Dəqiq və kalleqrafik cəhətdən düzgün xətt yalnız şagirdlərin sinif yazı işlərində deyil , həm də sinifdənxaric görülən (şüar, plakat, ərizə, divar qəzeti və s.) bütün yazılı işlərdə gözlənilməlidir.Yazı aydın, dəqiq orfoqrafik cəhətdən düzgün yazılmalı, dəftəri təmiz və səliqəli olmalıdır.
Hərfin yazılışı sadə və düzgün olmalıdır. Müəllimbuna fikir verməsə şagirdlər şriftləri düzgün yazmır , onu istədiyi formada icra edirlər.
Yazı təlimi sistemli və ardıcıl xarakter daşımalıdır. Müəllim yazı prosesində şagirdləri sürətli yazmağa təhrik etməməli, bu işə onlar sinifdən sinifə keçdikcə ona nail olmaq lazımdır.
Ayrı-ayrı şagirdlərin yazısı fərdi fərqlərə malik ola bilər. Bu fərq meyildə , hərfin iriliyində , elementlərin bitişdirilmə qaydasında özünü göstərir. Müəllim hər bir şagirdin xəttinə fərdi yanaşmalı, onun düzgün və gözəl olmasını tələb etməlidir.
Şagirdlərdə kalleqrafik cəhətdən düzgün yazı vərdişlərinin yaranması üçün nailiyyətlərin müntəzəm hesaba alınması zəruridir.Ona görə də hüsnxətt dərs vəsaiti üzrə, həmçinin yazı taxtasında müəllimin yazdığı mətnin üzündən düzgün köçürülməsinə fikir vermək lazımdır. Rubdə bir dəfə yoxlama imla yazdırmaq faydalıdır.
Kalleqrafik cəhətdən düzgün yazı vərdişləri hüsnxətt məşğələləri ilə yanaşı digər fənlərin tədrisində həmçinin sinifdənxaric işlərdə də şagirdlərə aşılanmalıdır.