Azərbaycan döVLƏt pedaqoji universitetiNİn cəLİlabad fiLİali I mtahantap ş I r I ğ I


Bu proses hərflə düz xətləri müqayisə etməyə



Yüklə 41,16 Kb.
səhifə5/5
tarix02.01.2022
ölçüsü41,16 Kb.
#39561
növüYazı
1   2   3   4   5
Qubadzadə Eminin Hüsnxətdən imtahan tapşırığı

Bu proses hərflə düz xətləri müqayisə etməyə, düzxətlərin köməyi ilə özünə nəzarət prosesini həyata keçirməyə imkan verir.

Beləliklə, uşaqlarda düzgün meyli gözləmək vərdişlərini formalaşdırmaq üçün aşağıdakı qaydalara əməl olunmalıdır:





  1. Dəftəri düzgün qoymaq və yazarkən onu düzgün hərəkət etdirmək;




  1. Qələmi düzgün tutmaq;




  1. Mail yazının necə gözlənilməsi uşaqlara başa salınmalıdır;




  1. Şagirdlərin mail və mail olmayan xətləri gözləmələrini inkişaf etdirmək




  1. Ayrı-ayrı hərflərin meylini düzəltmək üçün xüsusi çalışmaların köməyi ilə özünü yoxlamanı təşkil etmək;




    1. Yazıda rabitəliliyin gözlənilməsi.

Yazının rabitəliliyi hüsnxət təliminin mühüm şərtlərindən biridir. Təlimin əvvəlindən müəllim şagirdlərin əllərini sürətli yazıya hazırlamaqla onlarda rabitəli yazmaq vərdişləri yaradır. Rabitəli yazı anlayışına hər şeydən əvvəl hərflərin elementlərlə deyil, birbaşa yazılmasını tələb edir. Mükəmməl yazı vərdişinə yiyələnmiş adamlar, savadlı yaşlılların əksəriyyəti qələmi dəftərdən ayırmadan beş-altı hərfi birdəfəyə yaza bilirlər. Ona görə də Rabitəli yazmaq vərdişlərini imkan daxilində şagirdlərə erkən aşılamaq lazımdır. Əks halda, bu vərdişi sonralar vermək çox çətin olur, bəzən heç mümkün olmur.

Yazının rabitəliliyi əlifbanın xarakterindən də asılıdır.

Kiril əlifbası rabitəli yazıya daha əlverişli şərait yaradırdı. Latın qrafikində diakrativ işarələrin, nöqtələrin çoxluğu buna lazımınca imkan vermir. Ona görə də sürət aşağı düşür. Sürətli yazmaq vərdişi vaxta qənaət etməyi təmin edir. Sürətli yazmaq yorulmağın qarşısını alır. Sürətli yazı yazmağa alışan ibtidai sinif şagirdi yuxarı siniflərdə sərbəst təhsil almağa, məhdud vaxt içərisində irihəcmli ifadə, inşa yazmağa alışır. Yazının sürətinə dəftərin növü, qələm, hərflərin şriftləri güclü təsir göstərir.

Xətti pis olan, hərflərin konfiqurasiyasını mənimsəməyən, onları asanlıqla bitişdirməyi bacarmayan şagirdlər sürətlə yaza bilməzlər. I sinifdən başlayaraq şagirdlərdə formalaşan ilkin yazı vərdişləri sonrakı siniflərdə inkişaf etdirilir. Şagirdlər get gedə daha sürətlə yazmağa can atırlar.

Məktəblərimizdə vaxtilə elementli yazı tətbiq olunurdu. Məsələn, a hərfini yazmağı öyrətmək üçün oı elementlərinin hər birində üç-dörd sətir yazdırılır, sonra onların bitişdirilməsi üzrə iş gedirdi. Belə yazı vaxtı çox aparır, uşağı yorur və elementləri bitişdirərkən müxtəlif səhvlərə yol verilməsi ilə nəticələnirdi . Ona görə də rabitəli yazı irəli sürüldü. Rabitəli yazı qələmi dəftərdən ayırmadan hərfləri birdəfəyə yazmağı tələb edir.

Müəllim hərfin yazılışına haradan başlayıb harada tamamlanmasını şagirdlərə başa salmalıdır. Lakin A,T,F,X,K,Ş,Ö,Ğ və s. hərflərin rabitəli yazılması mümkün deyil.

Əlifba təlimi dövründə, hərflərin axrına elementlərinin formasından asılı olaraq hərflər arasında bitişmə dörd cür olur: aşağıdan dairələnən düz xətlə ı, sol yarımovalla _ , sağ yarımovalla c, ovalla o .

Yalnız b, o, ö hərflərinin yazılışı sözün əvvəlində və ya axırında gəlməsindən asılı olaraq yeni yazılış forması tələb edir. Həmin hərflər sözün əvvəlində _ , axırında isə b,o,ö formasında yazılır. Bəziləri ğ hərfinin kiçik qövsü əvəzinə hətta ö,ü hərflərinin qısa nöqtəsi əvəzinə kiçik düz xətt çəkirlər. I sinif üçün nəzərdə tutulmuş ikimil seyrək torlu dəftərin yaxşı cəhətləri ilə yanaşı, həm də şagirdləri, müəyyən çərçivə içərisinə salır. Ona görə az vaxt içərisində müəllimin təkcızıq dəftərə keçməsi məsləhət görülür.


Ədəbiyyat

1. Y. Ş. Kərimov “Hüsnxət təliminin metodikası”, Bakı-2004

2. Y. Ş. Kərimov “Ana dilinin tədrisi metodikası”, Bakı-2011

3. N. Cəfərova “İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası, I hissə, Bakı-2016
Yüklə 41,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin