Ağlın tənqidiliyi keyfiyyətinə gəldikdə bu insanın öz idrak obyektlərinə tənqidi yanaşmaq bacarığında ifadə olunur. Ağlın tənqidiliyi keyfiyyətinə malik olan adamlar duyub qavradıqları cisim və hadisələr arasındakı yğunsuzluğu asanlıqla görə bilir və bununla əlaqədar olaraq öz fikirlərini əsaslandıra bilirlər.
Ağlın tənqidiliyi onun müstəqilliyi ilə bağlı olub insanın
a) dərk olunan fikirləri, faktları, fərziyyələri, eləcə də fikir və rəyləri ölçüb biçməsində
b) idrak obyektlərindəki səhv və uyğunsuzluqları axtarıb tapmasında
c) bunların səbəblərinin araşdırılmasında ifadə olunur.
Ağlın tənqidiliyinə malik olan insanlar öz fikirlərini dönə-dönə yoxlayır, öz fikirlərinə tənqidi surətdə yanaşırlar.
Ağılın sürətliliyi.
Problemin həlli və düşünmə prosesinin sürətində ifadə edilir. Təcrübədən, toplanmış bilik və bacarıqlardan asılıdır. Sürətli qərar qəbul edərkən insandan düşüncə cəldliyi tələb olunur. Bunun tələsik təfəkkürlə heç bir əlaqəsi yoxdur, qərar “tələsik”, “nədənsə” qəbul edildikdə, insan ağlına gələn ilk düşüncələri yoxlamadan onlara yapışır və problemi həll etmək üçün lazım olan bütün məlumatları nəzərə almır.
Əsas odur ki, özünüzə hədəflər qoyun! Eyni zamanda, onlar maraqlı olmalıdır.
Söz ehtiyatınızı genişləndirin. Kitab oxuyun, xarici dilləri öyrənin. Beləliklə, düşüncələrinizi aydın və düzgün ifadə etməyi öyrənəcəksiniz, bununla da zehninizi inkişaf etdirəcəksiniz.
Parlaq bir palitradan istifadə edərək, gələcəyinizi, arzularınızı və emosional vəziyyətinizi bir kağız üzərində təsvir edə bilərsiniz. Rəsm təxəyyül və təfəkkür inkişaf etdirir.
Tapmacalar, krossvordlar həll edin.
Klassik musiqiyə qulaq asın.
Şeir yazın, mümkünsə şeirlər yazın. Bu proses təkcə yaddaşın deyil, həm də təxəyyülün və yaradıcılığın inkişafına kömək edir.
Yemək bişirməklə məşğul olun. Reseptdən ayrılın, təxəyyülünüzü və yaradıcılığınızı istifadə edin.