Dərsin III mərhələsi: İnformasiya mübadiləsi.Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar. Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün iştrakçılarını bir-birinin təqdimatını fəal dinləməyə sövq edir.
Təqdimat bir növ yeni biliklərin dairəsini cızır və hələlik bu biliklər natamam və xaotik xarakter daşıyır. Məhz bu mərhələdə yeni bir tələbat - həmin bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır.
Tədqiqat üçün ayrılmış vaxt bitdikdən sonra müəllim tapşırığın icrasının başa çatdığını bildirir. Bundan sonra şagirdlər informasiyanın təqdimatına başlayırlar.
Bu mərhələnin əsas məqsədi bütün şagirdləri yeni faktlar və tapıntılarla tanış etməkdir. İnformasıya mübadiləsi yalnız o zaman səmərəli ola bilər ki, sinif fəal dinləməyə və əks-əlaqə yaratmağa köklənmiş olsun.
Daha çox şagirdin fəal iştrakını təmin etmək üçün onlara təqdimatı keçirənlərə sual verməyi təklif etmək olar. Ən yaxşı sualı hansısa şəkildə mükafatlandırmaq olar.
Təqdimatın mühüm tələblərindən biri də əsas faktların və ideyaların lövhədə qeyd edilməsidir. İnformasıyanın ifadə edilməsinin mürəkkəbliyindən asılı olaraq, bunu həm şagirdlər, həm də muəllim edə bilər. Yaxşı olar ki, informasiya sxematik, yığcam formada (sxemlər, cədvəllər, qrafiklar, rəsmlər, siyahılar və s.) qeyd edilsin, Buna görə təqdimatın nəticələrinin qeyd edilmə formalarını müəllim tərəfindən öncədən planlaşdırmalıdır.
Dərsin IV mərhələsi: İnformasiyanın müzakirəsi və təşkili.Bu, ən mürəkkəb mərhələdir və bütün zehni vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir. Müəllim fasilitasiya əsasında (yönəldici, köməkçi suallardan istifadə etməklə) əldə edilmiş faktların məqsədyönlü müzakirəsinə və təşkilinə kömək edir.
İnformasiyanın təşkili bütün faktlar arasında əlaqələrin aşkara çıxarılmasına və onların sistemləşdirilməsinə yönəldilir. Nəticədə mövcud tədqiqat sualına cavabın cizgiləri aydın seçilməyə başlayır.
Dostları ilə paylaş: |