Yüzillik müharibənin yenidən başlanması
1415-ci ildə ingilislərin Fransaya yeni müdaxiləsi başlandı. İngilis kralı V Henrix qoşunla Senanın ağzına çıxdı və Pikardiyadan keçib Kaleyə yönəldi. 1415-ci ildə Azenkür yaxınlığındakı döyüşdə armanyakların ordusu darmadağın edildi. Bir çox fransız feodalları əsir alındılar və ya öldürüldülər ; Orlean hersoqu da əsir düşdü. Sonra ingilislər Normandiya və Meni ələ keçirdilər. Fransa 1356-cı il-də olduğu kimi , yenə də ordusuz və pulsuz qaldı. XIV əsr ilə müqayisədə vəziyyət, hətta daha pis idi. Belə ki, ara müharibələri ölkəni nəinki dəhşətli surətdə var – yoxdan çıxarmışdı, həm də onun ərazisinin parçalanması ilə də nəticələnmişdi. Burqundiya hersoqu təkçə öz hersoqluğuna deyil, həm də demək olar, Fransanın bütün şərq və bəzi şimal torpaqlarında ( Pikardiya) da müstəqil hakimə çevrilmişdi. O həmçinin o zaman Qərbi Avropanın ən zəngin vilayətlərinə - Niderlanda (Flandriya, Brabant və indiki Belçikanın, Hollandiyanın ərazisindəki başqa torpaqlar belə adlanmağa başlanmışdı ) və Lüksemburq da yiyəlik edirdi. O özünün krala nisbətdə müstəqil vəziyyətini qoruyub saxlamaq üçün ingilislərlə ittifaqa girdi.
Burqundlar Fransa əhalisi üçün , əvvəlcə şimalda , sonra isə hər yerdə , ingilislər kimi düşmə-nə çevrildilər.
Hərbi müvəffəqiyyətlər nəticəsində ingilislər Fransaya son dərəcə ağır sülh şərtləri (1420-ci il Trua müqaviləsi ) qəbul etdirdilər . Bu sülhə görə Fransa müstəqilliyini itirdi və birləşmiş İngiltərə - Fransa krallığının bir hissəsinə çevrildi.
VI Karlın sağlığında Fransanın hökmdarı ingilis kralı V Henrix olmalı , sonra isə taxt-tac ingilis kralının və fransız şahzadənin (VI Karlın qızının ) oğlu – gələcək VI Henrixə verilməli idi. Dofin Karl ( VI Karlın oğlu ) varislikdən kənar edildi. Lakin ölüm V Henrixi 1422-ci ildə - qüvvələrinin tam tərəqqi çağında haqladı ; üstündən bir neçə ay keçmiş VI Karl da öldü. Dofin Karl müqavilənin şərtlərinə məhəl qoy-madan özünü VII Karl ( 1422- 1461 ) adı ilə Fransa kralı elan etdi. İngilislər və Burqundiya hersoqu onaylıq VI Henrixi İngiltərə və Fransa kralı kimi tanıdılar. Krallığın onun əvəzində əmisi hersoq Bedford idarə etməyə başladı..
Fransanın şimalını ingilislər tutmuşdular ; şərqdə onlrın mülkləri sıx şəkildə Burqundiya hersoqunun mülklərinə qovuşurdu. Breton hersoqu da ingilislərin müttəfiqi idi. VII Karlın torpaqları ancaq ölkənin mərkəz hissəsindəki , cənubdakı ( Langedok ) və cənub-şərqindəki ( Dofine ) əyalətlərindən ibarət idi. Bretonla cənub-qərbdəki ingilis mülklərinin arasında sıxılıb qalan və Biskay sahili boyunca yerləşən Auatu vilayəti də krala məxsus idi . Kral torpaqları böyüklüyünə görə ingilislərin tutduqları ərazidən az deyildi. Kralın çoxlu iri şəhərləri vardı ki, bunlarda müharibə də ona pul və adamla misilsiz kömək göstərmişdilər. Lakin kralın torpaqları, bütövlükdə onun düşmənlərinin mülklərinə nisbətən daha az yığcam, daha az əhalili və daha az məhsuldar idi. Lakin Fransanın bir müstəqil milli dövlət kimi ölüm, ya olum məsələsinin həll olunduğu bu cür uzunsürən müharibədə təkcə ərazinin deyil, başqa amillərin də əhəmiyyəti vardı ki, bu amillər də sonrakı hadisələrdə az rol oynamadılar.
Bunlardan sonra ingilislərin istisna olunmuş ərazilərdə yürütdükləri siyasət idi. V Henrix işğal olunmuş əraziyə öz mülkiyyəti kimi baxırdı. O, dərhal həmin ərazini ingilis cəngavərləri və baronlarına paylamağa başladı. Normandiyadakı bəzi limanlara isə an-caq ingilisləri məskunlaşdırdı. Fransızlar üçün doğma yerlərə qayıtmaqdan ötrü ancaq birr yol-qələbəyədək mübarizə aparmaq yolu qalırdı .
Işğal olunmuş ərazinin kəndliləri fövqəladə dərəcədə ağır vəziyyətə düşdülər. Yeni senyorlar bütün feodal vergilərini məcburi surətdə qoparıb alırdılar. Yeni hakimiyyət or-qanları təzminat və vergilər tələb edirdilər. Hərbi əməliyyatlar kənd təsərrüfatını çox if-lasa uğratmışdı. Ən kiçik itaətsizlik çox dərəcədə quduzcasına cəza ilə qarşılanırdı. Bütün bunlar kəndlilərdə ingilislərə qarşı sonsuz nifrət oyadırdı .
İngilis strategiyası sıx sərhəd qalaları xəttinə arxalanıb müntəzəm surətdə irəliləməkdən ibarət idi. Bu xətt isə tədriclə cənuba doğru çəkilirdi. Lakin partizanların fəaliyyəti (xəritəyə bax) üzündən döyüş xətindən çox arxada olan qalalar da qarnizonlar saxlamaq lazım gəlirdi. Nəticədə bütün mülkləri qalalarla örtülmüşdü. Bu da onların hərbi qüvvələrinin xeyli səpələnməsinə səbəb olur, ingilisləri zəiflədirdi. Həmin qalaların qarnizonları ətraf yerlərin əhalisini qarət edirdilər.Çünki bu cür yolla əldə olunan qənimətə əsgərlərin və kapitanların məvacibinə qanuni əlavə kimi baxılırdı.
Dostları ilə paylaş: |