Yanıqlarda ilk yardım
Yanıq yarasının gələcək müalicəsinin nəticəsi yanıq travmasının olduğu yerdə və xəstəxanaya gətirilənə qədər aparılan ilk yardımdan asılıdır.İlk yardım zamanı yanan şəxsi yanğından söndürmək üçün onu yorğana,paltara büküb təcili söndürmək lazımdır.İlk yardım zamanı yanıq sahəsini xarici infeksiyadan qorumaq əsas şərtlərdən biridir.Ona görə tibb işçisi steril,tez və asan qorunan materiallardan istifadə etməlidir.Bu məqsədlə təcili yardım maşınları steril materiallarla dolu bikslərlə təmin olunmalıdırlar.Xəstə yanğından xilas olan kimi dəri altına 2 ml 1 %-li pantopon,promedol,ürək dərmanları,kordiamin,mezaton vurulmalı,oksigen verilməlidir.Yanıq nahiyəsini 5-10 dəqiqə axar su altında yumaq da müsbət nəticə verir.Zərər çəkmişə 0,5 l suda ¼ çay qaşığı Nahidrokarbonat və ¼ çay qaşığı Naxlorid həll edilmiş maye verilməlidir .Həmçinin daxilə 1-2 qram asetilsalisil turşusu və 0,05 qram dimedrol verilməlidir.Xəstə uzaq məsafəyə aparılarsa vena daxilinə şoka qarşı qanı əvəz edən maddələr,yəni poliqlükin,reopoliqlükin vurulmalıdır.
Əgər xəstə ağır vəziyyətdədirsə ona müalicə narkozu kimi azot-1-oksid verilir.
Müalicə təyin edərkən xəstənin ümumi vəziyyəti nəzərə alınmalıdır.Zərər çəkmiş sarğı otağına aparılır,yanıq sahəsi birincili işlənilir,bunun üçün dəri altına 1-2 ml 1 %-li promidol vurulur,yanığın ətraf dərisi spirtlə silinir,sonra 1:5000 nisbətində furasillin və Naxlorun izotonik məhlulu ilə yuyulur.Böyük suluqlar kəsilərək içərisindəki maye xaric edilir,sonra müalicə metodlarından biri seçilir.
Ümumiyyətlə yanıqların müalicəsi açıq,qapalı,qarışıq metodlarla aparılır.
Açıq metod bütün bədənin yanığı zamanı südəmər və körpə uşaqlarda karkas altında aparılır.Yanıq səthinə levomikol,levosin,dermazin və s. Kimi məlhəmlərdən hər gün və ya günaşırı sürtməklə yara tam sağalana kimi tətbiq edilir.
Qapalı metod 5-7 yaşlı uşaqların yanığı zamanı tətbiq olunur,məlhəm sürtülüb,yara sarınır.
Qarışıq metod isə əgər yara açıq metodla aparılıbsa və müalicənin gedişində yarada irinləmə baş veribsə onda qapalı metoda keçirilir və ya əksinə.
Zərər çəkmişə ilk sutkalarda 2-5 litrə qədər maye,xəstə çox ağırdısa 10 litrə qədər fizioloji məhlul köçürülməlidir.
İrinli infeksiyanın qarşısını almaq üçün antibiotiklər təyin edilir. Vitaminlərin,ürək dərmanlarının,yuxu dərmanlarının,yüksək kalorili qida məhsullarının təyin edilməsi vacibdir.
Dostları ilə paylaş: |