Yazıda maillilik və rabitəlilik prinsipi.
Yazıda meilin gözlənilməsi hüsnxət təliminin ən mühüm tələblərindən biridir. Bu həmdə yazı prosesinin asanlığını, sərbəstliyini təmin edir. Dəftərin formasından bəhs edərkən keçən əsrin ortalarından 1. Sinif üçün dəftərin üç dəfə dəyişdiyini bilirik. Bu gün istifadə olunan dəftərlərdəki 25 millimetrdən bir verilmiş mail xətlərin də ləğv edilməsi məsləhət görülür. Müəllim kalleqrafik qaydaları (dəftərin qoyulması, qələmin tutulması, qolun partanın üstünə qoyulması , yazı zamanı əlin hərəkəti və s. mükəmməl mənimsədərsə, dəftərdə dəqiq nümunə verərsə onları şagirdlərə öyrədərsə mail xətləri saxlamağa ehtiyac qalmır. Az müddətən sonra şagirdlər şüurlu şəkildə yazmağa alışırlar.Yazıda meylin gözlənilməsi ilk növbədə dəftərin necə qoyulmasından asılıdır. Dəftərin tələb olunan qaydada qoyulması yazan əlin sərbəst hərəkət etməsinə əlverişli şərait yaradır. Müəllim yazı işinin uğurlu alınması üçün təlimin ilk günlərindən bunun qayğısına qalmalı, hər gün qaydanı təkrarlamaq və məşq etdirmək üzrə iş aparmalıdır. Yazı zamanı meylin gözlənilməsi bütün ölkələrdə 65 dərəcədir. Dəftər partaya qoyularkən sağ tərəfdə meyil 25 dərəcə olmalıdır. Dəftər belə qoyulduqda əlin sətir boyu hərəkəti asanlıqla və sürətlə yerinə yetrilir. Yazı yazarkən şagirdin əli dirsəyin mərkəzdən hərəkəti dairəsində fəaliyyət göstərir. Dirsək bu zaman hiss olunmayacaq şəkildə tərbənir, sanki elə bil hərəkət etmir. Əl asanlıqla hərəkət etdiyindən uşaqlar yazı zamanı əziyyət çəkmirlər. Dəftərin mail qoyulması yazıda meili təmin edir. Bu, dəftərin (vərəqin) aşağı sol küncünün şagirdin sinəsinin ortasına tuşlanması nəticəsində baş verir. Şagirdin sol əli ilə dəftəri (vərəqi) tədricən yuxarıya və sola tərəf itələməsi də əsas şərtdir. Bununlada yazan əlin hərəkətinə əlverişli şərait yaranır. Müəllim şagirdlərə mail xətt anlayışını vermək üçün mail və mail olmayan xətləri müqayisəli şəkildə yazı taxtasında çəkib başa salmalıdır. Sonra sağa , sola meyilli bir neçə xətt, düzxət , onlardan hansının yazıya uyğun gəldiyini daha doğrusu yazının hansı xətlərin istiqamətində yazmağın düzgün olduğunu xəbər alır.
/ I ||| ||| /// ///
-----------------------------------------------------------------------------------------------
Meylin gözlənilməsində u, ü, y, n, m, h, p kimi iki-üç paralel elementdən ibarət hərflərin yazılması üzrə məşqlər aparmaq çox əhəmiyyətlidir. Başqa hərflərin aralarında isə sadəcə olaraq mail düzxətlərin çəkilməsi faydalıdır. -------------------------------------------------------------------------------------------a----II---r-----II----c------II---ə-----II-----o----II-----k----II-----b-----------
Dostları ilə paylaş: |