Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsi Orta Əsrlər Tarixi



Yüklə 3,06 Mb.
səhifə116/263
tarix07.01.2024
ölçüsü3,06 Mb.
#208417
1   ...   112   113   114   115   116   117   118   119   ...   263
Orta srlr tarixi S D Skazkin

Xalq üsyanları.

Langedok şəhərlərində başlanmış üsyanların dalğası 1379-1384-cü illərdə bütün ölkəni bürüdü. 1379-cu illərin sonlarında yeni fövqəladə vergi qoyulduğu elan olunan kimi Monpelyedə üsyan qalxdı. Sə-nətkarlar və yoxsullar zorla bələdiyyə idarəsinin binasına daxil oldular və kral maliyyə məmurlarını öldürdülər. Sonra isə öz qəzəblərini tacirlərə və zadəganlara qarşı çevirərək onları qarət edib qırdılar. Ale, Nim Klermon şəhərlərində də bu cür üsullar qalxdı. Hökümət güzəştə getməyə və vergiləri azaltmağa məcbur oldu.


1382-ci ilin əvvəlində hökümət yenidən keçmiş vergi siyasətinə qayıtmaq istədikdə şimal şəhərlərində üsyanlar başladı. Fevralda Ruanda xırda sənətkarlar , usta köməkçiləri və sexdənkənar yoxsullar üsyan etdilər. Şəhər şurası üzvlərinin bir qismi qaçdı. Üsyançılar bütün vergilərin ləğv olunduğunu elan etdilər və bir neçə gün şəhəri əldə saxladılar. Bu cür üsyanlar Amyen , Sen-Kanten , Lan , Suasson , Reyms və Orleanda baş verdi.


Ruan hadisələri ilə eyni zamanda və elə həmin səbəbə görə Parisdə də üsyan qalxdı. Xırda sənətkarlar və tacirlər şəhər yoxsulları ilə birlikdə silaha sarıldılar, dəstələr düzəltdilər, küçələri zəncirlə bağladılar, şəhər darvazası ağzında keşikçi qoydular. Üsyançılar baş vergiyığanı öldürdülər və bələdiyyə binasında ədöyüş gürzlərini (maillets- üsyançılara verilən maillotins, yəni mayotenlər adı da buradandır ki, bu da “gürzlü adamlar ”mənasındadır) , başqa hərbi ləvazimatı ələ keçirib vergiyığanları , şəhər şurası üzvlərini , varlı tacirləri vqrə ustaları, habelə zadəganları qarət etməyə və qırmağa başladılar. Hökümət yeni vergiləri ləğv etməyə və üsyançıları bağışlamağa məcbur oldu , sonra isə onların başçılarına divan tutdu.


Xarakter haldır ki, bütün bu üsyanlar hökümət vergilərinə qarşı çıxışla başlanır , sonra isə dərhal şəhər hakimiyyət orqanlarına, şəhər əhalisinin yuxarı təbəqələrinə və zadəganlara qarşı zorakılıq hərəkətləri ilə nəticələnirdi.80-ci illərin şəhər üsyanları amansızlıqla yatırıldı. Şəhərlər cəza tədbirləri və böyük cərimələrin çoxluğundan zərər çəkir , özlərininbir çox hüquq və imtiyazlarını itirirdilər . Şəhərlilərin ardınca kəndlilər yenidən hərəkətə gəldilər . Şimalda-əvvəllər Jaklar üsyanının baş verdiyi rayonlarda tək-tək , dağınıq çıxışlar oldu . Lakin başlıca hadisələr Langedok və Overn , Puatu , Dofinedə oldu . Burada , Jaklar üsyanından daha böyük


ərazini əhatə edən və iki ildən çox sürən (1382-ci ilin yazından 1384-cü ilin yayına qədər, yay da daxil olmaqla) əsl kəndli müharibəsi başlandı . Kəndlilərə bir çox şəhər sənətkarları da qoşuldular. Üsyançı kəndlilər tüşenlər adlanırdılar (tauche – meşəcik, yəni “meşədə gizlənənlər” deməkdir . Lakin ola bilər ki , burda elə həmin dövrdəcə üsyan etmiş Savoyya kəndlilərinin – tukinlərin adı ilə də bir bənzəyiş vardır). Müharibə yeni ağır verginin toplanılmasına qarşı qəti etirazla başlandı . Lakin tezliklə tuşenlər özlərini zadəganların, ruhanilərin , tacirlərin , “cadar-cadar və döyənəkli əlləri olmayanların hamısının” düşməni elan etdilər . Nim yaxınlığında açıq vuruşmada onlar da , jaklar kimi məbluğ edildilər. Lakin tuşenlər xırda dəstələrlə hərəkət edərək və pusqudan hücum edə-edə ələkeçməz olaraq qalırdılar. Onlar xeyli qəsr və xırda şəhərciklər ələ keçirməyə müvəffəq olmuşdular . Tuşenlər, hətta iri şəhərlərdə (Boker , Nim , Narbon, Karksson ) də özlərinə sığınacaq və tərafdar tapırdılar.Çünki bu şəhərlərdə də xalq vergilərə qarşı üsyan edirdi ; şəhər varlıları isə yoxsul kütlələrin hərəkatını yatırmaqda , bəzən , aciz qalırdı. 1383-cü ilin birinci yarısında tuşenlər cənubda , faktiki olaraq , üstün idilər. Lakin 1383-cü ilin yayında cəngavər dəstələri onları Seven və Overn dağlarına çəkilməyə məcbur etdilər. 1384-cü ildə kəndlilərin əsas qüvvələri darmadağın edildilər. Lakin onların ayrı-ayrı dəstələri hələ 1390-cı ildə də fəaliyyət göstərməkdə davam edirdilər . Cənub şəhərləri və kənd əhalisinə qarşı amansız cəza tədbirləri başlandı, ağır cərimələr qoyuldu. Lakin hökumət hər halda , yenə də vergiləri aşağı salmalı oldu və XIV əsrin sonu – XV əsrin əvvəlində bir daha onları artırmağa cəsarət göstərmədi .



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   263




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin