə yürüş , tacqoyma və Şampanın zəbt olunması kralın vəziyyətini kəskin surətdə yaxşılaşdırdı. Lakin Jannanın Parisi hücumla almaq cəhdi uğursuzluqla sona yetdi . Parisdə böyük bir ingilis qarnizonu vardı . Nəhəng bir şəhəri zorla almaq çətin idi.
1430-cu ilin mayında Kompyen yaxınlığında burqundlarla toqquşmada Janna əsir alındı. O , bura burqundlar tərəfindən mühasirəyə alınmış şəhərə kömək üçün gəlmişdi . Burqundiya hersoqu öz əsirini ingilislərə 10 min qızıla satdı .1430-cu ilin sonunda Jannanı Ruana – ingilis mülklərinin mərkəzinə gətirib inkivizisiya məhkəməsinə verdilər . Fransızların hərbi müvəffəqiyyətlərinin əhəmiyyətini azaltmaq üçün ingilislərdən ötrü Jannanı mühakimə etmək lazım idi . Yepiskop Koşon başda olmaqla rühanilər öz sevimli üsullarına əl atdılar – onu cadugərlikdə ittiham etdilər . Janna özünü mərdliklə müdafiə edirdi . Lakin inkvizisiyaçılar onu məhv etmək üçün bütü n vasitələri işə saldılar . Janna ölümə məhkum edildi və 1431-ci ilin mayında tonqalda həlak oldu . Jannanın o cür kömək göstərdiyi VII Karl onu xilas etmək üçün heç nə etmədi .Janna Darkın siyasət meydanından getməsi kral və saray gürühü üçün sərfəli idi. Yalnız əsrin dörddə biri qədər vaxt keçdikdən sonra VII Karl məhkəmə prosesinə yenidən baxılması barədə əmr verdi və Fransa qəhramanının ona qarşı irəli sürülmüş ittiham-larda müqəssir olmadığı təsdiq edildi.
İngilislər və onların əlaltılarının niyyətlərinin əksinə olaraq Janna Darkın edam olunması onları xilas etmədi. Burqundiya hersoqu 1435-ci ildə VII Karlla ittifaq bağladı . Sonra ingilis-lər Paris , Ruan , Normandiya , Bordonu itirdilər , özü də bu dəfəlik həmişəlik itirdilər ; onlar-ın əlində ancaq Kale qaldı.
Fransız xalqına saysız – hesabsız qurbanlar hesabına başa gələn müharibə 1453- cü ildə qurtardı . Xalq bu qurbanlar bahasına öz vətənin müstəqilliyini xilas etdi . Fransanın dövlət müstəqilliyi tamamilə bərpa olundu ; ingilis krallarının Fransa taxtına və fransız torpaqlarına olan iddiaları aradan qaldırıldı. Müharibənin yarımçıq qoyduğu mərkəzləşmiş dövlət yaradıl-ması prosesi yenidən davam etdi.
Dostları ilə paylaş: |