Kalleqrafik cəhətdən düzgün yazını təmin edən şərtlər: Müəllimin şəxsi nümunəsi xəttin keyfiyyəti uğrunda mübarizənin ən yaxşı vasitəsidir. Axı yazı təlimi bir çox cəhətdən yamsılama aktı hesab olunur. Müəllim I sinifdə yazı taxtasında və ya dəftərdə nə yazırsa , şagirdlər eynilə dəftərlərinə onu köçürürlər. Ona görə də müəllimin xətti kalleqrafik cəhətdən düzgün olmalıdır. Müəllimin yazı taxtasında və dəftərdə verdiyi yazı nümunəsi bir-birinə uyğun olmalıdır. Müəllim yazıda sətri axra çatdırmırsa , uşaqlarda sətri axradək yazmır.